Icma.az
close
up
RU
Dövlətimizlə diqtə dilində danışmaq mümkün deyil! Deputat

Dövlətimizlə diqtə dilində danışmaq mümkün deyil! Deputat

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Belçika və Niderlandın Nümayəndələr Palataları tərəfindən aprelin 16-da qəbul edilmiş qətnamələr tamamilə qərəzlidir. Bu sənədlər Azərbaycan-Ermənistan sülh prosesinə, hər iki ölkənin birgə səyləri ilə regionda sülh və əməkdaşlıq mühitinin formalaşmasına yönəlmiş addımlara zərbə vurmaq məqsədi daşıyır".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev deyib. 

Deputat bildirib ki, hazırda Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh quruculuğu üçün praktiki addımlar atılır. Ötən ilin avqustunda Vaşinqton şəhərində əldə edilən razılaşmalar sülh prosesi üçün hüquqi baza rolunu oynayır. Həmin vaxtdan etibarən iki ölkə arasında gərginlik tam azalıb, sərhədlərimizdə heç bir hərbi insident baş verməyib. Digər tərəfdən, Azərbaycanla Ermənistan arasında etimad quruculuğu yönündə tədbirlər həyata keçirilir. Azərbaycan ərazisi vasitəsilə Ermənistana üçüncü ölkələr tərəfindən müxtəlif məhsulların daşınması, ölkəmizin Ermənistana neft məhsulları ixrac etməsi bunun göstəricisidir. Eləcə də, "Sülh körpüsü" layihəsi çərçivəsində iki ölkənin qeyri-hökumət təşkilatlarının qarşılıqlı səfərləri cəmiyyətlərimiz arasında etimad mühitinin formalaşdırılmasına xidmət edir. 

Millət vəkilinin sözlərinə görə, artıq rəsmi İrəvan da Qarabağ mövzusunun bağlandığını bəyan edib. Bu ölkənin baş naziri Nikol Paşinyan ötən gün bir daha bu mövqeyini xatırlatdı. Belə olan halda Belçika və Niderland parlamentarilərinin məlum mövqeyi ciddi suallar doğurur. Görünən odur ki, müəyyən beynəlxalq dairələr, o cümlədən xaricdəki erməni diasporu və lobbisi Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasında maraqlı deyil. Onlar yenidən bölgəni gərginlik məkanına çevirməyə çalışırlar. Qətnamələrdə hərbi canilərin "əsir" və "girov" adlandırılması, onların azad edilməsi "tələbi" qəbulolunmazdır. 

Samir Vəliyev qeyd edib ki, bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada söz sahibi olan dövlətə çevrilib. Dövlətimizlə diqtə dilində danışmaq mümkün deyil. 

Özlərini demokratik dövlət hesab edən Belçika və Niderland müstəmləkə keçmişlərini xatırlasalar daha yaxşı olar. 

"Azərbaycanın Milli Məclisi də ölkəmizin suveren ərazisinə təhrif edilmiş formada istinad edən, saxta iddialar və əsassız ittihamlar üzərində qurulmuş birtərəfli və qərəzli sənədləri kəskin şəkildə qınayıb və qətiyyətlə rədd edib. Bu ölkələr anlamalıdır ki, beynəlxalq hüquqa zidd olan sənədləri qəbul etməklə əslində özlərinin imicinə zərər vururlar. Ona görə də, həmin qətnamələr kağız parçasından başqa bir şey deyil "-deyə, Samir Vəliyev vurğulayıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://unikal.az
archiveBu xəbər 21 Aprel 2026 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see472

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see360

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see301

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see299

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see256

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see253

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see253

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see243

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see233

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see233

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see230

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see226

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see222

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see217

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see209

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see208

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see198

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see198

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see194

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri