Icma.az
close
up
RU
DEPUTATIN “GÖYƏRÇİN DƏRDİ” “Cərimə üstünə cərimə” istəyirlər... AzPolitika onlayn siyasiictimai qəzet

DEPUTATIN “GÖYƏRÇİN DƏRDİ” “Cərimə üstünə cərimə” istəyirlər... AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bir atalar sözündə deyildiyi kimi, “aşığın sözü qurtaranda dalay-dalay deyər”. Azərbaycan parlamentində belə “aşıqlar” hər zaman olub və təəssüf ki, bu gün də var və yəqin ki, hələ uzun illər də olacaq...

Sahib Alıyev adında 4 dəfə dalbadal parlamentə düşən deputat ötən gün Milli Məclisdə “dahiyanə” təkliflə çıxış edib. Nəhayət, dördüncü dəfədən Azərbaycanın “başlılca dərdini”, “problemini” anlamağa müvəffəq olan deputat deyib ki, Azərbaycanda göyərçinləri yemləyənlər, sən demə, böyük qəbahət sahibləridir, az qala bütün bəlalarımız, problemlərimiz də bu “əcaib quşlardan” və onları yemləyənlərdən gəlir. Ona görə də belələri mütləq cərimə olunmalıdır. Sonra aləm dəyib bir-birinə, digər millət vəkilləri bunun əleyhinə çıxıblar, deyiblər ki, bu, göyərçinlərə qarşı (onları yemləyənlərə qarşı yox ha) qeyri-humanist addım olar və sair. Söhbətə hətta parlament sədri də qarışıb və deputata haqq qazandırıb. Deyib ki, göyərçinlər infeksiya daşıyıcısı ola bilər. Yəni, göyərçinlər anti-sanitariya mənbəyidir. Bir sözlə, sözün qurtardığı, dilin ağızda yanıb quruduğu yer...

Əvvəlcə qeyd edək ki, doğrudan da bir çox dünya ölkələrində, xüsusilə də Avropada turistlərin kütləvi axın etdikləri dünya şöhrətli, çoxsaylı qədim abidələri, tarixi binaları olan və eyni zamanda da mərkəzi meydanlarına həddindən çox göyərçin və digər quşlar toplaşan şəhərlərdə göyərçinləri yemləmək qadağandır və buna görə cərimələr nəzərdə tutulub (ancaq əksər hallarda bu qadağa formal xarakter daşıyır). Bu da onunla bağlıdır ki, göyərçinlər çox olduğundan tarixi abidələri, heykəlləri və s. korlayırlar.

Birincisi, Bakı müxtəlif məlum səbəblərdən heç də Roma, Paris, Venesiya və digər şəhərlər qədər kütləvi turist axınına məruz qalmayıb, paytaxtın mərkəzi meydanlarında bir o qədər seyrçi cəlb edən tarixi abidələr və heykəllər yoxdur. Heç göyərçinlər də çox deyil. Bu reallıqlar nəzərə alındıqda göyərçinləri yemləyənlərə cərimə tətbiqi, yumşaq desək, gülməli görünür. Bu məsələnin Milli Məclisə çıxarılması, üstəlik, onun ətrafında polemika aparılması isə gülməli olduğu qədər də ağlamalıdır. Sanki bu ölkənin, onun əhalisini təmsil etməli olan parlamentin başqa işi-gücü, dərdi-səri yoxdur. Sanki onu “seçən” Ağdaş camaatının parlamentdə deyiləcək sözü yoxdur, Sahib Alıyevi isə parlamentə “göyərçin uçurmağa” göndərib...

Əgər bu deputatı anti-sanitariya maraqlandırırsa, elə təmsil etdiyi Ağdaş rayonunda və onun kəndlərindəki vəziyyətə baxsın, problemlərini dilə gətirsin. Azərbaycanın nəinki kəndlərində, bir çox rayon mərkəzlərində belə mərkəzləşdirilmiş kanalizasiya sistemləri ya yoxdur, ya da evlərin çoxu bu sistemlərdən kənardadır. Hərə öz məhləsində bir quyu qazıb. Orta əsrlərdəki kimi. Kəndlərdən isə ümumiyyətlə danışmağa dəymir. Zibil daşınmır, camaat kəndin bir tərəfində quyu qazıb zibili ora atır. Hələ çaylara, arxlara axıdılan çirkab suları, məişət tullantları və s. demirik. Alıyev anti-sanitariya görmək istəyirsə, oralara getsin...

Elə paytaxt Bakının özündə də bir çox ərazilərdə, xüsusilə də kənar qəsəbələrdə zibil, kanalizasiya problemləri xirtdəyə dirənib. Bütün bunlar bir tərəfdə qala-qala, göyərçinlər başlıca anti-sanitariya mənbəyinə çevrildi? Ümumiyyətlə, dərd təkcə zibil, “göyərçinlərdən gələn anti-sanitariya” dərdidir? Alıyev özünü bəlkə də inkişaf etmiş, əhalisi yüksək həyat səviyyəsinə malik, “başqa dərdi-səri olmayan” İngiltərə, Almaniya, Avstriya kimi ölkələrin parlamentlərnin təmsilçisi yerində görə bilər. Amma faktiki olaraq o, xəstə səhiyyəyə, təhsilsiz təhsilə, təminatsız sosial təminata və s. malik bir ölkənin “ya zəlzələdən, ya vəlvələdən” parlamentə düşən vətəndaşıdır. Əsl anti-sanitariya tender adı ilə büdcəni dağıdan nazirliklərdə, komitələrdə, icra hakimyyətlərində, səhiyyədə, gömrükdə, vergidə, hüquq-mühafizə orqanlarında və digər idarəetmə qurumlarındadır. Odur ki, Alıyevin hansı xidmətlərinə görəsə dördüncü dəfə(!) düşdüyü parlamentin müzakirə və həll etməli olduğu qat-qat daha çox ciddi problemlər var...

Bir də ki, bu ölkədə zatən cərimələrin sayı-hesabı yoxdur, cərimə üstünə cərimə gəlir. Onların məbləği isə heç bir adekvat izahat verilmədən günü-gündən artırılır. Vətəndaş vergidən tutmuş yol polisinə qədər hara ayaq bassa cərimə, sanksiya, cəza görür. Görünür, hökumətdə kimsə düşünür ki, cərimə ilə büdcə doldurmaq və ”ağ günə çıxmaq” olar. Alıyev kimi deputatlar da “ələkçinin qıl verəni” kimi yeni cərimə növləri təklif edirlər. Özü də dünya təcrübəsinə istinad etməklə. Amma nədənsə, bu dünya təcrübəsi əhali üçün xeyirli, onun güzəranını yaxşılaşdıran, sosial vəziyyətinə müsbət təsir edən güzəştli kreditlər, mənzillər, sosial müavinətlər, yüksək maaş və pensiyalar, “uşaq pulu” və digər bu kimi məsələlərdə qətiyyən yada düşmür...

Alıyev kimi cərimə və qadağa həvəskarları üçün dünya təcrübəsindən bəzi nümunələr: Sinqapurda saqqız çeynəməyin cəriməsi 1000 ABŞ dollarıdır, ABŞ-nin Pensilvaniya ştatında atları qorxutmağa görə, qonşu ştatda isə küçədə vedrədən pivə içməyə görə(!) cərimə oluna bilərsiz, Tailandda meymunları yemləməyə görə, Şri-Lankada heykəlləri qucaqlamağa görə, İtaliyada brend geyimlərin saxtasını geyinməyə görə, Tailandda elektron siqaret çəkməyə görə və s. böyük məbləğlərdə cərimələr nəzərdə tutulub.

Əla cərimə növləridir, qazanc mənbəyidir – çörəkdi e, çörək! Yığın, gətirin Azərbaycana!

Cəlal Məmmədov

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 08 Noyabr 2024 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri