Icma.az
close
up
RU
Deputat: Yüksəksəviyyəli görüşlər Azərbaycan Gürcüstan əməkdaşlıq gündəliyinin geniş olduğunu göstərir

Deputat: Yüksəksəviyyəli görüşlər Azərbaycan Gürcüstan əməkdaşlıq gündəliyinin geniş olduğunu göstərir

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 17 aprel, AZƏRTAC

Mehriban qonşuluq və tarixi dostluq əlaqələrinə söykənən Azərbaycan-Gürcüstan münasibətləri bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, təhlükəsizlik, müdafiə, nəqliyyat-logistika, humanitar və digər sahələrdə uğurla inkişaf edir. Ölkələrimiz arasındakı səmərəli əlaqələr regional sabitliyə və əməkdaşlığa mühüm töhfələr verir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı bildirib.

Yüksəksəviyyəli qarşılıqlı səfərlərin, keçirilən görüşlərin Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafında müstəsna rol oynadığını söyləyən deputat bildirib ki, cari ilin əvvəlində Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəmizdə səfərdə oldu. Bir neçə gün əvvəl Antalyada Azərbaycan Prezidenti ilə Gürcüstanın Baş naziri arasında görüş keçirildi. Aprelin 15-16-da isə Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ölkəmizdə rəsmi səfərdə oldu. Təbii ki, bu, ilk növbədə, iki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsinin, eyni zamanda, əməkdaşlıq gündəliyinin geniş olduğunu göstərir.

“Müstəqillik illərində Azərbaycanın və Gürcüstanın iştirakı ilə reallaşdırılan qlobal əhəmiyyətli layihələr uğurlu əməkdaşlığın bariz nümunəsidir. Prezident İlham Əliyevin mətbuata bəyanatında qeyd etdiyi kimi, Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Bu uğurlu əməkdaşlıq illər ərzində bütün istiqamətlərdə genişləndirilib və bu gün nümunəvi xarakter daşıyır. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq edirlər. Azərbaycan və Gürcüstan BMT, ATƏT, GUAM, QDİƏT və digər təsisatlarda daim bir-birini dəstəkləyir, həmrəy mövqe nümayiş etdirirlər”, - deyə deputat vurğulayıb.

Vətən müharibəsində qazanılan tarixi Qələbəmizdən sonra Azərbaycanın regionda yeni reallıqlar yaratdığını diqqətə çatdıran deputat bildirib ki, ölkəmiz Cənubi Qafqaz regionunda əməkdaşlığın genişləndirilməsinin, dayanıqlı sülhün bərqərar olmasının tərəfdarıdır. İllərdir Gürcüstan ilə Azərbaycan arasında möhkəm dostluğa əsaslanan qarşılıqlı faydalı əməkdaşlıq da ölkəmizin bu istiqamətdəki əzminin göstəricisidir. Bu gün ölkələrimizin arasındakı dostluq və əməkdaşlıq Avropanın enerji təhlükəsizliyində önəmli rola malikdir. Bu istiqamətdə nəzərdə tutulan layihələrin icrası ilə bu sahədəki fəaliyyət daha da genişləndiriləcək.

“Təbii ki, ikitərəfli münasibətlərimizin inkişafında parlamentlərin rolunu da qeyd etmək istərdim. Qanunverici orqanlarımız arasında əlaqələr ikitərəfli, çoxtərəfli əsasda genişləndirilir. Bu baxımdan dostluq qruplarının səmərəli fəaliyyəti və beynəlxalq parlament təşkilatlarındakı qarşılıqlı dəstək xüsusi vurğulanmalıdır”, - deyə deputat qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Aprel 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see195

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see181

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see174

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see167

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see137

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see134

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri