Icma.az
close
up
RU
Deputat tapşırıqla işə qəbuldan şikayətləndi: Spiker fakt istədi

Deputat tapşırıqla işə qəbuldan şikayətləndi: Spiker fakt istədi

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Yeni qanun dövlət xidmətlərinin daha şəffaf və vətəndaş mərkəzli olmasını təmin edəcək. 

Amma bu hədəflərə çatmaq üçün dövlət qulluqçusu anlayışına da yeni baxış lazımdır. Çünki qanunlar mexanizmdir, amma bu mexanizmi hərəkətə gətirən dövlət qulluqçusunun vicdanı və peşəkarlığıdır. Dövlət xidmətləri sadəcə sənəd dövriyyəsi deyil, vətəndaşla dövlətin birbaşa təmasıdır. O təmasda vətəndaşı qarşılayan dövlət qulluqçusunun davranışı dövlətin simasıdır. Buna görə də dövlət qulluğu haqqında islahatları da paralel düşünməliyik”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib. 

Deputat qeyd edib ki, çoxsaylı gənclər dövlət qulluğuna girmək üçün illərlə hazırlaşır, imtahan verir, yüksək bal toplayır, lakin yenə də işə qəbul oluna bilmirlər: 

“Bu, artıq fərdi yox, sistemli bir problemdir. Dövlət qulluğuna qəbul prosesi formal olaraq ədalətli görünsə də, reallıqda bir çox hallarda imtahan balı işlə təminata çevrilmir. İnsanlar düşünür ki, əgər yüksək bal yığmaq belə yetərli deyilsə, bəs nə lazımdır? 

Bu sual təkcə həmin gəncləri deyil, bütövlükdə cəmiyyəti narahat edir. Əgər imtahan və bal obyektiv meyardırsa, niyə yüzlərlə, bəzən minlərlə gənc “ehtiyat kadr siyahısında” illərlə qalır və iş tapa bilmir? Digər tərəfdən, çox vaxt həmin vəzifələrə tanışlıqla, ya da daxildən yönləndirilən şəxslər qəbul olunurlar. 

Bu, ədalət prinsipini, dövlətin nüfuzunu və gənclərin inamını ciddi şəkildə sarsıdır. Biz gənclərə deyirik ki, oxuyun, çalışın, imtahan verin, biliklə yüksəlin. Amma sistem onlara fərqli siqnal göndərir – bacarıq yox, münasibət vacibdir. Belə olduqda isə dövlət xidməti olan dövlət qulluğu imtahanından yüksək bal toplamış istedadlı gənclər üçün cəlbedici yox, ümid sındıran bir məkana çevrilir”. 

Deputtın fikrincə, bu problemi həll etmək üçün birinci növbədə imtahanı keçən hər bir namizədin yerləşdirilməsi üçün şəffaf mexanizm yaradılmalıdır:

“Boş yerlər real və açıq elan olunmalı, müsahibə mərhələsində subyektivlik aradan qaldırılmalıdır. Dövlət qulluğunda işləmək istəyən gənc “tanışım yoxdur” deməməlidir. O inanmalıdır ki, biliyi və zəhməti onun ən böyük dayağıdır. Bu sahədə sosial ədalət bərpa olunmadıqca, nə dövlətə, nə də cəmiyyətin gələcəyinə istədiyimiz inam möhkəmlənəcək. Gəlin elə bir iş quraq quraq ki, gənc insan bu ölkədə ədalətin çox gözəl işlədiyinə öz taleyində əmin olsun”. 

Spiker Sahibə Qafarova Razi Nurullayevin çıxışında səsləndiriyi fikirlərə görə ondan fakt istəyib: “Deyirsiz ki, dövlət qulluğuna hamı tapşırıqla işə qəbul olunur. Əgər belə bir faktınız varsa, təqdim edərsiz. Faktları sizdən gözləyəcəyəm sizdən”. 

Vilayət Muxtar 
“Cebheinfo.az”

 

Açar sözlər: deputatspiker

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 31 Oktyabr 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see353

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see314

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see266

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see244

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see220

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see210

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see196

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see193

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see180

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see158

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see157

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see156

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see155

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see154

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see148

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see145

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see138

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see137

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri