Deputatın etirazından sonra qarabağlılara ŞAD XƏBƏR
Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Deputat Aqil Abbasın bir neçə gün öncə Milli Məclisin iclasında Xocalıya köçən ailələrə icarəyə torpaq verilməsinə dair təklifi müzakirələrə səbəb olub.
O, Qarabağda icarəyə verilən torpaqlarda qarabağlıların olmadığını, buraya köçənlərə heyvan saxlamaq üçün ərazi verilmədiyini bildirib və buna etiraz edib.
Deputatın çıxışından sonra Qarabağda dəyişiklik olubmu?
Globalinfo.az-a danışan Aqil Abbas çıxışından sonra ona arayışın təqdim olunduğunu deyib:
“Yeni qəbul olunan qanun dediklərimi əks etdirir. Bundan sonra hər bir qarabağlı da torpaq icarəyə götürə biləcək. Bu, qanunda da belədir. Qarabağ təkcə qarabağlılar üçün deyil, bütün azərbaycanlılar üçündür. Kimin imkanı varsa, istər ağdamlı, istər xocalılı, istərsə də hər hansı Azərbaycan vətəndaşı investisiya yatıra bilər. Buna heç bir qadağa yoxdur”.
Zaira Akifqızı
Globalinfo.az
Baxış sayı:102
Bu xəbər 05 Noyabr 2024 20:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















