Icma.az
close
up
RU
Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? Deputatın təklifinə REAKSİYA

Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? Deputatın təklifinə REAKSİYA

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Bələdiyyələrin hər avtomobildən əmlak vergisi alması ilə bağlı təklif irəli sürülüb. Bu təkliflə Milli Məclisin iki komitəsinin birgə iclasında deputat Elşad Musayev çıxış edib. O, qanunvericilikdə dəyişiklik edilməklə, bələdiyyənin ərazisində olan hər avtomobildən ildə 10 manat əmlak vergisi götürməsini təklif edib.
Maraqlıdır, bələdiyyələrin səlahiyyətində əmlak və torpaq vergiləri olduğu halda avtomobildən də əmlak vergisi alınması nə dərəcə doğrudur?
Hüquqşünas, iqtisadçı ekspert Əkrəm Həsənov açıqlamasında millət vəkilinin təklifi ilə razılaşmayıb:  
“Bu çox gülməli təklifdir. Vergi Məcəlləsində dövlət və bələdiyyə vergiləri ayrılıb. Yəni, bələdiyyənin belə bir vergisi yoxdur.
Başqa ölkələrdə belə təklif edilərkən konkret qanun layihəsi ilə çıxış edilməlidir. Bilinməlidir ki, hansı avtomobil nəzərdə tutulur. Məsələn, bələdiyyənin ərazisindən keçənlərdən? Yaxud bələdiyyənin ərazisində yaşayan, ya da yaşayanların adına qeydiyyatda olan avtomobillərdən?”.
Hüquqşünas xatırladıb ki,  avtomobillər sadəcə vətəndaşların adına deyil, hər hansısa bir şirkətlərin, iş yerlərinin adına da ola bilər:
“Məsələnin digər tərəfi isə budur ki,  Azərbaycanda bələdiyyələrin   kifayət qədər vergi potensialı var. Onların ərazisində olan torpaq və əmlak vergiləri mövcuddur, bu da kifayət qədər vergidir. Bunun hesabatı isə verilmir, qanuna görə hər bir bələdiyyənin hər il üçün iqtisadi, sosial, ekoloji proqramı olmalıdır. Ancaq heç bir bələdiyyə bunu etmir. Yığdıqları pulların hara getdiyi bilinmir, onlar parlamentlə ildə bir dəfə hesabat verməlidirlər, ancaq heç o da yoxdur”. 
Müsahibimiz avtomobillərdən vergi alınmasıyla  bağlı öz təklifini irəli sürüb:
“Əgər bütövlükdə avtomobillərdən vergi yığılması planlaşdırılırsa, mən də bunun tərəfdarıyam. Ancaq bahalı avtomobillərin bələdiyyə yox, dövlətə vergi verməsinin tərəfdarıyam. Qiyməti 100 min manatdan yuxarı olan avtomobildən 10 manat yox, ildə 500-1000 manat vergi alına bilər. Dövlət də həmin vergidən pensiya, sosial müavinət üçün istifadə etsin”. 
Əkrəm Həsənov daha bir məsələyə toxunub:
“Avtomobillərin daimi şəkildə həmin bələdiyyənin ərazisində olub-olmayacağına kim nəzarət edə bilər? Avtomobil bir gün başqa ərazidə, digər gün isə başqa ərazidə ola bilər. Bunu kim biləcək? Necə nəzarət ediləcək? Əgər vətəndaşın qeydiyyatından söhbət gedirsə, bu düz deyil. Çünki şəxsin qeydiyyatıyla yaşadığı yer eyni olmaya bilər.  Bu vergi  olsa belə, dövlət tərəfindən tutulmalıdır. Amma  dediyim kimi, hər avtomobildən yox, məsələn maddi imkanı az olan biri onsuz o avtomobili ölkəyə gətirərkən gömrük və s xərclər olur”.

(bizim.media)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 25 Noyabr 2024 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri