Icma.az
close
up
RU
Deputat: Ulu Öndər Azərbaycanın müstəqilliyinin memarı və dövlətçiliyinin əbədi qoruyucusudur AZƏRTAC

Deputat: Ulu Öndər Azərbaycanın müstəqilliyinin memarı və dövlətçiliyinin əbədi qoruyucusudur AZƏRTAC

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 11 dekabr, AZƏRTAC

Xalqımızın Ümummilli Lideri Heydər Əliyev XX əsrin ikinci yarısı və XXI əsrin əvvəllərində Azərbaycan tarixində mühüm rol oynamış dahi dövlət xadimidir. Ulu Öndərin fəaliyyəti həm Sovetlər dönəmində, həm də müstəqillik dövründə Azərbaycanın inkişafı və milli kimliyinin formalaşması üçün müstəsna əhəmiyyət daşıyıb.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ağalar Vəliyev söyləyib.

Ümummilli Liderin siyasi fəaliyyətinin əsas mərhələlərinə toxunan deputat qeyd edib ki, Ulu Öndər 1969-cu ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçildikdən sonra ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında dönüş yaranıb. Sovet dövründə Heydər Əliyev mərkəzi hökumətin sərt ideoloji çərçivələrinə baxmayaraq, Azərbaycanın inkişafını prioritetlər siyahısına daxil edib. O, milli kadrların irəli çəkilməsi, milli mədəniyyətin qorunması, təhsil, sənaye, kənd təsərrüfatı sahələrində uğurlu islahatlar həyata keçirib.

SSRİ-nin dağılmasından sonra Ümummilli Lider siyasi fəaliyyətini müstəqillik şəraitində davam etdirib. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın müstəqilliyini qorumaq və gücləndirmək istiqamətində mühüm addımlar atıb. Ulu Öndərin rəhbərliyi ilə ölkədə siyasi sabitlik bərpa olunub, hüquqi və iqtisadi islahatlar aparılıb, neft strategiyası formalaşdırılıb.

Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunmasındakı rolundan bəhs edən deputat bildirib: “Dahi Liderin xalqımız qarşısında ən mühüm xidmətlərindən biri Azərbaycanın dövlət müstəqilliyinin qorunması və onun beynəlxalq arenada mövqeyinin gücləndirilməsi olub. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın dünya enerji bazarında mühüm aktora çevrilməsinə şərait yaratdı. Bu strateji addım təkcə iqtisadiyyatın inkişafını deyil, həm də siyasi müstəqilliyin möhkəmlənməsini təmin etdi. Bundan əlavə, Ümummilli Lider Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üçün davamlı səylər göstərib. Onun xarici siyasəti hər zaman Azərbaycanın milli maraqlarına əsaslanıb, ölkənin tərəfdaşlıq əlaqələrini genişləndirib”.

Heydər Əliyev irsi və milli ideologiyası barədə fikirlərini bölüşən Milli Məclisin üzvü qeyd edib ki, Heydər Əliyevin siyasi irsi onun rəhbərliyi ilə formalaşan azərbaycançılıq ideologiyasında öz əksini tapır. Bu ideologiya milli birliyi, Azərbaycanın müstəqilliyini, xalqın mədəni və tarixi dəyərlərini qorumaq və inkişaf etdirmək məqsədini daşıyır. Onun yaratdığı Yeni Azərbaycan Partiyası müasir Azərbaycanın siyasi həyatında mühüm rol oynayır və ölkənin davamlı inkişaf strategiyasının təminatçısı kimi çıxış edir. Ulu Öndərin irsi, eyni zamanda, gənc nəslin milli ruhda tərbiyə olunmasında əsas meyardır. Ümummilli Lider həyatının 60 ilini xalqının bu günü və sabahı ilə yaşayıb. Xalqa və Vətənə həsr olunmuş bu mənalı ömrün son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib.

2003-cü ilin prezident seçkilərində Heydər Əliyev onun namizədliyini irəli sürən və dəstəkləyən insanlara, bütün Azərbaycan xalqına müraciətində namizədliyini özünün siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bəyan etdi. Əmin olduğunu bildirdi ki, onun axıra çatdıra bilmədiyi taleyüklü planları, işləri İlham Əliyev başa çatdıracaq. Belə də oldu. Ötən illər Ulu Öndərin öz inamında nə qədər haqlı olduğunu təsdiqlədi.

“Bu gün Ulu Öndərin ruhu şaddır. Çünki işğal altındakı torpaqlarımız – Qarabağ və Şərqi Zəngəzur Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində azadlığa qovuşub. Azərbaycan onun arzuladığı səviyyəyə yüksəlib, BMT kimi qurumların mötəbər tədbirlərinə, o cümlədən COP29-a uğurla ev sahibliyi edərək, qlobal problemlərin həllinə töhfələrini verir,” - deyən parlamentari əminliklə bildirib ki, dövlətimizin başçısının qətiyyəti, əzmkarlığı sayəsində bu zəfərlərin davamı gələcək, Ulu Öndərin parlaq ideyalarının işığında yeni-yeni uğur zirvələri fəth olunacaq. Azərbaycan bundan sonra da regional və qlobal aktor kimi beynəlxalq proseslərdə mühüm rolunu davam etdirəcək.

Deputatın sözlərinə görə, Ümummilli Liderin ən böyük arzularından biri də Türk dünyasının bir araya gəlməsi, vahid mövqe və platformadan çıxış etməsi idi. Bu ideyanı irəlilədən Azərbaycan Prezidenti İlham Əliyev Türk dövlətlərinin daha sıx birləşməsi üçün davamlı səylər göstərir, öncüllük nümayiş etdirir. Həmçinin ölkəmizin qardaş Türkiyə ilə münasibətlərini dərinləşdirərək strateji müttəfiqlik səviyyəsinə yüksəldib.

Ağalar Vəliyev sonda vurğulayıb ki, Heydər Əliyevin irsi, yalnız bir dövrün liderinin fəaliyyətindən ibarət deyil, həm də Azərbaycan xalqının gələcək nəsillərə ötürüləcək milli sərvəti və dəyəridir. Bu irsi qorumaq, onu təbliğ etmək və gənc nəsillərə daha dərindən tanıtmaq vacibdir. Onun dövlətçiliyin qorunmasında göstərdiyi prinsipiallıq və xalqa xidmət missiyası hər bir azərbaycanlı üçün örnəkdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Dekabr 2024 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri