Icma.az
close
up
RU
Deputatlığa namizəd olmuş şəxsin ölkədən çıxışına qadağa Bu qədər borcu var

Deputatlığa namizəd olmuş şəxsin ölkədən çıxışına qadağa Bu qədər borcu var

Sabiq deputatlığa namizəd Fariz Cəmilinin ölkədən çıxışına qadağa qoyulub.

Buna səbəb yaranmış vergi borcudur. Belə ki, onun rəhbəri olduğu “AZLOGİSTİK" MMC-nin vergiyə 40 min manat borcu yaranıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti borcun ödənilməsinin təmin edilməsi üçün məhkəməyə müraciət edib. Müraciətə əsasən F.Cəmilinin ölkədən çıxışı məhdudlaşdırılıb.

51 yaşlı Fariz Cəmili 2020-ci ildə 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsindən deputatlığa namizəd olub./Musavat.com 

seeBaxış sayı:98
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri