Icma.az
close
up
RU
Azərbaycana zərbə endirməsi xəyanət və nankorluqdur Deputat

Azərbaycana zərbə endirməsi xəyanət və nankorluqdur Deputat

Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.

"İranın dünyadakı dostları barmaq sayı qədərdir. Belə bir vəziyyətdə Azərbaycan kimi mehriban qonşu və dost ölkə ilə münasibətləri gərginləşdirmək İranın strateji maraqlarına ziddir”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

O bildirib ki, Azərbaycan heç vaxt öz ərazisinin İrana qarşı istifadə edilməsinə icazə verməyib:

"İran tərəfindən seçilən hədəflər mülki obyektlər olub. Diqqət çəkən məqam ondan ibarətdir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) öz rəsmi səhifəsində bu hadisəni Azərbaycana ‘xəbərdarlıq’ kimi təqdim edib. Bəs bu xəbərdarlıq nə üçündür? Hansı səbəbə və motivə əsaslanır? Bu barədə heç bir aydın məlumat verilməyib.

Hazırda İran ABŞ və İsraillə qarşıdurma vəziyyətindədir. İran tərəfi daha əvvəl bəyan etmişdi ki, ABŞ hərbi bazalarının yerləşdiyi və ya öz ərazisindən onlara qarşı istifadə olunmasına icazə verən ölkələr rəsmi Tehran üçün legitim hədəf hesab ediləcək. Bu mövqe hamıya bəllidir.

Lakin Azərbaycan indiyədək bir dəfə də olsun öz ərazisinin İrana qarşı istifadə edilməsinə icazə verməyib. Bu məsələ ilə bağlı Azərbaycanın qəti, dəyişməz və prinsipial mövqeyi var. Bu mövqe 2006-cı ildə Prezident İlham Əliyev ABŞ-yə rəsmi səfəri zamanı da açıq şəkildə bəyan edilmişdi və həmin siyasət bu günə qədər davam etdirilir”.

Deputat qeyd edib ki, Azərbaycan heç vaxt İrana qarşı tətbiq olunan sanksiyalara qoşulmayıb:

"Azərbaycan heç vaxt İrana qarşı tətbiq edilən sanksiyalara qoşulmayıb. Əksinə, İranla mehriban qonşuluq münasibətlərini qorumağa çalışıb. Buna baxmayaraq, əvvəllər İranda Azərbaycanın səfirliyinə silahlı hücum baş verdi, nəticədə bir diplomatımız həlak oldu, biri isə yaralandı.

Bundan əvvəl İran–İsrail–ABŞ qarşıdurmasında da Azərbaycan İrana qarşı hər hansı düşmən mövqeyi tutmayıb. Əksinə, münaqişələrin tezliklə diplomatik yollarla həll olunmasını dəstəkləyib. Bununla belə, İran mediasında Azərbaycana qarşı təbliğat və ittihamların şahidi olmuşuq”.

Parlamentari əlavə edib ki, İranın bu addımı qəbuledilməzdir:

"Hazırkı hadisə də anlaşılmaz və qəbuledilməzdir. Azərbaycan Prezidenti iki gün əvvəl İran səfirliyinə gedərək Ali dini lider Əli Xameneinin vəfatı ilə bağlı başsağlığı verib. Dünyanın heç bir yerində ölkə başçısı ölkəsində fəaliyyət göstərən səfirliyə gedərək bu cür başsağlığı verməyib. Bu, Azərbaycanın xoş niyyətinin göstəricisi idi.

Bundan əlavə, İranın xarici işlər nazirinin müavini Azərbaycandan Livandan İran vətəndaşlarının təxliyəsi üçün kömək istəmişdi. Azərbaycan bu xahişi də yerinə yetirib, hətta onların təyyarə və digər xərclərini belə qarşılayıb. Bu addım dostluq və çətin günlərdə bir-birinə dəstək prinsipi ilə atılmışdı.

Bütün bunların fonunda Azərbaycanın mülki obyektlərinə zərbə endirilməsi qəbuledilməzdir. Bu, xəyanət, nankorluq və dostluq münasibətlərinə zidd addım kimi qiymətləndirilir”.

E. Nəsirov bildirib ki, hadisə ilə bağlı aydın izahın verilməməsi İran daxilində koordinasiya probleminin olduğunu göstərir:

"İran tərəfi baş verən hadisəni tam şəkildə izah edə bilmir. İranın Xarici İşlər Nazirliyi belə bir hücumdan xəbərsiz olduğunu bildirir. Lakin SEPAH bunu ‘xəbərdarlıq’ adlandırır. Bu isə İran daxilində müxtəlif qurumlar arasında koordinasiya probleminin olduğunu göstərir. Görünən odur ki, SEPAH bir çox məsələlərdə həlledici rol oynayır. Özünü böyük dövlət ənənələrinə malik ölkə kimi təqdim edən bir dövlətin belə düşünülməmiş addım atması isə ciddi suallar doğurur”.

Şahanə Ziyad

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 06 Mart 2026 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri