Icma.az
close
up
RU
İsgəndər Sərdarlı İrəvani: Qərbi Azərbaycanın mədəni irsinin yaşadılması və dünyaya tanıdılması mənəvi borcumuzdur AZƏRTAC

İsgəndər Sərdarlı İrəvani: Qərbi Azərbaycanın mədəni irsinin yaşadılması və dünyaya tanıdılması mənəvi borcumuzdur AZƏRTAC

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 9 yanvar, Gülay Nəzərova, AZƏRTAC

Qərbi Azərbaycan hər bir azərbaycanlı üçün təkcə bir coğrafi məkan deyil, həm də tarixin, mədəniyyətin və mənəvi dəyərlərin simvoludur. Bu zəngin irsin qorunması, gələcək nəsillərə ötürülməsi və Qərbi Azərbaycana qayıdış ideyasının reallığa çevrilməsi hər kəsi öz sahəsində bu prosesə töhfə verməyə sövq edir. Biz cəmiyyət olaraq ötən il ən müxtəlif platformalarda Qərbi Azərbaycan həqiqətlərinin diqqətə çəkilməsi ilə bağlı ciddi layihələrin, mötəbər tədbirlərin keçirilməsində hərəkətliliyin intensivləşməsinin şahidi olduq. Bu günlərdə Qərbi Azərbaycana qayıdış ideyasının reallığa çevrilməsi istiqamətində dövlətlə yanaşı, eyni zamanda, cəmiyyətin müxtəlif sahələrində də mühüm addımlar atılır. Sənət və mədəniyyət sahəsindəki fəaliyyətlər də bu istiqamətdəki önəmli layihələrdən biridir. Bir çox tanınmış sənətkarlarımız Qərbi Azərbaycanın zəngin mədəni irsini yaşatmaq, tanıtmaq və gələcək nəsillərə ötürmək üçün müxtəlif layihələr həyata keçirirlər. Onlar öz sənət əsərləri ilə bu məsələyə diqqət çəkərək, həm də Qərbi Azərbaycanın tarixi və mədəni dəyərlərinin qorunmasına mühüm töhfələr verirlər.

AZƏRTAC-ın müxbiri ilə həmsöhbət olan Azərbaycan Rəssamlar İttifaqının üzvü, araşdırmaçı tətbiqi sənət ustası İsgəndər Sərdarlı İrəvani Qərbi Azərbaycanın mədəni irsinin təbliği və bu irsin qorunması ilə bağlı Sərdarlı ailəsinin həyata keçirdiyi layihələrdən danışıb.

O bildirib ki, ərsəyə gətirdikləri əsərlər Qərbi Azərbaycanla bağlı xüsusi mənaya malikdir. Əsas məqsəd müasir dövrün ən yüksək sənət standartlarında bu qədim torpaqların mədəniyyətini yaşatmaq və dünya ictimaiyyətinə tanıtmaqdır. Qərbi Azərbaycanın zəngin mədəni irsinin yaşadılması və dünyaya tanıdılması hər birimizin mənəvi borcudur. Prezident İlham Əliyevin təşəbbüsü ilə Qərbi Azərbaycanla bağlı aparılan işlər intensivləşmiş, bu istiqamətdəki fəaliyyətlərin məqsəd və vəzifələri daha aydın şəkildə müəyyən olunmuşdur. Dövlətin irəli sürdüyü strategiya, yalnız mədəni irsin qorunmasına deyil, həm də Qərbi Azərbaycana qayıdış ideyasının reallığa çevrilməsinə xidmət edir. Odur ki, indi Qərbi Azərbaycan məsələsinin müxtəlif platformalarda təzahür etməsi, gündəm olması düşünülmüş, əsası bütün beynəlxalq hüquq normalarına söykənmiş, ədalətli siyasətin məntiqi nəticəsidir.

Sənətkar, Sərdarlı ailəsinin qurucusu olduğu “Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım” İctimai Birliyinin fəaliyyəti barədə danışarkən, bu təşkilatın Qərbi Azərbaycandakı tarixi memarlıq abidələrini və mədəni irs nümunələrini qorunması məqsədilə həyata keçirdiyi mühüm layihələrdən bəhs edib: “Təşkilat, Qərbi Azərbaycan bölgəsində məhv olmuş və ya dağıdılmış sənət əsərləri, memarlıq abidələri və tarixi məkanlar haqqında məlumatları toplayaraq, bu məlumatları müxtəlif mühazirələr, sərgilər və nəşrlərlə geniş ictimaiyyətə çatdırmağa çalışır. Həmçinin ölkəmizdə Qərbi Azərbaycanla bağlı keçirilən beynəlxalq tədbirlərdən birinə qatılan sonuncu İrəvan Xanlığının varisi Əmir Əli Sərdari İrəvani, Sərdarlı sənətkar ailəsinin qurduğu Sərdar Sandıq Ocağını da ziyarət etdi. O da, mən də Qərbi Azərbaycandan, doğma İrəvandan tarixdə ilk dəfə məcburən köç edən böyük nəsillərin təmsilçiləriyik. Uzun müddətdir Əmir Əli Sərdari İrəvani Təbriz, Naxçıvan, Qarabağ, Gəncə kimi ayrılmaz parçamız olan İrəvan Xanlığının şanlı tarixi, irsi haqqında apardığı qiymətli araşdırma, tədqiqat materiallarının nəticələrini bütün mümkün platformalarda yaymaqla dünyaya tanıtmaqla məşğuldur”.

İsgəndər Sərdarlının sözlərinə görə, Qərbi Azərbaycanın adət-ənənələrini özündə əks etdirən əsərlərin toplandığı Sərdar Sandıq Ocağının ötən il yaradılmasının 3 ili tamam olub. Bura, həmçinin Qərbi Azərbaycan mədəniyyətinin, tarixinin və insanlığa töhfə vermiş sənət incilərinin təbliğinə xidmət edən bir məkandır. Müxtəlif ölkələrdən gələn diplomatik nümayəndələr, sənətkarlar, alimlər və ictimai xadimlər bu ocağı ziyarət edərək yeni bilik və məlumatlar əldə edirlər. Qərbi Azərbaycanda zamanında xüsusi vandallıqla ermənilər tərəfindən məhv edilmiş tarixi memarlıq abidələri, insanlığa faydalı ola biləcək əsl sənət əsərləri haqqında əldə edilən məlumatlar həmin məkanda sərgilənir. Bu yalnız Qərbi Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı deyil, həm də bu dəyərli irsin gələcək nəsillərə ötürülməsinin təmin edilməsi istiqamətində mühüm addımlardır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Yanvar 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri