Icma.az
close
up
RU
Deputatdan müjdə: Bu tarixdən qiymətlər azala bilər

Deputatdan müjdə: Bu tarixdən qiymətlər azala bilər

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vergi Məcəlləsində edilən dəyişikliklər 2026-cı il 1 yanvar tarixindən etibarən qüvvəyə minəcək. Burada sahibkarlar, xüsusilə də mikrobiznes subyektləri üçün bir sıra vergi güzəştləri nəzərdə tutulur.

Bəs vergi güzəştləri nələri dəyişəcək?

Globalinfo.az-a danışan iqtisadçı, deputat Vüqar Bayramov deyib ki, əsas yeniliklərdən biri mikro sahibkarlar üçün sadələşdirilmiş vergi üzrə dövriyyə limitinin 200 min manatdan 400 min manatadək artırılmasıdır.

O qeyd edib ki, bu dəyişiklik mikro sahibkarlar üçün güzəşt dairəsinin genişlənməsi deməkdir:

“Hazırda dövriyyəsi 200 min manatdan yüksək olan sahibkarlar əlavə dəyər vergisi (ƏDV) ödəyicisi kimi qeydiyyata düşür. Yeni dəyişikliklərə əsasən isə dövriyyə 200 min manatdan çox, lakin 400 min manatdan az olduğu halda, həmin sahibkarlar sadələşdirilmiş vergi ödəyicisi olaraq fəaliyyətlərini davam etdirə biləcəklər. Bu zaman ƏDV ödəməyə ehtiyac qalmayacaq”.

Vüqar Bayramov

Millət vəkilinin sözlərinə görə, bu addım mikro sahibkarların xərclərinin azalmasına və daha geniş vergi güzəştlərindən yararlanmasına imkan yaradacaq:

“Xərclərin aşağı düşməsi mikro sahibkarlara öz məhsul və xidmətləri üzrə qiymətləri azaltmaq imkanı verə bilər. Təbii ki, qiymətlərin dəyişdirilməsi sahibkarların öz qərarıdır. Bu məsələdə özəl sektora hər hansı bir müdaxilə mümkün deyil. Lakin vergi güzəştlərinin genişləndirilməsi fonunda mikro sahibkarlara məhsul və xidmətlərinin qiymətlərini yenidən nəzərdən keçirmələri tövsiyə olunur”.

İqtisadçı Emin Qəribli bildirib ki, kiçik sahibkarlara mikrobiznes sahəsində fəaliyyət göstərənlər üçün müddət uzadılıb:

“Bu güzəştlər çərçivəsində vergi öhdəliklərinin 75%-i azaldılır, qalan 25%-i isə ödənilməlidir. Yəni bu güzəşt dövrü uzadılıb. Həmçinin, nağdsız ödənişlərə tətbiq olunan sadələşdirilmiş vergi güzəştləri də sosial sığortaya aid ödənişlərə şamil edilir. Bildiyimiz kimi, 2500 manatdan yuxarı gəlir hissəsi üzrə sosial sığorta dərəcəsi 4%-dən 1%-ə endirilib. Regionlara gəldikdə isə, Naxçıvan və Qarabağ da daxil olmaqla, bir çox regionda 10 il müddətinə vergi güzəştləri tətbiq olunub. Bu güzəştlər əsasən kiçik sahibkarlara və regional bizneslərə yönəldilib, bu da vergi yığımına müsbət təsir göstərəcək”.

Emin Qəribli

E.Qəribli qeyd edib ki, Qarabağ və Naxçıvan bölgələrinə investisiya axınlarının artacağı gözlənilir:

“Bu güzəştlər Azərbaycanın rəqabət qabiliyyətini artırmaqla yanaşı, beynəlxalq reytinq və biznes mühitinin inkişafına da müsbət təsir göstərir. Dünya Bankının reytinqi kimi beynəlxalq qiymətləndirmələrdə irəliləyiş üçün belə preferensiyaların tətbiqi mühüm rol oynayır. Qonşu və regional ölkələrdə, eləcə də Çindən başlayaraq digər regionlarda da investorları cəlb etmək üçün güzəştlər tətbiq olunur. Bu, iqtisadi rəqabətdə əsas alətlərdən biridir. Güzəştlərin əsas məqsədi investisiyaların cəlb olunmasıdır. Azərbaycan indiki inkişaf səviyyəsində həm daxili resurslardan istifadə etməklə, həm də xarici investisiyaları cəlb etməklə yeni texnologiyalar, biliklər və bazarlara çıxış imkanlarını əldə edə bilər. Nəticə etibarilə, bu güzəştlərin Azərbaycanın dayanıqlı inkişafına müsbət təsir göstərəcəyi qənaətindəyəm”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 30 Dekabr 2025 23:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see354

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see229

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see226

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see222

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see220

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see220

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see215

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see210

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see209

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see206

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see193

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see191

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see190

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see190

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see190

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see187

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see183

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see183

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see177

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri