Icma.az
close
up
RU
“Ramiz Mehdiyev məhz bunun üçün yetişdirilibmiş, Əli Kərimli ilə birləşərək...” Deputat

“Ramiz Mehdiyev məhz bunun üçün yetişdirilibmiş, Əli Kərimli ilə birləşərək...” Deputat

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı əməliyyat-istintaq tədbirləri illərdir ictimai rəydə oturuşan  bir həqiqəti rəsmi şəkildə təsdiq etdi: AXCP sədri Əli Kərimli ilə Ramiz Mehdiyev arasında gizlin saxlanılan, dövlətə xəyanət xarakteri daşıyan əməkdaşlıq real imiş və bu işbirliyi uzun müddət Azərbaycan dövlətinə qarşı yönəlmiş fəaliyyətin mərkəzində dayanıb”.
Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Azay Quliyev deyib.
O bildirib ki, bu gün xalq bir daha görür ki, bu insanlar  nə qədər mənəviyyatsız, nə qədər riyakar, nə qədər nankor ola bilərmiş:
“Prezident Administrasiyasının rəhbəri kimi ölkənin ən yüksək postlarından birində oturub, az qala hər gün Azərbaycan Prezidentinin qarşısında müticəsinə dayanaraq ona sədaqət andı içib, eyni zamanda arxa otaqda dövlətə xəyənət planları hazırlayıb, Əli Kərimli ilə gizli işbirliyi quraraq onu təmsil olunduğu hakimiyyətin üstünə qışqırtmaq yalnız  Ramiz Mehdiyev kimi  təhlükəli və hiyləgər birisinin edə biləcəyi alçaqlıq və rəzillik ola bilərmiş.  Əli Kərimlinin yaratdığı Milli Şuranı və onların təşkil etdiyi mitinqləri maliyyələşdirmək,  xarici dairələrin sifarişi ilə dövlətin sabitliyinə zərbə vurmaq və ölkədə xaos yaratmaq, Prezidentimizi milli hədəflərdən yayındırmağa və dövlətimizi xarici ölkələrin vassalına çevirməyə çalışmaq bu xalqa və millətə qarşı edilmiş ən bağışlanılmaz  düşmənçilik və xəyanətdir. Görünür, Kreml tərəfindən Ramiz Mehdiyev məhz bunun üçün yetişdirilibmiş,  Əli Kərimli ilə birləşərək milli maraqlarımıza, dövlət müstəqiliyyimizə və suverenliyimizə qarşı olmazın təxribatlarını törətmək tapşırığı da eyni mərkəzdən daxil olurmuş”.
O diqqətə çatdırıb ki,  DTX-nın Əli Kərimlinin evində apardığı axtarış zamanı əldə etdiyi faktlar da məhz bu bir həqiqəti təsdiq edir:
“Artıq tam bəllidir ki, 2013-cü ildə Kremldə hazırlanan “milyarderlər ittifaqı” adlı xain planın içində Ramiz Mehdiyev – Əli Kərimli tandemi əsas icraçılardan biri olub. Dövlət çevrilişi ssenarisi, ölkədə siyasi böhran yaratmaq niyyəti və hakimiyyətin qeyri-konstitusion yolla ələ keçirilməsi üçün Rusiyadan dəstək istənilməsi ilə bağlı  təkzibolunmaz faktlar ortaya çıxıb.   Bu xəyanət layihəsini bu il də həyata keçirməyə çalışan “xəyanətkar cütlük” bu dəfə, necə deyərlər yaxalanıblar, açığa çıxarılıblar. Heç şübhə yoxdur ki, bu gün dövlətimiz tam şəkildə bilir ki, Mehdiyev–Kərimli xəyanət şəbəkəsində daha  kimlər olub və onların da ictimai ifşası üçün hazırlıqlar yekunlaşmaqdadır.  Bütün bu dəhşətli xəyanət planları, dövlət və siyasi institutları sarımış xainlərin çirkin əməlləri üzə çıxdıqca, düşünürsən ki,  Prezident İlham Əliyev bu dövləti təkcə xarici düşmənlərin hücumlarından və məkrli planlarından deyil, həm də içəridə qurulan gizli şəbəkələrdən, dövlətçiliyə zərbə vurmaq istəyən daxili satqınlardan da qoruyub. Ramiz Mehdiyevin illərlə yaratdığı gizli təsir dairəsi, monopoliyalar və dövlət idarəçiliyinin müxtəlif sahələrində formalaşdırdığı qaranlıq mexanizmlər zaman-zaman dövlət üçün ən təhlükəli təhdidlərdən biri olub. Lakin dövlət başçısının siyasi iradəsi və qətiyyəti bu bədnam planların hamısını puç edib. Sonda isə sözüm müxalifətə və AXCP-nin dövlətçilik təəssübü və siyasi məsuliyyəti olan  nümayəndələrinədir ki, Əli Kərimli ilə Ramiz Mehdiyevin dövlətə və milli maraqlara qarşı olan  bu murdar əməkdaşlığını açıq və birmənalı şəkildə lənətləyin! Dövlətə xəyanət edənlərə ən ağır cəzanı tələb etmək sizin də minimum siyasi borcunuzdur! Bu rəzilliyə susmaqla Ramiz Mehdiyevin kirəlik  kuklası olan Əli Kərimli ilə  tarix qarşısında eyni siyasi məsuliyyəti və xəyanət yükünü daşımayın!”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 01 Dekabr 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri