Icma.az
close
up
RU
Deputatdan Nadir Qafarzadənin bu hərəkətinə reaksiya

Deputatdan Nadir Qafarzadənin bu hərəkətinə reaksiya

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

“Kimliyindən asılı olmayaraq cəmiyyətimiz üçün faydalı olan əməllərini təqdir etmək lazım. Doğru və bəyənilən hərəkətdir”.

Gununsesi.info xəbər verir ki,  deputat Fazil Mustafa sosial şəbəkədə müğənni Nadir Qafarzadənin qayınanasının vəfatı ilə bağlı atdığı addımı yüksək qiymətləndirib:

“Başqa formalarda da etmək olar. Yemək hazırladıb tələbə yataqxanasına, uşaq evinə, qocalar evinə göndərmək. Kimsəsiz uşaqlara qayğı göstərən bu cür quruma ehsan göndərmək də bəyənilən hərəkətdir. İnanmıram ki, bizdəki qədər öz həyatını qəlizləşdirən insanlar bolluğu olsun! Bir statistika aparın görəcəksiniz ki, uzaq rayona yas yerinə gedib qayıdarkən qəza nəticəsində dünyasını dəyişən on minlərlə insan olub. Deyək ki, 30 il öncə mobil telefon yox idi, indi kommunikasiya texnologiyası imkan verir ki, üz-üzə telefonda canlı görüntü ilə adamın kədərinə şərik ola biləsən. Bizdə yas mədəniyyəti yoxdur, birbaşa yas mədəniyyətsizliyi var. Sizin vəfat edən şəxsə xərclədiyinizin ona bir aidiyyəti varmı? Qalanlara, yaşayanlara bu xeyirxahlığı etməlisiniz ki, mərhumun ruhu sevinsin. Hələ mənasız şəkildə şöhrətpərəst çoxluğun qəbir daşlarına yatırdığı əhəmiyyətli vəsaiti demirəm.

Bəzi yerlərdə yüz-yüz əlli nəfər tapılır ki, bu mənasız adətləri sadələşdirsin. Əlbəttə, bəyənilən addımdır. İsrafçılığın hər növündən uzaqlaşmaq lazımdır. Eləcə də vaxt israfından. Gəl bir stəkan çayını iç, başsağlığı ver get. Yas sahibini də əlavə xərcə,  lüzumsuz əziyyətə salma. İmkan ver öz kədərini başqa qayğılarla yüklənmədən yaşasın. Hətta İran kimi öz səfeh adətlərini bizim milli-mənəvi dəyərlər kateqoriyasına soxuşdurmuş və xeyli sayda nadan, mövhumat zümrəsi yaratmış bir ölkədə belə bu cür mürəkkəbləşdirilmiş, vaxt və maddi israfçılıqla dolu yas mərasimləri keçirilmir. Adamlar gəlib məsciddə mərhumun yaxınlarına baş sağlığı verib öz işlərinin dalınca gedirlər. İmkanın çoxdur, Nadir Qafarzadənin nümunəsində yoxsullara, ehtiyacı olanlara fayda ver”.

Qeyd edək ki, müğənni bir müddət əvvəl vəfat edən qayınanasının vəsiyyətinə əsasən, ənənəvi yas süfrəsi qurmaq əvəzinə, ehtiyacı olan ailələrə ət paylayıb.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 30 Avqust 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri