Icma.az
close
up
RU
Deputat sahibkarların problemlərinin həllini istəyir: Rahat nəfəs alsalar...

Deputat sahibkarların problemlərinin həllini istəyir: Rahat nəfəs alsalar...

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Sahibkarlığın və sahibkarın inkişafı baxımından Cinayət Məcəlləsinin 208-ci maddəsinin - “Xarici valyuta vəsaitlərini xaricdən qaytarmama” maddəsinin ləğvi mühüm hadisədir.

Çünki müasir biznes artıq yalnız bir ölkə daxilində aparılmır. Sahibkar mal ixrac edir, xaricdə tərəfdaşla işləyir, logistika xərci ödəyir, yeni bazara daxil olur, bəzən vəsaiti xaricdə saxlamaq məcburiyyətində qalır ki, növbəti müqaviləni yerinə yetirə bilsin. 

Belə vəziyyətdə hər gecikməni və ya hər maliyyə hərəkətini dərhal cinayət müstəvisinə çəkmək sahibkarın riskini artırırdı, onun qərarvermə azadlığını məhdudlaşdırırdı”.

“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü iclasında Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.

Deputat bildirib ki, dövlət son illər sahibkarlığın inkişafı üçün ciddi addımlar atsa da, bir çox problemlər qalır:

“Vergi inzibatçılığının sadələşdirilməsini, biznesə münasibətdə elektron xidmətlərin kağız üzərində olsa da genişləndirilməsini, qeyri-neft ixracının təşviqini, KOB-lara dəstək mexanizmlərini və kənd təsərrüfatının inkişafı ilə bağlı 6 milyardliq proqramın da qıbul edilməsini müsbət qiymətləndirirəm. 

Bununla bağlı deməlİyik ki, sahibkar hələ də xeyli problemlə üz-üzə qalır: bank kreditlərinə çıxış çətindir, faizlər yüksəkdir, girov tələbləri ağırdır, bəzi yoxlamalar və icazə prosedurları biznes üçün əlavə yük yaradır, məhkəmə müdafiəsinə inam hər zaman yetərli deyil, region sahibkarı ilə paytaxt sahibkarının imkanları eyni deyil.

Təcrübədən görürük ki, sahibkarlığın inkişafı üçün yalnız cəza mexanizmlərini yumşaltmaq kifayət deyil”. 

Deputat əlavə edib ki, biznes obyektlərinin yaradılması və genişləndirilməsi zamanı sənədləşmə prosesi hələ də şəffaf və sürətli deyil:

““Bir pəncərə” sistemi formal olaraq mövcuddur, amma sahibkar yenə də müxtəlif qurumların qapısını döyməli olur. Torpaq, çıxarış, təyinat, tikinti icazəsi, kommunikasiya, yanğın və sanitariya rəyləri bəzən aylarla, hətta illərlə uzanır. 

Sahibkar investisiya qoymaq istəyir, iş yeri yaratmaq istəyir, amma sənəd yükü onun qarşısında maneəyə çevrilir. Ona görə sahibkarlığa real dəstək istəyiriksə, sənədləşmə prosesi tam rəqəmsallaşmalı, müddətlər qanunla məhdudlaşdırılmalı və hər qurumun məsuliyyəti aydın müəyyən edilməlidir. 208-ci maddənin ləğvi müsbət addımdır, amma biznesin nəfəs alması üçün bürokratik divarlar da aradan qalxmalıdır.

Ona görə bu dəyişiklik yalnız bir maddənin ləğvi kimi yox, sahibkara münasibətin yumşalması kimi qəbul edilməlidir. Sahibkar cinayətkar kimi yox, iqtisadiyyatın dayağı kimi görülməlidir. 

Əgər pozuntu varsa, ilk növbədə maliyyə nəzarəti, vergi mexanizmləri və inzibati tədbirlər işləməlidir. Cinayət məsuliyyəti isə ən son vasitə olmalıdır.

Beynəlxalq təcrübə də bunu göstərir. Avropa ölkələrində əsas yanaşma budur: sahibkarın valyutanı harada saxlamasından çox, əməliyyatın şəffaflığına, verginin ödənilməsinə və çirkli pulların yuyulmamasına nəzarət edilir. 

Gürcüstan və Qazaxıstan kimi ölkələr də daha çox riskəsaslı nəzarət modelinə keçir, biznesi cinayət təzyiqi altında saxlamaqdan uzaqlaşırlar.

Hesab edirəm ki, 208-ci maddənin ləğvi sahibkarlıq azadlığını genişləndirən müsbət addımdır. Amma bu addımın real effekti o zaman olacaq ki, dövlət qurumları biznesə tərəfdaş kimi yanaşsın.Sahibkar nə qədər rahat nəfəs alarsa, ölkə iqtisadiyyatı da bir o qədər güclü olar”.

Vilayət Muxtar
“Cebheinfo.az”

Açar sözlər: sahibkarlıq Razi Nurullayev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 İyun 2026 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see330

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see301

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see289

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see286

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see282

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see280

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see280

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see258

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see254

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see251

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see247

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see240

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see229

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see223

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see222

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see216

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see207

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see197

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see197

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri