Icma.az
close
up
RU
Deputat: Sülh keçmişi unutmaq demək deyil

Deputat: Sülh keçmişi unutmaq demək deyil

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Paytaxt Bakımız son illərdə yalnız mühüm siyasi və iqtisadi tədbirlərin deyil, həm də Türk dünyasının, İslam aləminin və bütövlükdə müxtəlif sivilizasiyaların dialoqunun mühüm mərkəzlərindən birinə çevrilib. 

Sentyabrın 15-də Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul etməsi də bu baxımdan xüsusi məna daşıyır.

Bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, eyni günlərdə Bakıda Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının və böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi heç də təsadüfi deyil:

“Əslində bu iki tədbir Azərbaycan dövlətinin tarixə, milli-mənəvi irsə, Türk dünyasının birliyinə və İslam həmrəyliyinə münasibətinin bir-birini tamamlayan istiqamətlərini ifadə edir. Möhtərəm Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan öz dahi şəxsiyyətləri, mütəfəkkirləri və şairləri ilə hər zaman fəxr edir. 

Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Seyid Yəhya Bakuvi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli kimi şəxsiyyətlərin yaratdığı zəngin irs Azərbaycan xalqının dünya mədəniyyətinə verdiyi böyük töhfələrin göstəricisidir. 

Bu şəxsiyyətlərin hər biri yalnız öz dövrünün deyil, bütün bəşəriyyətin mənəvi xəzinəsinə daxil olmuş dəyərlərin daşıyıcısıdır. XV əsrdə yaşamış və yaratmış Seyid Yəhya Bakuvi də həmin böyük mənəvi məktəbin nümayəndələrindəndir.

Onun irsi əsrlər keçməsinə baxmayaraq, bu gün də öz aktuallığını qoruyur. Xüsusilə dünyada qarşıdurmaların, parçalanmaların və dini ayrı-seçkiliyin gücləndiyi bir vaxtda Bakuvi irsindəki mülayimlik, mənəvi kamillik, insan ləyaqətinə hörmət və həmrəylik ideyaları xüsusi əhəmiyyət kəsb edir. 

Məhz buna görə Yəhya Bakuvi Beynəlxalq Konfransının Türk dünyasının dini liderlərinin toplantısı ilə eyni vaxtda keçirilməsi dərin simvolik məna daşıyır. Bir tərəfdə əsrlərin sınağından çıxmış mənəvi irs, digər tərəfdə isə müasir dövrdə həmin irsin daşıyıcıları olan xalqların və dövlətlərin birliyinə çağırış var”.

Deputat bildirib ki, Azərbaycan həm Türk dünyasının ayrılmaz parçasıdır, həm də Qafqazın mühüm dövlətidir:

“Möhtərəm Prezident İlham Əliyev çıxışında Türk dünyası ilə Qafqaz coğrafiyasının tarixi və siyasi-mədəni əlaqələrinə diqqət çəkərək Azərbaycanın bu iki məkan arasında mühüm birləşdirici rolunu xüsusi qeyd etdi. 

TDT-yə üzv olan yeganə Qafqaz ölkəsi kimi Azərbaycanın mövqeyi Türk dünyası ilə Qafqaz arasında əməkdaşlığın genişlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu gün Bakıda Türk dünyasının, Şimali Qafqazın, Gürcüstanın və digər müsəlman ölkələrinin dini liderlərinin bir araya gəlməsi də məhz həmin tarixi və mənəvi bağların müasir müstəvidə davamıdır. 

Belə görüşlər yalnız dini məsələlərin müzakirə edildiyi platformalar deyil. Bunlar həm də sülhün, qarşılıqlı hörmətin, humanizmin və xalqlar arasında həmrəyliyin möhkəmləndirilməsi üçün mühüm imkanlardır. Azərbaycanın İslam həmrəyliyinə verdiyi töhfələr isə artıq konkret əməli fəaliyyətlərlə müşayiət olunur. 

Ölkəmiz uzun illərdir İslam Əməkdaşlıq Təşkilatı və ICESCO çərçivəsində müxtəlif təşəbbüslərlə çıxış edir. 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları da bu baxımdan mühüm hadisə idi. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan həmin Oyunlara yalnız idman yarışı kimi deyil, böyük birlik bayramı kimi yanaşırdı. 

Qarşıdakı dövrdə İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün Azərbaycanda keçirilməsi də ölkəmizin İslam dünyasında fəal və birləşdirici rolunun daha bir göstəricisidir”.

Parlamentari vurğulayıb ki, Prezident İlham Əliyev çıxışında tədbir iştirakçılarına Azərbaycanın 30 il ərzində üzləşdiyi işğalın ağır nəticələri və hazırda Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinə də toxunub. 

Dövlətimizin başçısı işğal illərində şəhər və kəndlərimizin dağıdıldığını, insanların öz doğma torpaqlarından didərgin salındığını, məscid və digər dini abidələrin məhv edildiyini diqqətə çatdırıb. Eyni zamanda, bu gün həmin ərazilərdə böyük quruculuq işlərinin aparıldığını, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtdığını və Qarabağın yenidən dirçəldiyini bildirib:

“Xalqımız 30 il ərzində işğalın ağır nəticələri ilə üzləşib.İşğal illərində Azərbaycanın tarixi və dini-mədəni irsinə də böyük zərbə vurulub. Qarabağ və Şərqi Zəngəzurda məscidlər, qəbiristanlıqlar, tarixi abidələr dağıdılıb və təhqir edilib. 

Prezident İlham Əliyevin bildirdiyi kimi, 65 məscid Ermənistan tərəfindən tamamilə dağıdılıb, digər məscidlərə də ciddi ziyan vurulub. Biz bunları heç vaxt unutmamalıyıq və unutmayacağıq. 

BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünün bərpasını tələb edən qətnamələri qəbul olunsa da, uzun illər ərzində onların icrası təmin edilmədi. ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar da nəticə vermədi. 

Daha da təəssüf doğuran məqam ondan ibarət idi ki, bəzi dövlətlər Ermənistanın işğal siyasətinə qarşı real addımlar atmadılar. Ermənistanın işğalına görə ciddi təzyiqlərlə üzləşməməsi, Azərbaycana isə sonrakı dövrdə fərqli münasibət göstərilməsi beynəlxalq münasibətlərdə ikili standartların olduğunu göstərirdi. 

Prezident İlham Əliyev də çıxışında bu məsələyə diqqət çəkərək Avropa Parlamentinin Azərbaycana münasibətini, Ermənistanın işğalı dövründəki mövqeyini kəskin tənqid etdi. Azərbaycan bütün bu illərdə öz haqq səsini dünyaya çatdırdı. 

Lakin nəticədə ərazi bütövlüyümüzü və suverenliyimizi öz gücümüz hesabına bərpa etdik. 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər tariximizin ən şanlı səhifələrindən biridir. 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri ilə isə Azərbaycanın bütün ərazisində dövlət suverenliyi tam təmin edildi. Bu möhtəşəm Zəfərlə Azərbaycan uzun illər davam edən ədalətsizliyə son qoydu”.

S.Salmaniva söyləyib ki, bu gün vaxtilə dağıdılmış şəhərlərimiz yenidən qurulur, kəndlərimiz bərpa edilir, keçmiş məcburi köçkünlər öz doğma torpaqlarına qayıdırlar:

““Böyük Qayıdış” çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda yeni yaşayış məntəqələri salınır, məktəblər, xəstəxanalar, yollar və digər infrastruktur obyektləri yaradılır. 

Qarabağın dirçəlişi yalnız tikinti-quruculuq işlərindən ibarət deyil. Burada Azərbaycanın milli-mənəvi irsi də bərpa olunur. İşğal zamanı dağıdılmış məscidlərin yenidən qurulması, yeni ibadət yerlərinin tikilməsi bunun ən mühüm göstəricilərindəndir”.

Deputat sonda qeyd edib ki, Azərbaycan bu gün sülh tərəfdarıdır. Ermənistanla münasibətlərin normallaşdırılmasını və regionda davamlı sülhün bərqərar olmasını istəyir. Lakin sülh keçmişi unutmaq demək deyil:

“Xocalı soyqırımı, dağıdılmış şəhər və kəndlərimiz, məhv edilmiş məscidlərimiz, doğma torpaqlarından didərgin salınmış insanlar xalqımızın yaddaşında daim yaşayacaq. Azərbaycan öz tarixini və dəyərlərini qoruyaraq gələcəyə doğru gedir. 

Biz Zəfərimizi unutmuruq, itkilərimizi unutmuruq, amma eyni zamanda sülh və əməkdaşlıq üçün yeni səhifə açmağa çalışırıq. Əsas məqsəd isə bölgədə davamlı sülhün, sabitliyin və qarşılıqlı hörmətin təmin edilməsidir”.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Sentyabr 2026 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see331

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see316

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see309

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see308

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see289

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see280

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see275

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see266

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see254

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see241

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see240

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see240

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see237

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see236

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see232

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see230

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see222

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see201

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see185

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri