Deputat sosial şəbəkədə haqqında yazılanlara CAVAB VERDİ
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
"Mən çox təəssüf edirəm ki, insanlara şər və böhtan atmaqdan da zövq alırlar".
Bunu Bakıvaxtı.az-a deputat Məlahət İbrahimqızı onun adından sosial şəbəkədə yazılanlara münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, haqqında seçicilərin səsi ilə deputat mandatını qazanan hər bir millət vəkili dərk edir ki, o dövlətinə, xalqına və liderinə borclu olduğu kimi, ona səs verən hər bir Azərbaycanın vətəndaşına da borcludur və məsuliyyət daşıyır.
"Hər kəs bilir ki, "TikTok"da paylaşılan, guya mənim Azərbaycan xalqı haqqında müsahibəmdə verdiyim hörmətsiz fikirlər mənə yad olan fikirlərdir. Əziz seçicilərim də məni çox yaxından tanıyır və belə şər yazılara da inanmır", -deyə deputat bildirib.
Mina Mikayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 19 Aprel 2025 22:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















