Icma.az
close
up
RU
Deputatdan maraqlı təkliflər: “Qəsəbə və kənd evləri...”

Deputatdan maraqlı təkliflər: “Qəsəbə və kənd evləri...”

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Ölkədə vətəndaşların yaşadıqları evlərin, torpaqların sənədləşmə ilə bağlı ciddi problemlər var və bu hər zaman gündəmdədir. Ölkə Prezidenti tərəfindən də məsələnin həlli ilə bağlı sərəncam da imzalanıb. Doğurdan da məsələnin həll olunmamasının ciddi obyektiv səbəblər var. Amma bu məsələdə daha sürətli, məsləhətli və məşvərətli işin aparılması mümkündür”.

“Cebheinfo.az” xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev parlamentin bugünkü iclasında deyib. 

Deputat qeyd edib ki, cəmiyyətin müxtəlif təbəqələrinin bu prosesin iştirakçısı olmasında və mütəmadi olaraq görülən işlərlə bağlı da məlumatlar almasında fayda var. Amma əsaslı və yenilənmiş məlumatlar tapmaq çətindir:

“Məsələnin daha da uzanmasının qarşısını almaq, mövcud problemlərə baxış keçirmək və aidiyyəti dövlət orqanları ilə birlikdə işləmək vacibdir. Bunun üçün də parlament üzvlərindən ibarət bir tərkib yaradıb məsələnin mövcud durumunu öyrənmək, müzakirələr aparmaq və təkliflər planının daha da təkmilləşdirilməsində fayda görürəm.

Bu məsələləri burada qaldırırıq, söz olaraq qalır, görülən işlərlə bağlı da məlumatımız olmur. Onun üçün də məsələnin həlli yönümündə parlamentin də iştirakında fayda görürəm. 

Evlərin sənədləşmə prosesinin ikinci ən ağır tərəfi isə rayon, qəsəbə və kənd evləri ilə bağlıdır. Adamlar evini tikib, düz 50-60 ildir ki, yaşayırlar. Amma evlərinə sənəd ya vaxtında düzəltməyiblər, ya da süründürməçilik ilə üzləşiblər. 

Fakt budur ki, xüsusən də aran rayonlarında yaşayan kənd əhalisinin evlərinin sənədləri yoxdur və onu düzəltmək üçün də həm böyük xərc, xeyli sənəd toplama və zaman tələb olunur. 
Bir neçə aylıq səylərdən sonra məsələ keçir süründürməçiliyə, məsuliyyətsizlik və diqqətsizliyə. Kəndçi də həm hüquqi biliklərinin olmaması, vəkil tutmağa pulunun kasadlığı və buna bənzər digər səbəblərdən sənədləşmə işini yarımçıq qoyur və məsələ sıfır nöqtəsinə dönür. 

Bu səbəbdən bir çox insanlar evlərinə qaz xətləri də çəkə bilmir. Çünki “ASAN xidmət” konkret sənədlərlə və tam olaraq qanuna söykənərək işləyir və o xidmətdə xahişlə məsələ həll olunmur”. 

R.Nurullayev təklif edib ki, bu məsələ ilə bağlı da təklif etdiyim deputat tərkibi məşğul olsun və sadələşdirici, təmərküzləşdirici təkliflərini hazırlayıb təqdim etsin:

“Üçüncü ağır məsələ torpaqların sürüşməsi ilə bağlıdır. Vətəndaşlar torpaq alıb ev tikib, yaxud digər məqsədlər üçün istifadə edir. Elə torpaqlar var ki, az qala 50-100 metr sürüşüb. Əgər yeni geolokasiya parametrlərinə görə sənədləşmələr aparılsa, yalan olmasın gərək 30-40 faiz evlər, obyektlər sökülə.
Bu problemlərlə bağlı xeyli sayda məhkəmə işləri var. Amma etiraf edək ki, məsələnin həlli çox çətindir. Təbii ki, çıxış yolu olmamış deyil və istərdim ki, təklif etdiyim deputatlardan ibarət tərkib bu məsələ ilə də bağlı məşğul olub təkliflərini hazırlasın. 

Sonunda, müvafiq qurumların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə böyük tərkibdə tədbirin keçirilməsini və tövsiyələrin də təqdim olunmasını da təklif edirəm”.

Vilayət Muxtar
“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:217
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Fevral 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see292

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see275

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see267

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see259

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see258

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see254

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see249

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see249

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see239

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see231

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see225

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see223

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see217

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see212

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see209

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see208

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see206

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see191

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see191

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri