“Sabah”a qarşı het trik edən 16 yaşlı istedad “Mançester Yunayted”lə vidalaşdı
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Sabah”ın qapısına üç qol vurmaqla yadda qalan “Mançester Yunayted”in 16 yaşlı futbolçusu Cey Cey Qabriel İngiltərə klubu ilə vidalaşıb.
İdman.Biz xəbər verir ki, gənc hücumçu sosial şəbəkə hesabında emosional vida videosu paylaşaraq klubdan ayrıldığını açıqlayıb.
“Siz mənə hər zaman əziz tutacağım anlar yaşatdınız. Mənə inanan və inkişafıma kömək edən bütün məşqçilərə, klub əməkdaşlarına və komanda yoldaşlarıma təşəkkür edirəm. Karyeramda yeni səhifə açarkən ‘Mançester Yunayted’ həmişə həyat hekayəmin bir hissəsi olaraq qalacaq”, - deyə Qabriel bildirib.
2020-ci ildə “Mançester Yunayted”in akademiyasına qoşulan futbolçu sentyabrda klubdan ayrılmaq istədiyini rəhbərliyə çatdırmışdı. İngiltərə təmsilçisi onu komandada saxlamağa çalışsa da, gənc istedad qərarını dəyişməyib.
Qabrielin karyerasını “Real Madrid”də davam etdirəcəyi gözlənilir. Madrid klubu futbolçunun transferində əsas favorit hesab olunur. Lakin keçid hələ rəsmiləşməyib.
Qeyd edək ki, Qabriel sentyabrın 10-da UEFA Gənclər Liqasının ümumi mərhələsində “Sabah”a qarşı keçirilən görüşdə het-trik etmişdi. “Mançester Yunayted”in U-19 komandası həmin qarşılaşmada Azərbaycan təmsilçisinə beş cavabsız qolla qalib gəlmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 17 Noyabr 2026 23:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















