Icma.az
close
up
RU
Deputatların ulduz falı: Balıqlar bürcündə DOĞULANLAR

Deputatların ulduz falı: Balıqlar bürcündə DOĞULANLAR

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Zodiakın sonuncu və özündən əvvəl gələn bütün bürclərin müsbət xarakterlərini özündə birləşdirildiyi deyilən Balıqlar bürcünün əsas və özünəməxsus xarakterik xüsusiyyətləri onların emosional, həssas və yaradıcı təbiətindən irəli gəlir. Onlar su elementinə aid olduqları üçün intuitiv və duyğulara əsaslanan bir yanaşmaya malikdirlər. 


Astroloqlar vurğulayır ki, "Balıqlar" dərin hisslərə malikdir və başqalarının duyğularını tez bir zamanda anlayır. Onlar şəfqətli və empatik insanlardır, başqalarının problemlərini özlərininki kimi qəbul edə bilirlər. Balıqlar bürcü altında doğulan insanlar sənət, musiqi və yazıçılıq sahələrində yüksək istedada malikdirlər. Onların zəngin təsəvvürləri var, bu da "Balıqlar"ın yaradıcı layihələrdə uğurlu olmasına kömək olur. Onlar başqalarının nə düşündüyünü və ya hiss etdiyini sözsüz anlaya bilirlər.


Bu bürcün mənfi tərəfləri də az deyil. "Balıqlar" çox xəyalpərəstdirlər. Onlar bəzən reallıqdan uzaqlaşaraq, öz dünyalarında yaşamağa üstünlük verirlər. Bu onlara ilham verə bilər, lakin bəzi hallarda problemlərdən qaçmağa da gətirib çıxara bilər. Onlar bəzən içlərinə qapanıb sakitlik və tənhalıq axtarırlar. Bu, enerjilərini bərpa etməyə kömək edir. Bu bürcün nümayəndələri sosial mühitdə tez yorula bilərlər. "Balıqlar" sevdikləri insanlar üçün çox fədakar ola bilirlər. Onlar başqalarına kömək etməkdən zövq alırlar. Lakin bu fədakarlıq bəzən sui-istifadəyə yol aça bilər.


Bu bürcün ulduzu altında doğulan insanlar astrologiyanın ən ziddiyətli şəxsləri də hesab olunur. "Balıqlar" bəzən həyatlarında qarşıdurmalar yaşayırlar. Onlar həm emosional, həm də rasional olmaq istəyirlər, bu isə daxili ziddiyyət yarada bilər. Onların tez-tez qərar verməkdə çətinlik çəkməsini görmək də mümkündür.


Modern.az parlamentin Balıqlar bürcü altında doğulan deputatlarının siyahısnı təqdim edir.


1.  Azər Allahverənov
2. Novruzəli Aslanov
3. Arzuxan Əlizadə
4. Bəxtiyar Əliyev
5. Tural Gəncəliyev
6. Eldar İbrahimov
7. Sahibə Qafarova
8. Mircəlil Qasımlı
9. Mahir Süleymanlı
10. Mixail Zabelin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:315
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Dekabr 2024 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see309

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see301

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see268

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see248

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see248

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see247

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see240

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see232

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see230

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see225

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see206

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see205

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see204

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see203

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see203

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see198

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see197

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see195

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see191

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri