Icma.az
close
up
RU
Deputatdan Avropa Parlamentinə etiraz: “Əli Kərimliyə konkret ittihamlar var”

Deputatdan Avropa Parlamentinə etiraz: “Əli Kərimliyə konkret ittihamlar var”

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, ötən gün Avropa Parlamentində ölkəmizə qarşı daha bir skandal addım atıb. 

Belə ki, Azərbaycana qarşı qərəzli qətnamə qəbul olunub. Qətnamədə ölkədə “siyasi məhbuslar”ın olduğu iddia olunub. Üstəlik, dövlət çevrilişi ittihamı ilə saxlanılan AXCP sədri Əli Kərimlinin həbsi də pislənilib və onun azad edilməsi tələb olunub. 

Milli Məclisin deputatı Vüqar İskəndərov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Avropa Parlamentinin növbəti dəfə qərəzli, riyakar qətnaməsi bu qurumun tamamilə normal funksiyasını itirdiyini göstərir: 

“Oradakı deputatların bir çoxu kimlərinsə sifarişini yerinə yetirməklə məşğuldurlar. Təəssüf ki, yalan və iftira dolu qətnaməni qəbul ediblər. Ümumiyyətlə, Avropa Parlamenti korrupsiya içində boğulur. Parlamentin vitse-spikeri və bir neçə deputatı rüşvət qalmaqalı ilə həbs olunub. Bəzi deputatların isə adları hansısa ölkələrin maraqlarına xidmətdə hallanır. 

Yəni bu qurum Avropanın irəli sürdüyü dəyərləri ayaq altına atmaqla digər ölkələrin daxili işlərinə və hüquq sisteminə qarışmaqla məşğuldur”. Millət vəkili qeyd edib ki, Azərbaycanın Avropa İttifaqına üzv olan ölkələrlə çox yaxşı və faydalı əməkdaşlığı mövcuddur: “Həmçinin, Avropanın çox sayda ölkəsi ilə ikitərəfli və çoxtərəfli münasibətlər saxlayırıq. 

Azərbaycan bu gün Avropanın vazkeçilməz enerji tərəfdaşıdır. Bütün bunları görməzdən gələn Avropa Parlamenti “xristian klubu” olaraq kinini kənara qoya bilmir. Onlar Azərbaycanın qələbəsini, uğurlarını və bölgədə yaratdığı yeni reallıqları həzm edə bilmirlər. Hətta Ermənistan və Azərbaycan arasındakı münasibətlərin normallaşmağa doğru getməsini də gözləri götürmür. Bədnam qətnaməni qəbul etməklə buna kölgə salmağa çalışır”. 

Vüqar İskəndərov vurğulayıb ki, Avropa Parlamentinin AXCP sədri Əli Kərimli ilə bağlı mövqeyi də doğru deyil: 

“Qətnamədə adıçəkilən şəxslər, habelə Əli Kərimli cinayət məsuliyyətinə cəlb olunublar. AXCP sədrinə qarşı ünvanlanmış konkret ittihamlar var. O, hazırda istintaq altındadır və ifadə verir. 

Yəni ittihamlarla bağlı istintaq araşdırmasının davam etdiyi bir zaman belə qərəzli yanaşma yolverilməzdir. Parlamentimiz də bununla bağlı bəyanat verdi. Biz belə kağız tullantılarını rədd edirik. Avropa Parlamentinin selektiv və birtərəfli qaydada öz maraqlarına xidmət edən bəyanatları mənasız kağız parçasından başqa bir şey deyil. Azərbaycan inkişaf yolunandır. 

Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, qətiyyəti, xalqı ilə birlikdə hərəkət etməsi, ölkəmizin hər gün güclənməsi belə qara qüvvələri narahat edir. Lakin belə addımlar bizi getdiyimiz uğurlu yoldan döndərə bilməz”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Açar sözlər: Avropa Parlamenti Deputat

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Dekabr 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri