Icma.az
close
up
RU
Derbinin hakimi açıqlandı, Beşiktaş TFF ni yıxıb sürüdü

Derbinin hakimi açıqlandı, Beşiktaş TFF ni yıxıb sürüdü

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Türkiyə çempionatında 28-31 mart tarixində keçiriləcək 29-cu turun oyunlarının hakim təyinatları rəsmən açıqlanıb.

''Football-plus.az'' xəbər verir ki, bu dəfəki təyinatlar böyük maraqla gözlənilirdi. Axı bu tur ''Beşiktaş'' - ''Qalatasaray'' derbisi var.
''Qartal''ın böyük israrına baxmayaraq federasiya derbiyə əcnəbi hakim təyin etməyib. Türkiyə mətbuatının bu məsələdəki iddiası doğru çıxdı. Amma türkiyəli həmkarlarımız hakimin kimliyini çox da doğru müəyyənləşdirə bilməyiblər. Əsas namizədlər Mehmet Türkmən, Cihan Aydın və Atilla Karaoğlan hesab olunurdu. Amma derbiyə sürpriz şəkildə Yasin Kol təyinat alıb!
Əslən Trabzondan olan 37 yaşlı bu hakimin heç FİFA referisi statusu da yoxdu. İddialara görə o heç ingilis dilini də bilmir. Kol yalnız 2020/21 mövsümündən etibarən Türkiyə çempionatının oyunlarına əsas hakim qismində təyinat almağa başlayıb. Maraqlıdı ki, ötən il federasiyanın qərarı ilə Yasin Kolun səviyyəsi aşağı endirilmiş və o, bir müddət yalnız aşağı liqa matçlarına təyinat almışdı. Bu mövsüm Kol 13-ü superliqa, 7-si 1-ci liqa və 2-si ölkə kubokunda olmaqla 22 oyun idarə edib.
TFF-nin belə vacib məqamda çempionluq yarışında böyük önəm kəsb edən bir qarşılaşmaya derbi təcrübəsi olmayan bir hakimi göndərməsi çox qəribədi. Yasin Kol bu günə qədər nəhənglərin öz aralarında keçirdikləri heç bir oyuna təyinat almayıb. Amma onun ''Beşiktaş'' və ''Qalatasaray''la bağlı göstəricilərinə nəzər salmaq yerinə düşər. ''Ağ-qaralar'' bu hakimlə indiyə qədər 5 oyundan 2 qələbə, 2 heç-heçə, 1 məğlubiyyət, ''sarı-qırmızılar'' isə 2 oyundan 1 qələbə, 1 heç-heçə ilə ayrılıblar.
Gözlənildiyi kimi ''Beşiktaş'' cəbhəsi bu təyinata çox sərt reaksiya verib. Prezident Sərdar Adalı TFF-ni ''Fənərbaxça'' ilə ''Qalatasaray''ın oyuncağı adlandıraraq qurumun prezidenti İbrahim Hacıosmanoğlunun, eləcə də idarə heyətində yer alan bütün yönəticilərin istefasını tələb edib. Adalıdan öncə qısa müddət prezident vəzifəsini icra etmiş Hüseyin Yücəl isə ''Beşiktaş''a qarşıdakı derbidə meydana çıxmamağı məsləhət görüb. .
Xatırladaq ki, bu gün günorta saatlarında TFF-nin başqan vəkili və idarə heyətinin üzvü Ceyhun Kazancı məhz derbinin hakim təyinatına etiraz əlaməti olaraq istefa vermişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:287
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 27 Mart 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri