Icma.az
close
up
RU
Deputatın təklifinə reaksiya gəldi: “Dövlətin beyin mərkəzləri bunları nəzərə alır...”

Deputatın təklifinə reaksiya gəldi: “Dövlətin beyin mərkəzləri bunları nəzərə alır...”

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ötən gün parlament komitələrində 2025-ci il büdcə zərfinin müzakirəsi zamanı deputat Razi Nurullayevin səsləndirdiyi fikirlər ictimaiyyətdə müzakirələrə səbəb olub. Belə ki o, dövlətin xaricdə təhsil almaq üçün 9 min tələbəyə büdcədən 570 milyon manat vəsaitin ayrılmasının əleyhinə olduğunu deyib. Deputat bildirib ki, ancaq zəruri ixtisaslar üzrə xaricdə təhsilə vəsait ayırmaq olar.

Mövzunu Globalinfo.az-a şərh edən təhsil məsələləri üzrə ekspert Sona Əliyeva deyib ki, bütün ixtisaslar üzrə dövlətin vəsait ayırması təcrübəsi dünyanın heç bir yerində yoxdur:

“Fikrimcə, ancaq bəlli sahələrə dövlət vəsait ayırmalıdır. Təbii ki, dövlətin aidiyyatı orqanları öncədən ölçüb-biçirlər ki, hansı ixtisaslara ehtiyac daha çoxdur. Belə olan təqdirdə ayrılan vəsait daha real nəticə verəcək məqamlara xərclənmiş olur. Əgər tələbə müəyyən ixtisası istəyirsə və ölkədə həmin ixtisasa tələbat yoxdursa, o zaman bu qədər vəsaitin ayrılmasına dövlət niyə ehtiyac duymalıdır?!

Sona Əliyeva

Əgər hər ixtisas üzrə dövlət pul ayırırsa, bu, büdcəyə də öz təsirini göstərəcək. Üstəlik, həmin şəxslər universiteti bitirdikdən sonra onları işlə təmin etmək lazımdır. Axı, bu da tələb-təklif müstəvisində böhran yarada bilər. Tələb yox, təklif isə çox və ya əksinə… Dövlətin beyin mərkəzləri bu nüansları nəzərə alır və almalıdır. Amma bir sıra ixtisaslar var ki, günümüzdə onlara tələb və təklif daha çoxdur. Düşünürəm ki, aidiyyəti qurumlar bu barədə bir qədər də dərindən düşünməli, lazımı ixtisaslar üzrə dövlət hesabına xaricdə təhsil alanların sayı artırılmalıdır. İndiki məqamda söhbət texniki fənlər üzrə mütəxəssis hazırlığından gedir. Biz bu sahədə region ölkələrindən hələ də bir addım geridəyik”.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 Noyabr 2024 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see195

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see182

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see174

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see167

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see147

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see144

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri