Icma.az
close
up
RU
Deputatdan ətin bahalaşmasına etiraz: “Həyətlər boşdur”

Deputatdan ətin bahalaşmasına etiraz: “Həyətlər boşdur”

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Son günlər ətin qiyməti sürətlə bahalaşır. 

Vətəndaşların bir qismi baha qiymətə olan ət almaqda çətinlik çəkirlər. Bu istiqamətdə bahalaşma isə müxtəlif amillərlə izah edilir. Bəzi ekspertlər bahalaşmanı heyvandarlığın zəif inkişafı, örüşlərin olmaması, qəssablar isə yerlərdə mal-qaranın qiymətinin baha olması ilə əlaqələndirirlər. 

Qeyd edək ki, yay fəslində bəzi kənd təsərrüfatı məhsullarından daha çox istifadə nəticəsində ət istehlakı bir qədər azalır. Ancaq qarşıdan qış fəsli gəlir və bu zaman artıq yayda yetişən məhsullar olmadığına görə ət istehlakına daha çox ehtiyac yaranır. 

Bazarda ətin bahalaşmasına səbəb nədir və vətəndaşlar bahalaşmaqda davam edən ət ala biləcəklərmi? 

Məsələ ilə bağlı Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Cebheinfo.az”-a bildirib ki, bazarda ətin qiymətinin bahalaşmasının səbəbləri ilə bağlı müxtəlif yanaşmalar var: 

“Br çoxları bunu ölkədə heyvanların sayının azalması, yemin bahalaşması, örüş sahələrinin az olması ilə əlaqələndirirlər. Bu amillər var. Ancaq bu əsas səbəb ola bilməz. Çünki heyvanların sayının azalması heç də bahalaşma yaratmamalıdır. Çünki bu gün Azərbaycanda ətlik, südlük heyvanlarının yetişdirilməsinə daha çox üstünlük verilir. 

Belə iri, xırdabuynuzlu mal-qaranın yetişdirilməsi müəyyən qaydada ətin daha ucuz qiymətə olmasına gətirib çıxarmalıdır. Çünki biri var ki, az çəkidə heyvan bəsləyəsən, bir də var 300 -600 kiloqramlıq dananı bazara çıxarasan. Əlbəttə ki, kəmiyyətə yox, keyfiyyətə fikir vermək düzgün yoldur. Mal-qaranın ətlik, südlük baxımından yetişdirilməsi daha sərfəli yoldur. 

İnsanların hər birinə kənddə pay torpaqları verilib. Həmin pay torpaqlarından səmərəli istifadə etməklə heyvandarlığı inkişaf etdirə bilərlər. Əsas səbəblərdən biri kənddə heyvandarlığa marağın azalmasıdır. Əvvəllər kənddə hər bir həyətdə iri və xırdabuynuzlu mal-qaraya rast gəlmək mümkün idi. 50 qoyunu olan insanlar vardı. Bir neçə iribuynuzlu mal saxlayırdı və yeri gələndə onları bazara çıxara bilirdi. Ancaq indi bu yoxdur. Tamamilə azalıb və həyətlər boşdur”. 

Millət vəkilinin sözlərinə görə, digər tərəfdən, heyvanlar kütləvi şəkildə az çəki verdikləri halda bazara çıxarılır, kəsilir, ət kimi istifadə edilir: 

“Bu da əsas səbəblərdən biridir. Eyni zamanda, işbazlar var ki, onlar kəndlərdən mal-qaranı ucuz qiymətə alır və şəhərdə baha qiymətə satırlar. Bazara sahibkarların mal-qara çıxarmasına müəyyən maneələr yaradılır ki, bu da bahalaşmaya səbəb olur. Bunun qarşısını almaq üçün ilk növbədə insanlarda heyvandarlığa maraq oyadılmalıdır. Stimullaşdırıcı, həvəsləndirici tədbirlər görülməlidir. 

Dövlət bu istiqamətdə bir sıra işlər görüb. Təəssüflər olsun ki, kənd adamları mal-qara saxlamaqdan nəsə uzaqlaşırlar. Hətta onlar yumurtanı, əti, südü gəlib şəhərdən bazardan almalı olurlar ki, bu da yolverilməzdir. Çünki mal-qara kənddə yetişdirilməli, oradan bazara çıxarılmalıdır. 

Bahalaşmanın qarşısını almaq üçün müvafiq icra orqanları, bələdiyyələr tədbirlər görməlidirlər. Onlar öz ərazilərində ət satışı köşkləri təşkil etməli, kənd rayonları, sahibkarlarla müqavilələr bağlamalıdırlar. Yaxşı olardı ki, ayda 2-3 dəfə bələdiyyələr qanunvericiliyə əsasən bağladıqları müqavilələr əsasında həmin kənddən mal-qaranı gətirib şəhərdə satışını təşkil edə bilərlər. 

Bu, həm onların büdcəsi üçün faydalı olar, həm də insanların rahatlığına xidmət edər, bahalşamanın qarşısını alar. Sözsüz ki, bu istiqamətdə işlər görülməlidir. Çünki bahalaşma gündən-günə sürətlənir. Bu da insanların haqlı narazılığına səbəb olur. 

Bir çoxları deyirlər ki, dövlət bu istiqamətdə işlər görməlidir. Ancaq bu gün bazar iqtisadiyyatı hər şeyi təşkil edir. Sahibkara demək olmaz ki, mal-qaranı bu qiymətə sat, mən alıram. Ona görə də hər kəs bu barədə düşünməlidir. Əks halda bahalaşma daha da arta bilər”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

 

Açar sözlər: Ətqiymət Tahir Rzayev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Sentyabr 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri