Bayramqabağı bu məhsullar bahalaşacaq Açıqlama
Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.
Dekabr ayında Yeni il bayramı ərəfəsində bəzi ərzaq və qeyri-ərzaq məhsullarına tələbatın artması qiymətlərə də təsir göstərə bilər. Xüsusilə bayram süfrəsində istifadə olunan məhsulların bahalaşması ehtimalı istehlakçıları maraqlandıran əsas məsələlərdəndir.
İqtisadçı Asif İbrahimov Demokrat.az-a açıqlamasında bildirib ki, Yeni il bayramı ərəfəsində müəyyən ərzaq və qeyri-ərzaq məhsullarına tələbatın artması qiymətlərin yüksəlməsinə səbəb ola bilər:
"Xüsusilə bayram süfrəsində geniş istifadə olunan ət və ət məhsulları, balıq, toyuq əti, yumurta, süd məhsulları, meyvə-tərəvəz, qənnadı məmulatları, şokolad, çərəzlər və müxtəlif içkilərin qiymətlərində dəyişikliklər gözlənilə bilər. Bu məhsullara tələbatın qısa müddətdə artması bazarda müəyyən qiymət təzyiqi yaradır. Xüsusilə tez xarab olan məhsulların saxlanma müddəti, daşınma xərcləri və mövsümi təklif qiymətlərə təsir edir. İdxal olunan məhsulların qiymətinə isə beynəlxalq bazarlardakı qiymətlər, logistika xərcləri və valyuta məzənnələrindəki dəyişikliklər də təsir göstərir. Qeyri-ərzaq məhsulları üzrə də müəyyən bahalaşma ehtimalı var. Yeni il hədiyyələrinə, oyuncaqlara, uşaq geyimlərinə, bayram dekorasiyalarına, məişət və elektronika məhsullarına tələbatın yüksəlməsi satıcıların qiymət siyasətinə təsir edə bilər. Xüsusilə bayram kampaniyaları çərçivəsində təqdim olunan endirimlərin real qiymət dəyişiklikləri ilə müqayisəsi istehlakçılar üçün əhəmiyyətlidir".
İqtisadçı qeyd edib ki, mövsümi tələbat artımı ilə süni qiymət artımını fərqləndirmək lazımdır:
"Tələbatın artması müəyyən məhsulların bahalaşması üçün iqtisadi əsas yarada bilər. Lakin bəzi satıcıların bayram dövründən istifadə edərək qiymətləri əsassız şəkildə artırması da istisna deyil. Bu baxımdan bazarda rəqabətə və qiymət davranışına nəzarət vacibdir. İstehlakçılara tövsiyəm odur ki, bayram alış-verişini son günlərə saxlamasınlar, məhsulların qiymətlərini müxtəlif satış məntəqələrində müqayisə etsinlər.
Ümumilikdə, Yeni il ərəfəsində qiymətlərə təsir edən əsas amil tələbatın mövsümi artımı olacaq. Qiymət artımının miqyası isə məhsul təklifindən, idxal imkanlarından, ehtiyatlardan və satıcıların bazar davranışından asılı olacaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 17 Noyabr 2026 23:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















