Qərar imzalandı: 5 günə LƏĞV OLUNACAQ
Icma.az, Bakupost portalına istinadən məlumat yayır.
Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının (MR) Daimi Nümayəndəliyi ləğv edilib.
"Bakupost" xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev Qərar imzalayıb.
Qərara əsasən, Naxçıvan İqtisadiyyat Nazirliyi bu sənədə əsasən, Bakı şəhərində Naxçıvan MR Daimi Nümayəndəliyinin (bundan sonra - Daimi Nümayəndəlik) ləğv edilməsi ilə əlaqədar mülki qanunvericilikdə nəzərdə tutulmuş məsələlərin həlli məqsədilə beş iş günü müddətində Nazirliyin, Naxçıvan MR Maliyyə Nazirliyinin, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Naxçıvan MR Dövlət Arxiv İdarəsinin və Daimi Nümayəndəliyin nümayəndələrindən ibarət tərkibdə ləğvetmə komissiyası yaratmalıdır.
Qərar noyabrın 5-də imzalanıb və imzalandığı gündən qüvvəyə minib.
Qeyd edək ki, Bakı şəhərində Naxçıvan MR-in Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov sentyabr ayında vəzifəsindən azad edilmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 06 Noyabr 2026 19:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















