Icma.az
close
up
RU
Deputatdan bələdiyyələrlə bağlı VACİB TƏKLİFLƏR

Deputatdan bələdiyyələrlə bağlı VACİB TƏKLİFLƏR

News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzə barədə çıxış edən iqtisadçı deputat Vüqar Bayramov bir sıra məqamlara diqqət çəkib.

News24.az bildirir ki, deputat bu il dövlət büdcəsindən bələdiyyələrə 7 milyon 500 min manat dotasiya, 1 milyon 550 min subvensiya ayrılmasının nəzərdə tutulduğunu söyləyib.

“Birləşmədən sonra ölkə üzrə 685 bələdiyyənin olduğunu nəzərə alsaq, bu il orta hesabla hər bələdiyyə üçün illik dotasiya məbləği 10 min 950 manat, aylıq isə 912 manat ayrılacaq. Bələdiyyələrin maliyyə mənbələrinin məhdud olması onların güclü institut kimi formalaşması və inkişafını xüsusi təşviq etmir. Təbii ki, kənar maliyyə mənbələri genişləndikcə büdcə vəsaitlərinə tələb də azalmalıdır.

Digər tərəfdən, dotasiyanın məbləğinin müəyyənləşdirilməsi və bölüşdürülməsi kəmiyyət meyarlarına əsaslanır. Halbuki, bələdiyyələrin fəaliyyəti daxil olmaqla digər keyfiyyət meyarlarından istifadə edilməsinə ehtiyac var. Dövlət büdcəsindən vəsait bölüşdürülməsi daha çox keyfiyyət indikatorları əsasında həyata keçirilməlidir. Maliyyə təminatı ilə bağlı digər məqam dövlət büdcəsindən dotasiyanın həcmi ilə yerli gəlirlərin məbləğinin kəskin fərqlənməməsidir”, - Vüqar Bayramov bildirib.

O vurğulayıb ki, illik məruzədə də qeyd olunduğu kimi, 2024-cü ilin ilk 9 ayında yerli büdcə gəlirləri 7.1 milyon manat olub:

“Göründüyü kimi, bələdiyyələr mövcud iqtisadi potensialdan tam olaraq istifadə etmirlər. Bu isə onların büdcədən asılılığını gücləndirir. Gəlir mənbələrinə diqqət yetirdikdə bələdiyyələr fiziki şəxslərdən torpaq, əmlak vergisinin, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin və bələdiyyə müəssisəsindən alınan mənfəət vergisinin yığılmasına məsuldur.

Bələdiyyələrin çoxunun ərazisində isə yerli əhəmiyyətli tikinti materialları yoxdur və bələdiyyə müəssisələri demək olar ki, mövcud deyil. Bu baxımdan bələdiyyələr üçün daha dayanıqlı maliyyə mənbələrinin formalaşdırılmasına ehtiyac var.

Bələdiyyələrin son birləşməsindən sonra da Azərbaycanda bələdiyyələrin sayı yaxın iqtisadi struktur ölkələr ilə müqayisədə yenə də çoxdur. Belə ki, Çexiyada 205, Bolqarıstanda 265, Rumıniyada 103, qardaş Türkiyədə 1389 bələdiyyə fəaliyyət göstərir.

Azərbaycanda fəaliyyət göstərən bələdiyyələrin sayı əksər Mərkəzi və Şərqi Avropa ölkələri ilə müqayisədə daha çoxdur. Bu isə onların fəaliyyətlərinin səmərəliliyinə, eləcə də şəffaflığına təsir göstərir. Məruzəyə əsasən, bələdiyyələrin fəaliyyəti ilə bağlı 4337 müraciət daxil olub. Bu isə həmçinin ondan xəbər verir ki, bələdiyyələrin fəaliyyətinə ictimai nəzarətin daha da gücləndirilməsinə ehtiyac var”.

Bütün bunlarla yanaşı, deputat bələdiyyələrin fəaliyyətinin gücləndirilməsi üçün aşağıdakıların nəzərə alınmasını tövsiyə edib:

“Dövlət büdcəsindən dotasiyanın verilməsində keyfiyyət meyarlarından istifadə olunsun. Daha yaxşı performans göstərən bələdiyyə daha çox dotasiya alsın.

Dotasiyanın məbləğinin müəyyənləşdirilməsində yaşayış məntəqəsinin növü (şəhər, qəsəbə və kənd) nəzərə alınmaqla xüsusi əmsallar tətbiq edilsin.

Bələdiyyə aktlarının və sənədlərinin elektronlaşdırılması sürətləndirilsin. Bu, saxta sənədlərin verilməsinin qarşısını almaqla bələdiyyələrin fəaliyyətində şəffaflığı daha da artırar.

Bələdiyyələrin maliyyə mənbələrinin şaxələndirilməsi və genişləndirilməsi daha sistemli şəkildə dəstəklənsin”./musavat

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://news24.az
archiveBu xəbər 14 Fevral 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see324

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see292

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see292

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see282

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see281

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see273

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see272

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see269

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see264

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see257

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see242

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see240

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see232

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see225

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see223

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see223

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see221

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see208

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see207

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri