Icma.az
close
up
RU
Deputatdan təklif: Çinarları qorumaq üçün “Yaşıl İrs Reyestri” yaradılmalıdır

Deputatdan təklif: Çinarları qorumaq üçün “Yaşıl İrs Reyestri” yaradılmalıdır

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son illərdə baş verən iqlim dəyişiklikləri, küləklərin intensivləşməsi, torpaq strukturlarının pozulması və nəhayət, uyğun texniki nəzarət mexanizmlərinin olmaması nəticəsində bir çox qədim çinarlar ya kökdən çürüyür, ya da təbii fəlakətlər zamanı aşıb məhv olur.

Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım komitənin bugünkü iclasında çıxışı zamanı deyib.

Deputat qanunvericiliyə “Yaşıl irs” anlayışının daxil edilməsini təklif edib.

“Bioloji, ekoloji və tarixi dəyəri olan ağaclar-xüsusilə çinarlar üçün ayrıca hüquqi status verilsin. Bu status çərçivəsində onların qeydiyyatı, pasportlaşdırılması, texniki monitorinqi aparılsın. Regionlarda “Yaşıl İrs Reyestri” yaradılmalı, yaşı azı 100-dən yuxarı olan çinarlar bu siyahıya salınmalı və illik texniki aktlar tərtib edilməlidir. Bərpa və qoruma tədbirləri çərçivəsində müvafiq ağacların fiziki dayanıqlığı küləyə davamlılıq üçün dayaq direkləri, torpaq möhkəmləndirilməsi, ağac ətrafında nəmləndirmə zonaları kimi texniki tədbirlərlə artırılmalıdır. Yerli icra hakimiyyətləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi üçün normativ öhdəliklər müəyyən edilməlidir. Yəni ağac yalnız abidə deyil, həm də idarəolunan və qorunan canlı resurs kimi hüquqi kateqoriyaya keçməlidir”.

Deputat bildirib ki, beynəlxalq təcrübəyə nəzər salsaq, Türkiyədə “Anıt Ağaçlar” statusu mövcuddur.

“Həmin ölkələrdə bu ağaclar yalnız qorunmur-həm də maarifləndirici və ekoturizm obyekti kimi cəmiyyətə inteqrasiya edilir. Azərbaycan da bu modeldən istifadə edə bilər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən artıq Gəncə şəhərində III MDB oyunları ilə bağlı bu istiqamətdə müəyyən işlər aparılmağa başlanılıb. Hesab edirəm ki, bu prosesin ölkəmizin bütün regionlarında həyata keçirilməsi və bu istiqamətdə daha sistemli nəticələr əldə etmək üçün müvafiq qanunvericilik bazası formalaşdırılmalıdır”, - deputat vurğulayıb.

Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://olke.az
archiveBu xəbər 18 Sentyabr 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see650

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see284

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see251

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see227

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see207

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see206

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see180

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see172

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see149

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see148

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see142

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see142

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri