Dərd anası olmuşam
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin tanınmış müğənnisi və aparıcısı Seda Sayan səmimi açıqlamaları ilə diqqət mərkəzinə düşüb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi uzun illərdir insanların problemlərinə qulaq asır, onlara dəstək olmağa çalışdığını deyib. Bu səbəbdən də özünü zarafatla "dərd anası" adlandırdığını bildirib.
Seda Sayan etiraf edib ki, ətrafındakı insanlar ona rahatlıqla problemlərini danışsalar da, o, şəxsi qayğılarını demək olar ki, heç kimlə bölüşmür.
Müğənninin sözlərinə görə, həyatında dərdlərini danışa bildiyi yeganə insan Safiyə adlı yaxın dostudur. O, hər kəsin həyatında güvənə biləcəyi belə bir insanın olmasının vacibliyini vurğulayıb.
Seda Sayanın bu səmimi etirafları sosial şəbəkələrdə də maraqla qarşılanıb. İzləyicilər sənətçinin açıqlamaları ilə bağlı müxtəlif fikirlər bölüşərək paylaşıma çoxsaylı rəylər yazıblar.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 03 İyul 2026 01:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















