Icma.az
close
up
RU
Deputatlar seçildikləri rayonun icra başçılarından razıdır? Harınlamaq, özündənrazılıq vəzifəli şəxsə yaraşmır

Deputatlar seçildikləri rayonun icra başçılarından razıdır? Harınlamaq, özündənrazılıq vəzifəli şəxsə yaraşmır

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda zaman-zaman aparılan rəy sorğularından da məlumdur ki, əhali həmişə icra hakimiyyəti başçılarının işindən narazılıq edir. Odur ki, müxtəlif vaxtlarda icra başçılarının həbsinin, hətta şiddətli töhmət verilməsinin və işdən çıxarılmasının şahidi olmuşuq. Bu yaxınlarda isə Prezident İlham Əliyev yeni təyin etdiyi icra başçılarını qəbul edərkən onların qarşısında vəzifələr qoydu və eyni zamanda onların timsalında bütün icra başçılarına iradlarını və mesajlarını çatdırdı.

Bəs deputatlar təmsil etdikləri rayonların icra başçılarından nə dərəcədə məmnundurlar?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafa bildirdi ki, o, parlamentdə Sabunçu rayonunu təmsil edir:

"Bizim icra başçısı gələndən sonra rayonda çox ciddi dəyişikliklər baş verdi, xüsusilə də tikinti və abadlıq işlərində. Bakıxanov qəsəbəsinin siması dəyişdi, eyni zamanda Sabunçu qəsəbəsində və digər kənd profilli qəsəbələrdə də xeyli dəyişiklik oldu. İçməli su məsələsi, kanalizasiya məsələləri qaydaya salındı və kifayət qədər yaşıllaşmaya ciddi diqqət yetirildi. Amma ümumilikdə icra başçılarının səlahiyyətləri əvvəlki dövrlərdə olduğu kimi geniş deyil. Ona görə də bir sıra məsələlər ayrı-ayrı mərkəzləşmiş strukturlardan asılı olduğuna görə bəzi hədəfləri həyata keçirməkdə müəyyən problemlər təbii ki, olacaqdır.

Amma bütövlükdə hesab edirəm ki, Adil Vəliyev rayona gələndən sonra bütün sahələrdə ciddi dəyişikliklərin şahidi olduq. Xüsusilə də kənd rayonlarının asfalt problemi böyük ölçüdə həllini tapdı. Bundan başqa, təmizlik işləri çox yüksək səviyyədə həyata keçirilir. Rayon təmizliklə bağlı bütün texniki bazasını yüksək səviyyədə yaradıb və heç bir əlavə dəstəyə ehtiyac olmadan geniş ərazidə bu təmizlik işlərini həyata keçirə bilir".

Millət vəkili Tahir Rzayev də mövzu ilə bağlı saytımıza bildirdi ki, Prezident İlham Əliyevin yeni təyin olunan icra başçılarını qəbul edərkən qarşıya qoyduğu vəzifələr aktual və gələcək inkişaf üçün çox dəyərlidir:

"Çünki bu gün icra orqanlarının səmərəli fəaliyyəti, başçıların peşəkarlığı, insanlarla təması ölkənin iqtisadiyyatının inkişafı və xalqın rifahının yüksəldilməsi üçün çox vacib və dəyərlidir. Cənab prezident görüş zamanı öz məsləhətlərini verməklə yanaşı, bir çox iradlarını da bildirdi. Ölkə rəhbərinin qarşıya qoyduğu birinci vəzifə hər bir kəsin, hər bir vəzifə sahibinin xalqa xidmət etməsi, insanlarla münasibətləri yaxşılaşdırması, əhaliyə qayğı və diqqət göstərməsidir. Harınlamaq, özündənrazılıq, laqeydlik vəzifəli şəxsə yaraşmır və belə adam heç vaxt öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilməz. Azərbaycanda idarəetmədə həyata keçirilən çox mühüm tədbirlər bu gün icra strukturlarının təkmilləşməsinə böyük fayda vermişdir. Savadlı, qabiliyyətli kadrların seçilməsi, rayonlara rəhbər təyin edilməsi praktikası gündən-günə təkmilləşdirilir və bu da öz nəticələrini əməli işdə göstərir".

Onun sözlərinə görə, bu gün rayon başçıları arasında öz işini yaxşı bilən, bacarıqlı, peşəkar insanlar, rəhbərlər çoxdur və əlbəttə ki, onların əməyi daim qiymətləndirilir, gördükləri işlər nümunə göstərilir.

"İşin öhdəsindən gələ bilməyən, insanlara münasibətdə laqeydliyə yol verən icra başçıları da var və onların aqibəti göz qabağındadır. Əliəyriliyə, səhlənkarlığa yol verənlər artıq öz cəzalarını alırlar və onlar haqqında lazım olan tədbirlər görülür. Hər kəs rayon rəhbərini yerində görmək istəyir. Ağcabədinin icra başçısı (Rafil Hüseynov - red.) da mənə görə öz yerində olan, dövlətə və dövlətçiliyə sadiq bir insandır. Çünki o, uzun müddət idarəetmə orqanlarında çalışıb, zəngin təcrübəyə malikdir, insanlarla münasibəti yaxşıdır və bir millət vəkili kimi mən də rayonda olarkən daimi təmaslarda bunu görürəm, birgə məqsədlər uğrunda mübarizəmizi və işlərimizi aparırıq. Sözsüz ki, bu bizim vəzifə borcumuzdur, ilk növbədə vətəndaşlıq borcumuzdur və əgər dövlətin xeyrinə hər hansı bir nəticəyə nail oluruqsa, bu, əlbəttə ki, insanların gələcək həyatı və onların güzəranı üçündür. Düşünürəm ki, bu müsbət hal insanlar tərəfindən də qəbul edilir. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, görülən işlərin qiymətini hamıdan çox xalq verir, insanlar görür. Onların sözü, onların qiyməti hər bir vəzifəli şəxs üçün dəyərlidir", - deyə Tahir Rzayev vurğuladı.

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 21 Noyabr 2025 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see430

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see203

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see177

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see169

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see163

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see148

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see139

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see132

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see130

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see129

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri