Icma.az
close
up
RU
Deputat yerinə yetirə bilmədiyi vədlərdən danışdı: “İki səbəbi var”

Deputat yerinə yetirə bilmədiyi vədlərdən danışdı: “İki səbəbi var”

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Milli Məclisin deputatları seçki kampaniyası zamanı və mandat aldıqdan sonra seçicilərinə müxtəlif vədlər verirlər. Bu vədlərin bir qismi deputatların şəxsi təşəbbüsü ilə bağlı olduğu halda, bir qismi seçicilərin müraciətləri əsasında formalaşır. Lakin deputatın bütün vədləri və müraciətləri yerinə yetirməsi hər zaman mümkün olmur. Buna səbəb həm məsələlərin qanunvericilik və icra imkanları ilə bağlı olması, həm də deputatın səlahiyyətlərinin müəyyən çərçivədə məhdudlaşmasıdır.

Bəs deputatlar hansı vədləri yerinə yetirə bilməyiblər və buna nə səbəb olub?

Modern.az bu sual ətrafında deputatların mövqeyini öyrənmək məqsədilə yeni rubrikaya başlayır.

Rubrikanın ilk qonağı Milli Məclisin deputatı Əziz Ələkbərlidir. O, seçicilərindən daxil olan müraciətlərə münasibət bildirib və bəzi hallarda məsələlərin həllinin deputatın səlahiyyət və imkanlarından kənarda olduğunu diqqətə çatdırıb.

Deputat “İndiyə kimi verdiyiniz hansı vədi yerinə yetirməmisiniz?” sualını cavablandırarkən bildirib ki, ona ünvanlanan heç bir müraciəti cavabsız qoymamağa, ən azı problemin həlli üçün cəhd göstərməyə çalışır:

“İstər seçicilərimə verdiyim vədlər olsun, istərsə də vermədiyim vədlər olsun, mənə olunan heç bir müraciəti cavabsız qoymuram. Ən azı, həlli üçün cəhd göstərirəm. Amma yerinə yetirə bildiyim də olur, yerinə yetirə bilmədiyim də. Yerinə yetirə bilməməyimin iki səbəbi var. Birincisi odur ki, olunan müraciətlərin bir hissəsi haqsız olur. Məsələn, tutaq ki, övladı cinayət törədir, çox ciddi cəza alır, valideyni zəng edir ki, onu qurtar. İkinci səbəb odur ki, bəzən nəzərə almırlar ki, deputatın səlahiyyətinin də, imkanlarının da müəyyən həddi var. Amma bütün hallarda qanun çərçivəsində bacardığım köməyi etməyə çalışıram”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Avqust 2026 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri