Icma.az
close
up
RU
Deputatlar yeni şuranın yaradılmasını təsdiqlədi

Deputatlar yeni şuranın yaradılmasını təsdiqlədi

Icma.az bildirir, Modern.az portalına istinadən.

Media və Yayım Şurası yaradılır.

Modern.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Media haqqında" və "Dövlət qulluğu haqqında" qanunlara təklif edilən dəyişikliklərdə əksini tapıb.

Layihəyə əsasən, Audiovizual Şuranın adı dəyişdirilərək Media və Yayım Şurası adlandırılacaq. Yeni qurum Azərbaycan Respublikasında media və yayım sahəsində səlahiyyətli dövlət orqanı kimi fəaliyyət göstərəcək.

Dəyişikliklərə görə, media savadlılığının artırılması, xarici media subyektlərinin filial və nümayəndəliklərinin fəaliyyəti, Media Reyestrinin aparılması, jurnalist vəsiqələrinin verilməsi və media subyektlərinin reyestrə daxil edilməsi ilə bağlı səlahiyyətlər Şura tərəfindən həyata keçiriləcək.

Bundan başqa, Media Reyestrinə daxil olmaq istəyən çap və onlayn media subyektləri, informasiya agentlikləri və jurnalistlər birbaşa Şuraya müraciət edəcəklər.

Qanun layihəsində həmçinin Şuranın fəaliyyətinin kollegial əsaslarla təşkil olunması, iki sədr müavininin seçilməsi və idarəetmə mexanizmlərinin müəyyənləşdirilməsi nəzərdə tutulur.

Layihəyə əsasən, Media və Yayım Şurası media və yayım sahəsində normativ hüquqi aktların icrasına nəzarət edəcək, media subyektlərinin fəaliyyəti ilə bağlı təhlillər aparacaq və informasiya mühitini monitorinq edəcək.

Dəyişikliklərə görə, Şura dezinformasiyanın yayılmasının qarşısının alınması, risklərin qiymətləndirilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görəcək. Bununla yanaşı, aidiyyəti dövlət qurumları ilə operativ əlaqələndirmə mexanizmləri yaradılacaq.

Layihədə həmçinin media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlığının artırılması, təlim və seminarların təşkili, media sahəsində innovasiyaların tətbiqinin təşviqi, eləcə də dövlət və cəmiyyət üçün əhəmiyyətli layihələrin həyata keçirilməsi ilə bağlı müddəalar da yer alıb. Mediada, o cümlədən sosial şəbəkə platformalarında rəqəmsal məzmunun təhlilini həyata keçirmək və nəticəsinə uyğun tədbirlər görmək

Bundan əlavə, media subyektlərinin qanunvericiliyin tələblərini pozduğu hallarda Şura tərəfindən xəbərdarlıq verilməsi, məhkəməyə müraciət olunması və digər hüquqi tədbirlərin görülməsi nəzərdə tutulur.

Həmçinin, qanun layihəsi ilə Media və Yayım Şurasının hüquqları da genişləndirilir.

Belə ki, qurum xüsusi bülletenlər və digər nəşrlər buraxa, media sahəsində peşə etikası qaydalarına əməl olunması ilə bağlı araşdırmalar apararaq tövsiyələr hazırlaya, həmçinin "Reklam haqqında" qanuna uyğun olaraq sosial reklamlar sifariş edə biləcək.

Layihəyə əsasən, Şura fəaliyyət istiqamətlərinə uyğun olaraq təhlillərin, sorğuların, hesabatların, rəy və təkliflərin hazırlanması üçün fiziki və hüquqi şəxslərə sifarişlər verəcək, beynəlxalq forum, konfrans, sərgi və digər tədbirlərdə iştirak edəcək, həmçinin belə tədbirlərin təşkilini həyata keçirəcək.

Dəyişikliklərə görə, qurum istifadəsinə verilmiş dövlət əmlakı üzərində qanunvericiliklə müəyyən edilmiş hüquqlardan yararlana, səlahiyyətlərinə aid məsələlərlə bağlı məhkəmələrdə çıxış edə, dövlət satınalmaları təşkil edə və tabeliyində olan qurumların yaradılması, yenidən təşkili və ya ləğvi ilə bağlı təkliflər verə biləcək.
Məsələ səsə qoyularaq birinci oxunuşda qəbul edilib. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 İyun 2026 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see704

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see338

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see337

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see308

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see294

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see292

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see274

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see270

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see266

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see258

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see249

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see249

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see228

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see225

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see213

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see212

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see208

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see208

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri