Icma.az
close
up
RU
Dərd dərdlə unudulur...

Dərd dərdlə unudulur...

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

FURQAN

"- Yura əmi, siz basketbolu sevirsiniz? - mən ondan soruşdum...

- Nifrət edirəm, - onun qəfil cavabından donub qaldım.

- Onda nə üçün oynayırsınız?

- Sən bunu başa düşməzsən, - o, fikirli halda dedi. - Basketbol yeganə yerdir ki, mən orada özümü adam kimi hiss edirəm".

Yura əmi abxaz əsilli rus yazıçı Fazil İskəndərin "Nəhəng" adlı hekayəsinin qəhrəmanıdır. Hekayənin adı elə Yura əminin boyuna biçilib. Yura əmi çox hündürdür. O qədər hündürdür ki, insanlar onunla ünsiyyətdən çəkinirlər, ondan qorxurlar. Boyunun çox uzun olması Yura əminin dostsuz və ailəsiz olmasına, sözün əsl mənasında tək qalmasına səbəb olub.

Yuxarıdakı dialoqdan da başa düşdüyümüz kimi, Yura əmi nifrət etdiyi basketbolu ona görə oynayır ki, basketbolda komanda yoldaşlarının ona ehtiyacı var. Basketbolda Yura əmini adam yerinə qoyurlar. Basketboldan sonra isə, şair demiş, yenə əvvəlki həyat...

I KADR:

Yura əmi bir hekayə qəhrəmanıdır. Təxəyyül məhsuludur, yoxsa yazıçı Fazil İskəndər bu obrazla real həyatda qarşılaşıb - bu haqda heç bir məlumatım yoxdur. Lakin bir şeyi dəqiq bilirəm: Yura əmi kimi insanlar çoxdur və onlar tənhalıqlarından xilas ola bilmirlər.

1862-1890-cı illərdə yaşamış Jozef Merrikin həyatına nəzər saldıqda Yura əminin həyatına şükür etməli oluruq. Şair Vaqif Bayatlının bir misrası lap yerinə düşür:

Sevgi sevgiylə, dərd dərdlə unudulur...

Sevgini başqa yazılar üçün saxlayıb misranın dərdli tərəfini bu yazıda işıqlandırmaq istəyirəm. Jozef Merrikin dərdi Yura əminin dərdinə oxşayır, amma xeyli böyükdür.

5 yaşına qədər həyatında hər şey normal gedən Jozefin vücudunda birdən-birə anormallıqlar görünməyə başlamışdı. Deformasiyalar və sümük böyümələri. Jozef 11 yaşında olanda bədənindəki anormallıqlar bəs deyilmiş kimi, həyat ona başqa zərbələr də vurmuşdu - qardaşları və anası vəfat etmiş, atası başqa qadınla evlənmişdi. Bir daha anası kimi onu heç kim sevməmiş, tənhalıq uçurumuna yuvarlanmışdı. 17 yaşında atası və ögey anası tərəfindən evdən qovulan Jozef kimsəsizlər evinə sığınmış, amma orada da ağır işlərdə çalışdırıldığına görə qaçmaq məcburiyyətində qalmışdı.

Həmin dövrdə tanış olduğu bir menecer onu "Fil adam" adıyla sirk səhnələrinə çıxarmışdı və bu sayədə müvəqqəti uğur qazanmışdı, müəyyən qədər pul yığmışdı. Günlərin bir günü həmin menecer Jozefi döymüş, bütün pulunu əlindən alıb aradan çıxmışdı.

Və o, Frederik Treves adlı bir həkimlə tanış olmuş, həmin həkimin köməyi ilə Londonda bir xəstəxanaya yerləşdirilmişdi. Ömrünün sonunacan həmin xəstəxanada qalan Jozef 27 yaşında vəfat etmişdi. Siz onun kədərli həyatı haqqında çəkilmiş "Fil adam" filminə baxa bilərsiniz.

II KADR:

Xarici görünüşünə görə cəmiyyət tərəfindən fiziki və ya mənəvi zorakılığa məruz qalanlar arasında məşhur "Sol ayağım" avtobioqrafik romanının müəllifi, yazıçı Kristi Braun, əlləri və ayaqları olmadan dünyaya göz açan məşhur motivator Nik Vuyçiç, çox nadir xəstəliklə doğulan yazıçı və yutuber Lizzie Velasquez və tanıdığımız-tanımadığımız xeyli insan var.

Onlardan bəziləri öz tənhalıqlarından çətinliklə də olsa çıxa bilirlər, çoxları isə, o tənhalıqdan nəinki çıxa bilirlər, heç çıxmaq da istəmirlər. Qorxurlar. Qorxmaqda da təəssüf ki, haqlıdırlar. Çünki insanlar nəinki özlərinə oxşamayanları, heç özlərinə oxşayanları da sevə bilmirlər. Ona görə mən bir neçə abzas bundan əvvəl dediyim bir misra şeirin sevgi tərəfini başqa yazılar üçün saxladım. Bəlkə də o yazıları heç vaxt yaza bilməyəcəyəm.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://525.az
archiveBu xəbər 08 May 2026 22:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see374

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see341

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see337

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see333

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see315

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see307

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see296

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see295

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see283

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see265

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see265

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see247

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see238

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see236

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see233

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see221

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see207

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see187

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri