Icma.az
close
up
RU
O anı yaşamaq...

O anı yaşamaq...

Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.


(Həyat dərsi) 
Rəssamlıq Akademiyasında adi bir gün idi. Rəsm otağında tələbələr müəllimin nəzarəti altında qarşılarındakı qocanın rəsmini çəkirdilər. İçəridə təqribən 20 tələbə var idi. Tələbələr rəsm çəksələr də, hərəsinin fikri bir yerdə idi. Kimisi dərsdən sonra nə edəcəyini planlaşdırır, kimisi də verə bilmədiyi imtahanlar barədə düşünürdü.
Otaqda cansıxıcı bir hava var idi. Tələbələr sanki dərsin nə vaxt başa çatacağını gözləyirdilər. Birdən qocanın halı pisləşdi və üzüaşağı yerə yıxıldı. Tələbələr ilk dəfə idi ki, belə bir mənzərə ilə qarşılaşırdılar. Odur ki, həyəcandan yerlərindəcə donub qaldılar.
Bəzi tələbələr içlərini çəkir, bəziləri isə nə edəcəklərini bilmirdilər. Müəllim tez qocanın yanına gəldi və nəbzini yoxladıqdan sonra onun öldüyünü dedi. Bir azdan müəllim üzünü tələbələrinə tutub dedi:
- Bilirəm, həyatınızda ilk dəfədir ki, belə bir şeylə qarşılaşırsınız. Ancaq əslində əlinizdə çox böyük bir fürsət var. Qarşınızda son nəfəsini vermiş bir adam yatır. Əgər gələcəkdə əsl sənətkar olmaq istəyirsinizsə, onun rəsmini çəkin.
İlk həyəcanın təsirindən xilas olan tələbələr qarşılarına təmiz bir kağız qoyub qocanın rəsmini çəkməyə başladılar. İndi tələbələr çəkdikləri rəsmdən başqa heç bir şey düşünmür və ölmüş qocanın bütün cizgilərini kağızda köçürməyə çalışırdılar. Təqribən bir saat sonra gənc rəssamlar rəsmlərini çəkib qurtardılar. Hamı həyatının ən gözəl rəsmini çəkdiyini düşünürdü. Ancaq otaqda hələ də böyük bir səssizlik hakim idi.
Bir azdan müəllim qocaya yaxınlaşıb:
- İndi qalxa bilərsən, - dedi.
Bayaqdan tələbələrin gözləri qarşısında ölü kimi yatan qoca ayağa qalxıb otaqdan çıxdı. Müəllim gülümsəyərək danışmağa başladı:
- Sizə qarşı belə bir oyun oynadığım üçün üzr istəyirəm. Ancaq fikrimi sizə bundan yaxşı çatdıra biləcəyimi güman etmirəm. İnanıram ki, bu kiçik yalan işimizə yaradı.
Müəllim fikrini əsaslandırmaq üçün həvəslə danışır və otaqda o tərəf-bu tərəfə var-gəl edirdi:
- Uşaqlar, əslində bizə verilən hər an əvəzsiz bir xəzinədir. Ancaq bəzən biz bu xəzinənin qiymətini bilmirik. Bayaq dərsin əvvəlində olduğu kimi bizə verilən o anları yaşamaq üçün qarşımıza saysız-hesabsız maneələr çıxarırıq. Halbuki, həyatımızın hər anı yaşadığımız bu anlar kimi qiymətlidir. İnanıram ki, bu kiçik həyat dərsi heç vaxt yadınızdan çıxmayacaq.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 23 Yanvar 2026 22:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see438

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see324

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see320

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see317

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see313

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see306

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see275

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see274

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see269

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see268

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see262

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see262

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see261

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see261

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see257

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see236

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see236

Onkoloji vaksinlərin effektivliyini təsdiqləyən şərtlər...

21 Noyabr 2026 21:05see227

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see208

Yemək saatlarına DİQQƏT: Ömrünüzü qısaldır ARAŞDIRMA

21 Noyabr 2026 16:47see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri