Icma.az
close
up
RU
AzMİU da Qərbi Azərbaycan memarlıq irsinin tədqiqi laboratoriyası fəaliyyətə başladı

AzMİU da Qərbi Azərbaycan memarlıq irsinin tədqiqi laboratoriyası fəaliyyətə başladı

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan: Tarixi Ədalət və Qayıdış” mövzusunda elmi konfrans keçirilib.

525.az xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin universitetdəki büstü önünə əklil qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Sonra universitetin Memarlıq fakültəsində yaradılan Qərbi Azərbaycan memarlıq irsinin tədqiqi laboratoriyasının açılış mərasimi baş tutub. Konfrans iştirakçılarına laboratoriyanın fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, laboratoriyanın əsas hədəfi Qərbi Azərbaycanın qədim memarlıq nümunələrinin sistemli şəkildə araşdırılması, sənədləşdirilməsi və gələcək nəsillərə çatdırılmasıdır. Qeyd olunub ki, ölkəmizin memarlıq üzrə 105 illik ali təhsil ənənəsini özündə əks etdirən AzMİU-nun elmi potensialı, xüsusilə universitetin Memarlıq-konstruksiyaları və abidələrin bərpası kafedrasında aparılan tədqiqatlar laboratoriyanın işinin yüksək şəkildə təşkil olunmasına şərait yaradacaq.

Laboratoriyada Qərbi Azərbaycanla bağlı aparılacaq elmi tədqiqatlar tarixi torpaqlarımızdakı memarlıq abidələrinin öyrənilməsi yanaşı, Ermənistanın Azərbaycanın tarixi torpaqlarında xalqımıza məxsus mədəni və memarlıq izlərini silmək məqsədilə həyata keçirdiyi siyasətin əsl mahiyyətini ortaya çıxarmağa imkan verəcək. Həyata keçirilən tədqiqatlar Qərbi Azərbaycanda yerləşən abidələrin tarixi, memarlıq və mədəni kontekstdə daşıdığı xüsusiyyətləri ortaya çıxararaq, ermənilərin bu sahədə formalaşdırdığı saxta konsepsiyanı elmi əsaslarla birdəfəlik təkzib edəcək.

Konfrans Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Açılış mərasimində AzMİU-nun rektoru, Əməkdar memar professor Gülçöhrə Məmmədova çıxış edərək bildirib ki, Qərbi Azərbaycan yalnız coğrafi məkan deyil, bu torpaqlarda doğulmuş, yaşayıb-yaratmış minlərlə azərbaycanlının keçmişi, kimliyi və yaddaşıdır. Qərbi Azərbaycan xalqımızın mədəni irsinin mühüm dayaqlarından biridir. Bu torpaqlarda xalqımızın əsrlərlə formalaşdırdığı zəngin memarlıq nümunələri – məscidlər, türbələr, körpülər, karvansaralar, yaşayış evləri və digər monumental tikililər olub. Təəssüf ki, erməni təcavüzkarlarının məqsədyönlü fəaliyyəti nəticəsində bu abidələrin böyük əksəriyyəti ya dağıdılıb, ya da saxtalaşdırılıb.

“AzMİU olaraq bizim borcumuz təkcə memarlıq irsimizi öyrənmək deyil, həm də onun gerçək tarixini gələcək nəsillərə çatdırmaq, dünya ictimaiyyətinə təqdim etməkdir. Bu gün burada açılışı baş tutan “Qərbi Azərbaycan memarlıq irsinin tədqiqi” laboratoriyası məhz bu istiqamətdə konkret elmi fəaliyyətlərin icrasına yönələcək. Bu laboratoriyada aparılacaq tədqiqatlar həm Qərbi Azərbaycan ərazisində xalqımıza məxsus memarlıq irsinin sənədləşdirilməsi, həm də bu sahədə aparılan saxtalaşdırma cəhdlərinin ifşası baxımından mühüm rol oynayacaq. AzMİU-nun memarlıq təhsili ənənəsi və universitetdə formalaşmış güclü elmi məktəb bu tədqiqatların yüksək elmi səviyyədə aparılmasına imkan verəcək”, - deyə rektor diqqətə çatdırıb.

Konfransda Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, AMEA-nın müxbir üzvü, Riyaziyyat və Mexanika İnstitutunun direktoru professor Misir Mərdanov, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova məruzələrlə çıxış ediblər.

Çıxışlarda vurğulanıb ki, Qərbi Azərbaycana qayıdışla bağlı Azərbaycan dövləti tərəfindən strateji addımlar atılır, beynəlxalq ictimaiyyət məlumatlandırılır və Ermənistanın etnik təmizləmə siyasəti ifşa olunur. 2022-ci ildə yaradılmış Qərbi Azərbaycan İcması bu prosesin hüquqi və mədəni əsaslarının formalaşdırılmasında fəal iştirak edir. İcma deportasiya olunmuş soydaşlarımızın hüquqlarının müdafiəsi, tarixi və mədəni irsin qorunması, həmçinin bu irsin dünya miqyasında tanıdılması istiqamətində mühüm işlər görür.

Qərbi Azərbaycana qayıdış təkcə tarixi ədalətin bərpası deyil, həm də milli kimliyin qorunması baxımından vacibdir. Bu məqsədə xalqın iradəsi və dövlətin siyasi qətiyyəti ilə nail olunacağına böyük inam var.

Sonda Qərbi Azərbaycan İcması tərəfindən İcmanın strateji məqsədlərinin həyata keçirilməsi, Qərbi azərbaycanlıların təşkilatlanması, Qərbi Azərbaycan həqiqətlərinin təbliği istiqamətində xidmətlərinə görə Biznesin iqtisadiyyatı və menecment kafedrasının müdiri professor Məhəbbət Məmmədov fəxri fərmanla təltif olunub. AzMİU Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) dəstəyi və Qərbi Azərbaycan İcmasının təşəbbüsü ilə keçirilən “Qərbi Azərbaycan müzakirəsi: MUN Simulyasiya Konfransı”nda fərqlənən tələbələrə isə sertifikatlar təqdim olunub.

Sevinc Qarayeva 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Aprel 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see147

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri