Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Yüksək qan təzyiqi yaddaşı pozur

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

Deputatlar harada müalicə olunurlar KONKRET

Deputatlar harada müalicə olunurlar KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Xəbər verdiyimiz kimi, bu ilin ilk 9 ayı ərzində İsraildən müalicə üçün Azərbaycana gələnlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 dəfə artaraq 159 nəfərə çatıb. Müzakirələr fonunda Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədlinin Pravda.az-a açıqlamasında “Təkcə İsrail deyil, hətta Türkiyə vətəndaşları da Azərbaycana müalicə üçün müraciət edirlər” deməsi diqqətləri deputatların üzərinə çəkib. Bəs görəsən, parlament üzvləri səhhətləri ilə bağlı problem yaşadıqda hara öz tuturlar: xaricə, yoxsa yerli xəstəxanalara?

KONKRET.az Pravda.az-ın bununla bağlı Milli Məclisin deputatları arasında keçirdiyi sorğusunu təqdim edir:

Sorğuya elə birinci Müşfiq Məmmədli ilə başladıq.

Deputat bildirdi ki, müalicə üçün özü də xaricə getmir:

“Xeyr. Xaricə getmirəm. Azərbaycan səhiyyəsinə müraciət edirəm. Özüm də səhiyyə sahəsində calışmışam”.

Deputat Cavanşir Paşazadə də həmkarı ilə həmfikirdir:

“Ölkədə müalicə olunuram, öz həkimlərimə etibar edirəm…”

Deputat Fazil Mustafa da dedi ki, müayinə üçün xaricə getmir:

“Sui-qəsddən sonra yaralanmışdım. Həmin vaxt Türkiyədə qoluma görə bir-iki həkim konsultasiyasından keçmişəm. Bakı Sağlamlıq Mərkəzində sığorta olunmuşuq, orada müayinədən keçirəm, çox yüksək səviyyədə diqqət var. Təkcə bizə yox, sığorta olunan vətəndaşların hamısına yüksək səviyyədə diqqət və qayğı göstərilir. Buna görə başqa seçim etməyi düşünmürəm. Bir yerdə xidmət yüksək səviyyədədirsə, onda başqa seçimə ehtiyac qalmır”.

Deputat Razi Nurullayev də Azərbaycan səhiyyəsinə etibar edir:

“Müalicə üçün xaricə getmirəm. Getdiyim yer, əsasən, Bakıda yerləşən xəstəxanalardır. Daha çox sığorta olunduğum xəstəxanaya – Bakı Sağlamlıq Mərkəzinə üz tuturam”.

Deputat Aydın Mirzəzadənin isə sağlamlığından şikayəti yoxdur:

“Səhhətimdə elə bir ciddi problem yoxdur. Xırda nasazlıq olanda elə şəhər poliklinikalarının xidmətindən istifadə edirəm”.

Deputat Samir Vəliyev də sağlam qalmağa çalışır:

“Çalışıram ki, xəstələnməyəm. Bunun üçün idmanla məşğul olmaq, gündəlik düzgün qida rasionunu müəyyən etmək, hər zaman daimi hərəkətdə olmaq lazımdır ki, xəstələnməyəsən, həkimlərə də ehtiyac olmasın. Lakin zərurət yarandıqda, həkimə müraciət etmək ehtiyacı olduqda birinci növbədə öz həkimlərimizə müraciət edirəm. Hesab edirəm,  təcrübəli, peşəkar həkimlərimiz kifayət qədər çoxdur. Çox yaxşı maddi-texniki baza ilə təchiz olunmuş xəstəxanalarımız var. İkinci ölkə xaricindəki hər hansı klinikanın həkiminə ehtiyac varsa, onun da məsləyə münasibətdə fikrinin öyrənilməsi zərurəti yaranacaqsa, bu halda Türkiyədə hansısa xəstəxanaya və ya həkimə müraciət edə bilərəm. Hansısa ölkə klinikası, həkimi də ola bilər. Hələ ki, şükür Allaha, elə bir ciddi xəstəliyim olmadığından nə yerli həkimlərimizə, nə də xarici ölkə xəstəxanalarına ciddi problemlə müraciət etmişəm”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://konkret.az
archiveBu xəbər 07 Noyabr 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see398

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see349

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see293

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see260

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see259

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see254

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see247

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see240

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see224

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see220

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see215

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see204

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see194

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see194

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see193

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see183

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see181

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see175

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see169

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri