Icma.az
close
up
RU
Zəngilanın dirçəlişi regionun sosial iqtisadi inkişafına yeni təkan verir Deputat

Zəngilanın dirçəlişi regionun sosial iqtisadi inkişafına yeni təkan verir Deputat

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

"Zəngilan rayonu həm strateji mövqeyi, həm də zəngin təbii sərvətləri ilə fərqlənir. Rayon ərazisində çöküntü suxurları, yura və təbaşir çöküntüləri geniş yayılıb. Burada əhəng xammalı, qızıl və qara mərmər yatağı, tikinti və susuzlaşdırılmış soda üçün əhəng daşı kimi qiymətli resurslar mövcuddur".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Asif Əsgərov deyib. 

Parlamentarinin sözlərinə görə, coğrafi baxımdan Zəngilan şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər, şimaldan Qubadlı, şərqdən Cəbrayıl, cənubdan İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir. Bu strateji mövqe bölgənin tarixi, hərbi və iqtisadi əhəmiyyətini artırır.

"Rayonun iqtisadiyyatı əsasən kənd təsərrüfatına yönəlmişdir, işğal dövrünə qədər burada 29 kolxoz-sovxoz, 1 arıçılıq təsərrüfatı, 4 kooperativ və 3 kəndli-fermer təsərrüfatı fəaliyyət göstərmişdir. Eyni zamanda 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı mövcud idi ki, bu da regionun nəqliyyat infrastrukturunun inkişafına xidmət edirdi.

Zəngilanın inkişafı Ermənistanı ciddi narahat etmişdi və xarici havadarlarının dəstəyinə arxalanan düşmən Füzuli və Cəbrayıl rayonlarını işğal etdikdən sonra zəngilanlıları 67 gün tam mühasirə şəraitində saxlamışdır. Bu çətin dövrdə zəngilanlılar böyük iradə və qəhrəmanlıq nümayiş etdirərək düşmənə layiqli müqavimət göstərdilər. Lakin 1993-cü il oktyabrın 29-da Zəngilan erməni silahlı birləşmələri tərəfindən işğal edilmişdir. 2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri oktyabrın 20-də Zəngilan şəhəri işğaldan azad etmişdir. Bu əməliyyat nəticəsində Azərbaycan-İran sərhədi tam bərpa olunmuşdur. Zəngilanın azad edilməsində iştirak edən 6974 hərbi qulluqçu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 20 oktyabr Zəngilan şəhəri günü kimi təsis edilmişdir. Həmin gün rayonun azad edilməsi, bərpası və yeni inkişaf dövrünü təcəssüm etdirir. Zəngilanın bərpasında əsas prioritetlərdən biri Ağalı kəndində aparılan pilot layihədir. Burada 200 müasir ev inşa edilmiş, məktəb, bağça, tibb məntəqəsi, “ASAN” və “DOST” xidmətləri, həmçinin kiçik və orta biznes üçün infrastruktur təmin edilmişdir. 2022-ci ilin may ayında ilk sakinlər doğma torpaqlarına qayıtmış, 175 ailənin – 871 nəfərin məskunlaşması təmin edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2023-cü il oktyabrın 30-da “Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq etmişdir.  

Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa edilmişdir. Tarixi məscid konservasiya olunaraq yanında yeni ibadət zalları yaradılmışdır. Memarlıq, nəqqaşlıq və nəbati naxış işləri qədim abidənin estetikasını qoruyaraq müasir infrastruktura inteqrasiya olunmuşdur. 18 may 2024-cü il tarixində Ağalı kəndində “Ağalı” hoteli istifadəyə verilmişdir. Həmçinin, “Dost Aqropark” layihəsi ilə bölgədə kənd təsərrüfatı canlanmışdır.  Böyük Qayıdış Proqramı həm yaşayış imkanlarının bərpası, həm də bölgədə iş yerlərinin yaradılması, iqtisadiyyatın şaxələndirilməsi, turizm və kənd təsərrüfatının inkişafını hədəfləyir. Ağalı ağıllı kəndi, aqropark və yeni infrastruktur layihələri sakinlərin sosial rifahını artırmaqla yanaşı, regionun iqtisadi potensialını da gücləndirir.

Zəngilanın azad edilməsi və Böyük Qayıdış proqramı rayonun tarixi, mədəni və iqtisadi inkişafını təmin edir. Ağalı ağıllı kəndi, yeni yaşayış layihələri, strateji nəqliyyat dəhlizləri və aqropark kompleksləri Zəngilanı modern, ekoloji və sosial baxımdan dayanıqlı bir mərkəzə çevirir. Rayon həm ölkənin iqtisadi inteqrasiyasına töhfə verir, həm də gələcək nəsillər üçün dayanıqlı və müasir yaşayış məkanı yaradır". 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://unikal.az
archiveBu xəbər 20 Oktyabr 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri