Icma.az
close
up
RU
Deputatdan Bakı Sumqayıt yolundakı tıxacın azalması üçün çox vacib TƏKLİF

Deputatdan Bakı Sumqayıt yolundakı tıxacın azalması üçün çox vacib TƏKLİF

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

"Şəhərimizdə həllini gözləyən bəzi vacib məsələlər qalmaqdadır. Onlardan biri məişət tullantılarının utilizasiyası və daşınması ilə bağlı problemdir. Hazırda 500 mindən çox əhalisi olan Sumqayıtda tullantıların həcmi ildən-ilə artır, mövcud poliqon isə bu yükü daşımağa çətinlik çəkir. Tullantıların yandırılması nəticəsində yaranan tüstü ətraf yaşayış məntəqələrində haqlı narazılıqlara səbəb olur.

Bu təkcə ekoloji deyil, eyni zamanda sosial məsələdir. Ona görə də təklif edirəm ki, Sumqayıtda tullantıların müasir utilizasiyası zavodu inşa olunsun. Belə bir müəssisənin yaradılması həm ekoloji tarazlığın qorunmasına həm də şəhərin yaşıl iqtisadiyyat və yaşıl şəhər konsepsiyasına tam uyğun olar".

Redaktor.az xəbər verir ki, belə bir təkliflə deputat Səbinə Salmanova parlamentin bugünkü iclasında büdcə müzakirələri zamanı çıxış etdi.

O, həmçinin əlavə etdi ki, Sumqayıtda bəzi sənaye müəssisələrinin tullantıların Sumqayıt çaya, oradan isə Xəzər dənizinə axıdılması problemi hələ də tam həllini tapmayıb:

"ADSEA-nın bu il apardığı yoxlamaları da bu vəziyyəti təsdiqləyir. Kimyəvi tullantıların su və torpaq tərkibinə mənfi təsiri Xəzərin flora və faunasına zərər vurur, həmçinin sakinlərin dənizdən istifadəsinə məhdudlaşdırır.

Halbuki şəhərin strateji qəsəbəsində istiqamətində yerləşən su təmizləyici qurğusu sutkada 200 min kubmetr suyu təmizləmək gücünə malikdir. Lakin bu potensial tam şəkildə istifadə olunmur. Hazırda 18 nöqtədən Xəzərə çirkab suların axıdılması müşahidə olunur və onların mövcud vurğuya birləşməsiylə böyük bir ekoloji riskin qarşısını almaq mümkündür.

Təklif edirəm ki, Sumqayıtda su təmizləyici sistemlərin bərpası və genişləndirilməsi istiqamətində təcili tədbirlər həyata keçirilsin. Bu həm dənizin ekoloji mühafizəsi, həm də şəhər əhalisinin sağlam yaşayış mühitinin qorunmasına xidmət edəcək.

Sumqayıt kimi sənaye şəhərində peşə təhsili sisteminin gücləndirilməsi stratejii əhəmiyyət kəsb edir. Hazırda şəhərdə cəmi 3 peşə məktəbi fəaliyyət göstərir. Halbuki burada 200-dən çox sənaye müəssisəsi, o cümlədən 30-dan artıq iqtisadiyyat mövcuddur. Müəssisələrin əksəriyyəti texniki və xidmət sahələrində ixtisaslı kadr çatışmazlığı ilə üzləşir. Təklif edirəm ki, Sumqayıtda yeni peşə təhsili müəssisələrinin yaradılsın və onların tədris proqramları sənaye müəssisələri ilə birgə hazırlanaraq əmək bazarlarının real tələblərinə uyğunlaşdırılsın.

Bu yanaşma həm işsizlik səviyyəsinin azalmasına, həm də yeni yerli gənclərin öz şəhərində yüksək ixtisaslı mütəxəssislər kimi formalaşmasına şərait yaradacaq. İş yerlərinin məhz Sumqayıtda artırılması sakinlərin paytaxta üz tutma ehtiyacını azaldar, bu isə öz növbəsində sosial balansın qorunmasına, Bakı-Sumqayıt yolundakı nəqliyyat yüklənməsinin azalmasına və ekoloji vəziyyətin yaxşılaşdırılmasına müsbət təsir göstərər".

Aminə ŞAHSUVARQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 Dekabr 2025 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see243

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see199

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see193

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see181

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see174

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see153

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see152

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see151

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see151

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see148

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see147

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see143

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see141

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see137

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see136

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see136

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see132

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see130

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri