Icma.az
close
up
RU
Deputat: Ulu Öndər xalqımızın taleyində əvəzsiz xidmətləri ilə əbədilik qazanıb AZƏRTAC

Deputat: Ulu Öndər xalqımızın taleyində əvəzsiz xidmətləri ilə əbədilik qazanıb AZƏRTAC

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 11 dekabr, AZƏRTAC

Fikir dahilərindən birinin qeyd etdiyi kimi, kütlə yalnız öz həqiqi lideri ilə birləşəndə xalqa çevrilir. Məhz hər zaman sevgi və ehtiramla əziz xatirəsini andığımız ən böyük azərbaycanlı Heydər Əliyev belə birləşdirici lider kimi xalqımızın taleyində əvəzsiz xidmətlər göstərərək ölümsüzlük qazanıb.

Birmənalı şəkildə qeyd etmək lazımdır ki, əgər xalqımızın Heydər Əliyev kimi lideri olmasaydı, bu gün müstəqil Azərbaycan mövcud deyildi.

AZƏRTAC xəbər verir ki, bu fikri Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib.

Deputatın fikrincə, Ulu Öndər Heydər Əliyevin siyasi səhnədə olmaması xalqımıza 20 Yanvar, Xocalı və digər unudulmaz faciələr, sarsıntılar yaşatdı. Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları o zaman başlandı ki, artıq Heydər Əliyev SSRİ rəhbərliyindən istefa vermişdi. Bunlardan sonra Azərbaycan sahibsiz, kimsəsiz, miskin bir duruma düşmüşdü. Amma xalqımızın əziz övladı Azərbaycanın dərdinə, yaşantılarına heç vaxt biganə qala bilməzdi. Bu baxımdan ötən əsrin sonlarında Heydər Əliyev yenidən siyasi səhnəyə qayıtdı. Amma Moskvadan idarə olunan, fikir plüralizmdən, demokratiyadan dəm vuran həmin o antimilli qüvvələr bu geridönüşün qarşısını almaq, Heydər Əliyevə var-gücləri ilə mane olmağa çalışırdılar. Ali Sovetin sessiyasında siyasi əxlaqsızlıq nümayiş etdirərək Heydər Əliyevə danışmaq imkanı belə vermək istəmədilər. Mikrafonu söndürmək kimi cılız hərəkətləri ilə guya Heydər Əliyevin səsini kəsməyə nail oldular. Amma başa düşmədilər ki, bu, həm də xalqın səsidir. Xalqın haqq səsini kəsmək mümkünsüzdür. Daha sonrakı iqtidar mənsublarının bütün maneçiliyinə, repressiyalarına baxmayaraq xalq siyasi səhnədə yenidən əziz övladını görmək arzusundaydı. Beləliklə, sosial problemlərdən bezən xalq vətəndaş itaətsizliyi göstərərək ölkə boyunca həmin qaragüruh siyasətçilərə etiraz əlaməti olaraq Heydər Əliyevin şəkilləri ilə meydana axışdı. “Bizi bu bəladan yalnız Heydər Əliyev qurtaracaq” plakatları ilə aramsız mitinqlərlə qoşulan kütlə fikrində qəti və tələbində tam haqlı idi. Ölkədə yaranmış siyasi, sosial böhran, Gəncə hadisələri, separatizm alovu müstəqilliyimiz üçün ciddi təhdid yaratmışdı.

“Vəziyyət çox mürəkkəb idi. Ozamankı iqtidar mənsubları özləri də etiraf edirdilər ki, ölkəni bu uçurumdan yalnız Heydər Əliyev qurtara bilər. Xalqın təkidi ilə Ulu Öndərin tarixi geridönüşü ilə Azərbaycan xilas oldu. Respublikamızın düşmənlərini məyus edən böyük Heydər Əliyev ölkənin daxili və xarici siyasət kursunu özünəməxsus bir ustalıqla dəyişərək dağılmış bir ölkədə xalqın arzuladığı dövləti qurmağı bacardı. Ümummilli Liderin birbaşa rəhbərliyi ilə ölkədə hüquqi dövlət quruculuğu prosesinə start verildi və vətəndaş cəmiyyətinin yaradılması istiqamətində mühüm addımlar atıldı. Respublikada bütün sahələrdə sürətli inkişaf dövrü başlandı. Azərbaycanı sivil dünyaya inteqrasiya etməklə xarici investorların diqqətini ölkəmizə çəkən Heydər Əliyev bütün təhdidlərə, çətinliklərə baxmayaraq “Əsrin müqaviləsi”ni reallaşdırmağa nail oldu. Bu müqavilə müstəqillik tariximizin siyasi, iqtisadi hadisəsi oldu. Beləliklə, Azərbaycanı sabitlik adasına çevirən Ümummilli Lider gələcək qüdrətimizin təməlini qurdu”, - deyə Rəşad Mahmudov vurğulayıb.

Onun sözlərinə görə, Ulu Öndər çox gözəl bilirdi ki, işğal altında olan Qarabağın və digər rayonların sülh yolu ilə qaytarılmadığı təqdirdə müharibə qaçılmazdır. Məhz bu baxımdan Zəfər ordusu kimi tarixə möhür vuraraq xalqımıza qalibiyyət yaşadan Silahlı Qüvvələrimizin yaradılması, döyüş qabiliyyətinin yüksəldilməsi, peşəkarlığının artırılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

“Heydər Əliyevin Azərbaycana rəhbərliyi ölkəmizdə həm iqtisadi, həm siyasi, həm də mənəvi-ideoloji baxımdan dövlətçilik ənənələrinin formalaşması kimi tarixə düşdü. Məhz həmin ənənələr Azərbaycanın təməl prinsiplərinə çevrildi. Ulu Öndərin əsasını qoyduğu və müdrikcəsinə yürütdüyü strateji inkişaf xətti beynəlxalq arenadakı nüfuzumuzun yüksəlməsindən tutmuş, sadə vətəndaşın yüksək rifah halına qədər bütün sahələrdə özünü göstərməyə başladı. Bu mənada ərazi bütövlüyünü təmin etmiş, ən yüksək beynəlxalq tədbirlərə ev sahibliyi edən, milli maraqlarını istənilən super dövlət qarşısında qorumaq gücünə malik qüdrətli Azərbaycan birmənalı şəkildə xalqımızın əziz övladı Heydər Əliyevin qurduğu, yaratdığı ölkədir.

Şansımız onda gətirib ki, xalqımızın dünyanı heyran edən Heydər Əliyev kimi övladı olub. Ötən əsrin əvvəllərində düşmən güclərin müstəqilliyimizi süquta uğradaraq endirdiyi, əsrin sonlarında yenidən ucaldılan, çox keçmədən enmək təhlükəsinin bir addımlığında olan müqəddəs bayrağımız Heydər Əliyevin xilaskarlığı ilə qətiyyətlə qorunub. Üçrəngli Bayrağımız başımızın üzərində azadlığımızı bizə nişan verirmiş kimi əbədi dalğalanmağa başlayıb.

Böyük Heydər Əliyev belə lider oldu və şərəfli həyatı hər birimiz üçün etalona, nümunəyə çevrildi. O, bu gün cismən aramızda olmasa da, Ümummilli Lider kimi əbədi olaraq qəlbimizdə yaşayır. Təsəllimiz xalqımızın bu dahi övladının qurduğu müstəqil dövlətimizdir. Ölkənin ərazi bütövlüyünü tam təmin edərək tarixləşən qüdrətli liderimiz və bütövləşən Vətənin hər yerində dalğalanan mübarək bayrağımız xalqımızı yeni qələbələrə qovuşduracaq”, - deyə deputat vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Dekabr 2024 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see182

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see169

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri