Icma.az
close
up
RU
Deputat: “Xəyanət İttifaqının məntiqi sonluğu”

Deputat: “Xəyanət İttifaqının məntiqi sonluğu”

Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

Bunun Ermənistan ordusunun tör-töküntülərinin Laçını tərk etmələrinin beşinci ildönümünü qeyd etdiyimiz günə düşməsində heç şübhəsiz bir rəmzilik var. Rəmzilik ilk növbədə ondadır ki, Minsk qrupunun həmsədrlərinin qəti istəməmələrinə rəğmən vaxtında Ermənistan hərbçilərinin Laçından getmələri tələbi qoyulmasaydı, Minsk qrupu heç hara buxarlanan deyildi. Əlbəttə, bu prosesin belə bitməsində son 5 ildə sərt və yumşaq xarakterli, hər iki halda qətiyyətli olduğu qədər də zərgər dəqiqliyi ilə atılan addımlar çox mühüm rol oynadı.
Sərt xarakterli addımlar deyərkən mən 2023-cü ilin sentyabrındakı antiterror əməliyyatı başda olmaqla bir neçə lokal döyüşü nəzərdə tuturam. İkinci qəbildən addımlar isə Azərbaycan dövlətinin diplomatiya tarixinə qızıl hərflərlə yazılacaq. Əgər bu müddətdə qardaş Türkiyə ilə müttəfiqlik anlaşması imzalanmasaydı, Fransanın BMT Təhlükəsizlik Şurasında, eləcə də bəzi beynəlxalq tədbirlərdə əleyhimizə hazırladığı qətnamələrinin təsdiqlənməsinin önünü kəsməyi bacarmasaydıq, Paşinyana “Qarabağ Azərbaycandır” dedirtməsəydik, Bayden-Blinken cütlüyünün təzyiqlərinə tab gətirməyib geri çəkilsəydik, Çinlə hərtərəfli strateji tərəfdaşlıq əlaqəsi qurmasaydıq, Ermənistanla sülh müqaviləsinin paraflanmasını cənab İlham Əliyevin təbirincə desək, “dünyanın bir nömrəli ofisi”ndə Ağ evdə , ABŞ prezidentinin şahidliyi altında baş verməsini təmin etməsəydik, bəzi dövlətlər, özəlliklə də Minsk qrupunun iki həmsədri onun buraxılmasıyla razılaşacaqlardımı? Sual ritorikdir, deyilmi?
Bütün bunları indi xatırlatmağımın başqa bir səbəbi də var. Söhbət Taleyrandan daha xəyanətkar, ancaq onun qədər uzaqgörən olmayan birinin yaradtığı yığnağın reallaşacağı təqdirdə bütün bu uğurlarımızın üstündən xət çəkəcək məkrindən gedir. Mən əminəm ki, Dövlət Təhlükəsizlik Xidməti “Xəyanət İttifaqı” adlandıra biləcəyimiz bu yığnaqda yer alanların hamsını bir-bir üzə çıxaracaq və onlar qanun qarşısında cavab verəcəklər. İndi burada üzümü xalqımıza tutub soruşmaq istərdim: bu “Xəyanət İttifaqı”, oradakı adları bəllilərin bir vaxtlar örtülü və açıq şəkildə dəstəklədikləri başqa bir yığnaqdakılar, yəni “Milyarderlər İttifaqı”ndakılar 44 günlük savaşı qoyuram qırağa, əgər istəsə idilər belə İlham Heydər oğlu Əliyevin savaşsonrası atdığı addımlardan bircəciyinə cəsarət edəcəkdirlərmi? Hələ demirəm ki, onlarda bu bacarıq varmı? Yəqin razısınız ki, sual yenə ritorikdir.
Bir kəlmə də Taleyran gedişi getmək istəyən birində, yəni “Xəyanət İttifaqı” quran adamda buna uzaqgörənlik demək mümkündürsə əgər, ondakı uzaqgörənliyin olmadığını deyəndə nəyi nəzərdə tutduğuma aydınlıq gətirib nitqimi bitirirəm. Taleyran xəyanətə zaman prizmasından yanaşaraq ibliscəsinə deyirdi ki, o, vaxtında ediləndə uzaqgörənlik olur.
Xəyanətə meyllilikdə Taleyrandan betərdə və “Xəyanət İttifaqın”a cəlb etdiyi ünsürlərdə isə uzaqgörənlik olsa idi, üz tutduqları, marağına uyğun çıxış etmək öhdəliyi götürdükləri mərkəz onların məkrli planı haqda özü xəbər verməzdi. Çünki həmin mərkəz Azərbaycan xalqının cənab İlham Əliyevə necə yanaşdığını da, dövlət çevrilişi hazırlayanların bunu bacarmayacaqlarını və planlarının tezliklə üstünün açılacağını da gözəl bilirdi.
Sahib Alıyev, Milli Məclisin deputatı
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:204
embedMənbə:https://azvision.az
archiveBu xəbər 02 Dekabr 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri