Icma.az
close
up
RU
Deputat: Ulu Öndərin ideyaları, ictimai və siyasi fəaliyyətinin hər dövrü gənclərimiz tərəfindən dərindən öyrənilməlidir

Deputat: Ulu Öndərin ideyaları, ictimai və siyasi fəaliyyətinin hər dövrü gənclərimiz tərəfindən dərindən öyrənilməlidir

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 11 may, AZƏRTAC

Müasir müstəqil Azərbaycanın banisi, dahi şəxsiyyət Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf konsepsiyası ölkəmizin davamlı və uzunmüddətli inkişafını təmin edərək, onun müstəqilliyini əbədi və dönməz etdi. İllər ötdükcə Ulu Öndərin Azərbaycanın gələcəyi naminə qəbul etdiyi qərarların müdrikliyini daha aydın görür və həyatımızda hiss edirik.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı deyib.

1990-cı illərin əvvəllərində yaşanan ağır illərin, siyasi böhranın Azərbaycanın müstəqil dövlət kimi gələcəyinə ciddi təhdidlər yaratdığını söyləyən deputat qeyd edib ki, müdrik xalqımız bu ağır vəziyyətdə çıxış yolunu Heydər Əliyevi hakimiyyətə dəvət etməkdə gördü: “Xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ulu Öndərə keçmişdən çox ağır miras qalmışdı. Lakin dahi lider xalqı vahid amal ətrafında sıx birləşdirərək, canından da çox sevdiyi doğma Vətənini bu acınacaqlı vəziyyətdən çıxardı, Azərbaycan inkişaf və tərəqqi dövrünə qədəm qoydu.

Azərbaycan xalqının parlaq gələcəyi, əbədi müstəqilliyi, dayanıqlı inkişafı naminə nəhəng işlər görmüş Ümummilli Lider Heydər Əliyev deyirdi: “Bizim gördüyümüz işlər gələcəyə yönəlib. Biz bu işlərin gözəl nəticələrini ilbəil əldə edəcəyik və xalqımız bunu hiss edəcək. Ancaq bizim bugünkü nəsillərin borcu, o cümlədən Azərbaycan Prezidenti kimi mənim borcum ondan ibarətdir ki, Azərbaycanda dövlət quruculuğu o qədər möhkəmlənsin, Azərbaycan dövləti o qədər qüdrətlənsin ki, ölkəmiz daim müstəqil ola bilsin”.

Ulu Öndərin hakimiyyətinin ilk illərində ölkəmizin gələcək inkişafında müstəsna rol oynayacaq tarixi qərarların qəbul olunduğunu qeyd edən deputat vurğulayıb ki, milli dövlət quruculuğunun əsaslarının müəyyənləşdirilməsini prioritetlərdən biri kimi müəyyənləşdirən Heydər Əliyevin təşəbbüsü ilə ümumbəşəri, demokratik dəyərlərə əsaslanan, ölkəmizin gələcək inkişafı üçün geniş hüquqi baza yaradan Azərbaycan Konstitusiyası hazırlanaraq 1995-ci ildə qəbul edildi.

Ümummilli Liderin müəyyənləşdirdiyi enerji strategiyasının neft-qaz sənayemizdə əldə olunan bütün uğurların təməlini qoyduğunu söyləyən deputat deyib: “Bu xüsusda, təbii ki, 1994-cü ildə Ümummilli Liderin təşəbbüsü və iştirakı ilə “Əsrin müqaviləsi”nin imzalanmasını qeyd etmək lazımdır. Siyasi və iqtisadi böhranın yaşandığı, Ermənistanın işğalının davam etdiyi bir şəraitdə nəhəng enerji şirkətlərini Azərbaycana sərmayə qoymağa razı salmaq olduqca çətin görünürdü. Lakin dahi şəxsiyyət Heydər Əliyevin nüfuzu və müdrikliyi bu tarixi sənədin imzalanmasını təmin etdi. “Əsrin müqaviləsi” Azərbaycanın davamlı, dayanıqlı sosial-iqtisadi tərəqqisinə, beynəlxalq mövqelərinin gücləndirilməsinə təkan verdi”.

Qısa müddətdə Azərbaycanda ictimai-siyasi sabitliyin təmin olunması istiqamətində Ulu Öndər tərəfindən böyük işlərin görüldüyünü söyləyən deputat qeyd edib ki, qanunsuz silahlı birləşmələr tərk-silah edildi, ordu quruculuğu istiqamətində ciddi addımlar atıldı: “Görülən işlərin nəticəsində demokratik, hüquqi, dünyəvi dövlət qurmağa və onun təsisatlarını yaratmağa nail olundu, müstəqil Azərbaycanın yaşaması, inkişaf etməsi üçün lazım olan bütün addımlar atıldı”.

Ulu Öndərin müəllifi olduğu strateji inkişaf konsepsiyasının əsas istiqamətlərindən birinin də vətənpərvər, milli-mənəvi dəyərlərə bağlı, yüksək biliklərə sahib gənclərin hazırlanması olduğunu qeyd edən deputat bildirib ki, dahi liderin müəyyənləşdirdiyi dövlət gənclər siyasəti təhsilli, qlobal çağırışlara cavab verən, rəqabətqabiliyyətli, Vətənə böyük sevigi ilə bağlı olan gənc nəslin formalaşmasını təmin etdi.

Parlaq ideyaları, mühüm qərarları ilə gələcəyin qüdrətli Azərbaycanının təməlini qoyan Ulu Öndər Heydər Əliyevin mənalı həyat yolunun, Vətən, xalq qarşısındakı misilsiz xidmətlərinin gənclər üçün ən böyük nümunə olduğunu söyləyən Mircəlil Qasımlı bildirib ki, dahi şəxsiyyətin ideyaları, ictimai və siyasi fəaliyyətinin hər dövrü gənclərimiz tərəfindən dərindən öyrənilməlidir: “Gənclərimiz dahi liderin ideyalarını ölkəmizin dayanıqlı inkişafının təminatçısı kimi qəbul edir və Ümummilli Liderin müəyyənləşdirdiyi yolu dəstəkləyir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 May 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri