Deputat Tənzilə Rüstəmxanlı növbəti vətəndaş qəbulu keçirib
Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Millət vəkili Tənzilə Rüstəmxanlı Neftçala şəhər ofisində növbəti vətəndaş qəbulu keçirdi.
Newscenter.az xəbər verir ki, görüşdə təkcə Neftçala şəhərindən deyil Seyidlər, Tataraməhləkəndlərindən və Həsənabad, Bankə qəsəbələrindən də vətəndaşlar iştirak etdilər. Görüşə gələnlər əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi ilə, məhəllələrin yolları, əlillik dərəcəsi, işsizlik, qəsəbədə və kəndlərdə su təchizatında yaranmış problemlərlə və əmək haqqları ilə bağlı bu və digər məsələlər ətrafında şikayətlərini, arzu və istəklərini deputatın diqqətinə çatdırdılar.
Vətəndaş qəbulunda vətəndaşları bir - bir dinləyəndən sonra deputat Tənzilə Rüstəmxanlı məsələlələrin həlli üçün öz köməkçilərinə tapırıqlar verdi və bu məsələlərin həlli üçün çalışacağını bildirdi.
Görüşdə iştirak edən bəzi şəhid ailələri və qazilərdə onlara olan deputat diqqətindən məmnun olduqlarını bildirdilər.
Vətəndaş qəbulunda Neftçala rayon İcra Hakimiyyətinin humanitar şöbə müdiri Vasif Əliyev də iştirak edirdi.
Süleyman
Bu mövzuda digər xəbərlər:Deputat Tənzilə Rüstəmxanlı vətəndaş qəbulu keçirib
26 Sentyabr 2025 12:52
Deputat Tənzilə Rüstəmxanlı seçiciləri ilə görüşüb
09 Noyabr 2024 19:52
Tənzilə Rüstəmxanlı seçiciləri ilə növbəti görüşünü keçirib
24 Fevral 2025 16:26
Deputat Tənzilə Rüstəmxanlı TDAV ı ziyarət edib
04 May 2025 12:41
Baxış sayı:33
Bu xəbər 02 Avqust 2025 20:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















