Icma.az
close
up
RU
Deputat: “SSRİ dövründə Bakını Heydər Əliyev azərbaycanlaşdırdı”

Deputat: “SSRİ dövründə Bakını Heydər Əliyev azərbaycanlaşdırdı”

Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı Təşəbbüs Qrupunun dekolonizasiya yönündəki ardıcıl fəaliyyəti nəticəsində Yeni Kaledoniyanın müstəqillik qazanma şansı əldə etdi. Əgər Paris əvvəllər olduğu kimi hoqqabazlığa əl atmasa, gələn ilin fevralında keçiriləcək referendum nəticəsində Fransa daxilində xüsusi statuslu Yeni Kaledoniya dövləti yaradılacaq. Əlbəttə, bu, hələ əsl müstəqillik demək deyil və kanaklar onun üçün ötən əsrin 90-cı illərində azadlığa çıxan bir sıra xalqların təcrübələrini təkrarlamalı olacaqlar.
Burada çox təəssüflə qeyd etməliyəm ki, imperiya sindromundan qurtara bilməyənlər ötən əsrin 90-cı illərinin əvvəlində müstəqillik qazanmış həmin ölkələri də sanki Yeni Kaledoniyaymışlar kimi hələ də xüsusi statuslu dövlət gözündə görürlər.
Bu baxımdan, məncə, Azərbaycanın atdığı addımlar, Laçındakı üçlü görüş, İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndində keçirilən Zirvəsi və həmin Zirvə başa çatar-çatmaz Əbu-Dabidəki ikitərfli, tamformatlı Azərbaycan-Ermənistan danışıqları onlar üçün bir xəbərdarlıq olmalıdır ki, imperiyanın bərpası haqda hətta xəyala dalmaq özü belə zərərli və əks perspektivlidir.
Məncə, yuxarıda sadaladıqlarım, əslində Ulu Öndər Heydər Əliyevin bütün riskləri üzərinə götürərək Mərkəzi Asiyadakı qardaşlarımızın da təbii sərvətlərindən ancaq öz milli maraqlarına uyğun şəkildə faydalanmalarının və dünya bazarına çıxarılmasının yolunu açması, onun üzərindəki inhisarı darmadağın etməsinin başqa bir müstəvidə təkrarlanmasıdır.
Azərbyacana rəhbər təyin edilməsindən düz 56 il keçən Heydər Əliyevin bu vəzifədə fəaliyyətə başladığı elə ilk illərdən müstəqilliyimiz üçün nə dərəcədə böyük anlam daşıdığı bəzən unudulan bir xidmətini xatırlatmaq istərdim. Söhbət məlum və məlun cütlüyün, belə demək caizsə, Stepanakertləşdirməyə başladıqları Bakını onun addım-addım azərbaycanlılaşdırmasından, təkcə de-yure deyil, de-fakto da bu xalqın paytaxtına çevirməsindən gedir.
Maraqlıdır ki, Moskva ilk növbədə türk respublikalarının paytaxtında yerli əhalinin ora gətirilənlərdən daha az olmasına çalışırdı. Məsələn, hələ 1989-cu ilin statistikasına görə Daşkənddə özbəklər 44,2%, Bişkekdə qırğızlar cəmi 22, 8 faiz idi. Almatıda qazaxların sayı 25 faizi keçmirdi. 1979-cu ildə Aşxabadda türkmənlər şəhər əhalisinin 40,5%-ni təşkil edirdilər.
Bəli, bu gün qürurla deyirik ki, yenə də bütün riskləri öz üzərinə götürərək türk respublikaları içərisində öz paytaxtını ilk milliləşdirən məhz Azərbaycan, onun lideri Heydər Əliyev oldu. O Heydər Əliyev ki, hələ SSRİ mövcudkən, 1991-ci il martın 7-də bu salonda “əgər digər respublikalar İttifaqda qalsalar belə Azərbaycan oradan çıxmalı, onlarla ikitərəfli əlaqələr qurmalıdır”, -deyirdi.
Sahib Alıyev, Milli Məclisin üzvü
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://azvision.az
archiveBu xəbər 14 İyul 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see472

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see360

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see301

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see299

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see256

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see253

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see253

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see243

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see233

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see233

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see230

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see226

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see222

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see217

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see209

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see208

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see198

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see198

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see194

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri