Icma.az
close
up
RU
Deputatlar məzuniyyətə çıxır: Quba, Qarabağ, Lerik... Kim hara gedəcək?

Deputatlar məzuniyyətə çıxır: Quba, Qarabağ, Lerik... Kim hara gedəcək?

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Deputatlar gələn həftədən məzuniyyətə çıxırlar. Belə ki, Milli Məclisinin deputatları hər il iki dəfə – iyulun 15-dən avqustun 30-dək və yanvarın 1-dən 15-dək tətilə buraxılır və bu dövrdə deputatlar məzuniyyətdə hesab olunurlar. 
Modern.az parlamentarilərin məzuniyyətdə harada istirahət edəcəyini öyrənib. 

Zahid Oruca görə istirahətin ən gözəl məkanı elə Azərbaycandır
Deputat Zahid Oruc yaz sessiyasını məhsuldar hesab etdiyini bildirib. Onun sözlərinə görə, parlamentdə iqtisadiyyatın, rəqəmsal inkişafın, torpaq münasibətlərinin və əmlak qeydiyyatının təkmilləşdirilməsinə xidmət edən mühüm qanunlar qəbul olunub. Yay tətilini isə hər il olduğu kimi ölkə daxilində keçirməyə üstünlük verdiyini deyən deputat daxili turizmin təşviqinin vacibliyini vurğulayıb.


"Bu il də Azərbaycanda olacağam. Konkret olaraq Quba ərazisində ailəmlə birlikdə istirahət edəcəyəm. Müqayisəli təhlil etdikdə Azərbaycanın coğrafiyası, təbiəti daha zəngindir. Tanınmış simaların ölkə daxilində istirahət etməsi daxili turizmin inkişafı baxımından çox önəmlidir".

Elman Nəsirov tətilini dörd rayonda keçirməyi planlaşdırır
Elman Nəsirov da yay məzuniyyətini Azərbaycanda keçirməyi planlaşdırdığını bildirib. Deputat müxtəlif bölgələrə səfər etməyi nəzərdə tutduğunu deyib. "Yay tətilimi Qubada, Şamaxıda, Ağstafada və nəhayət, doğulduğum Cəlilabadda keçirməyi planlaşdırıram".

Vasif Qafarov Lerik, Astara və Qarabağa gedəcək
Vasif Qafarov məzuniyyətini ailəsi ilə birlikdə cənub bölgəsində keçirməyi planlaşdırır. O, eyni zamanda Qarabağa da səfər etmək niyyətindədir. "Builki yay məzuniyyətimi ailəmlə birlikdə Lerikdə və Astarada keçirməyi planlaşdırmışam. Həmçinin Şuşa, Xankəndi, Laçın və Kəlbəcərə səfər etməyi də düşünürəm".

Naqif Həmzəyev Gəncədə olacaq, Qarabağa da getmək istəyir
Naqif Həmzəyev ənənəsinə sadiq qalaraq yay tətilini doğma bölgəsində keçirəcəyini bildirib. Deputatın planında Qarabağ və Şərqi Zəngəzura səfər də var. “Həmişə olduğu kimi yay tətilini Gəncə şəhəri və Gəncəbasar bölgəsində keçirməyi planlaşdırıram. Əgər alınsa, Qarabağ və Şərqi Zəngəzura da səfər edəcəyəm”.

Azər Allahverənov qısa bölgə səfəri planlaşdırır
Azər Allahverənov hələ dəqiq marşrut müəyyənləşdirməsə də, avqust ayında ölkə daxilində qısa istirahət etməyi düşündüyünü deyib. "Ən yaxşı halda avqustun birinci yarısı ölkə daxilində hansısa bölgəyə qısa müddətli səfər edəcəyəm".

Rövşən Muradov oğluna azad edilmiş torpaqları göstərəcək
Rövşən Muradov bu yay əsas məqsədinin xaricdə təhsil alan oğlunu işğaldan azad edilmiş ərazilərlə tanış etmək olduğunu bildirib. Deputat yay ərzində həm Qarabağ və Şərqi Zəngəzur bölgələrinə səfər edəcəyini, həm də müxtəlif rayonlarda yaşayan seçiciləri ilə görüşəcəyini deyib.
"Tətilə çıxan kimi oğlumu Şuşaya, Laçına, Xankəndiyə aparacağam. İstəyirəm baba yurdunu, işğaldan azad olunmuş ərazilərimizin gözəlliyini görsün. Yay tətilimi Azərbaycanda keçirəcəyəm, həm də müxtəlif bölgələrdə seçicilərimlə görüşəcəyəm".

Elçin Mirzəbəyli məzuniyyəti yaradıcılıq üçün fürsət sayır
Elçin Mirzəbəyli bu yay üçün konkret istirahət planı olmadığını bildirib. Deputatın sözlərinə görə, o, məzuniyyəti səyahətdən daha çox şəhərin səs-küyündən və gərgin informasiya axınından uzaqlaşmaq, yaradıcılığa vaxt ayırmaq imkanı kimi dəyərləndirir.
"İndiki halda tətilə şəhərin səs-küyündən, sürətlə dəyişən informasiya axınından, siyasi proseslərin ritmindən qısamüddətli fasilə kimi yanaşıram. Məzuniyyətlə bağlı xüsusi planım yoxdur. Çox güman ki, iznli istirahətdənsə qısamüddətli də olsa yaradıcılıq üçün boş, sərbəst vaxta üstünlük verəcəyəm".

Azər Badamov isə məzuniyyətini seçildiyi rayonda keçirəcək

61 saylı Qusar seçki dairəsindən deputat seçilən Azər Badamov yay məzuniyyətini də təmsil etdiyi rayonda keçirməyi planlaşdırdığını bildirib. O, bu il uzaq səfər nəzərdə tutmadığını deyib.

"Hardasa gedib dincəlmək planım yoxdur. Çalışacağam məzuniyyətimi Qusarda keçirim".

Qeyd edək ki, deputat məzuniyyətdə olduğu zaman ona müalicə və istirahət üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət verilir. Bu qaydalar Milli Məclisin Daxili Nizamnaməsi və deputatın statusu haqqında qanunla müəyyən edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 İyul 2026 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see452

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see280

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see278

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see265

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see257

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see251

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see250

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see235

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see233

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see221

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see220

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see220

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see218

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see218

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see217

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see211

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see207

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see201

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri