Icma.az
close
up
RU
Dərhal bu səhvdən dönülməlidir: Türk soylular, Türkiyədə digər xaricilərdən fərqləndirilməlidir

Dərhal bu səhvdən dönülməlidir: Türk soylular, Türkiyədə digər xaricilərdən fərqləndirilməlidir

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

2025-ci ilin oktyabr ayında Türkiyədə “Rəsmi Qəzet”də dərc edilən və 2527 saylı qanunun nizamnaməsində edilən dəyişikliklər, Türk Dünyasında geniş rezonans doğurdu. Xüsusilə 3-cü maddənin 10-cu bəndində “Türk soyluların yaşadıqları ölkədə azlıq olmaları” şərtinin irəli sürülməsi, müxtəlif suallar və bu dəyişikliklərin Türk Dövlətləri və Türk Birliyi ideyasına necə təsir edəcəyi barədə geniş müzakirələrə səbəb oldu. 


Qanunun məqsədi və əhatə dairəsi barədə aydınlaşdırma isə Türkiyə hökumətinin yüksək vəzifəli nümayəndələri, o cümlədən AK Partiya sədr müavini və Türk Dövlətləri ilə Əlaqələr üzrə rəhbər Prof. Dr. Kürşad Zorlu bu məsələni bir qədər aydınlaşdırdı. Lakin bu hadisə bir daha göstərdi ki, “Türk soylu xaricilər” anlayışının özü də artıq yenidən nəzərdən keçirilməli, dəyişən geosiyasi reallıqlara və Türk Dünyasının birliyi yönündə atılan addımlara uyğun şəkildə yenilənməlidir. Çünki bu ifadə "Türk, türkə yad olarmı?" sualını yaradır.


Türk pedaqoq, yazıçı-jurnalist Murat Anar mövzu ilə bağlı Sherg.az-a açıqlama verib:

- 2025-ci ilin oktyabr ayında "Rəsmi Qəzet"də dərc olunan və 2527 saylı “Türk soylu xaricilərin Türkiyədə peşə və sənətlərini sərbəst icra etmələri, dövlət və ya özəl qurumlarda işləmələri” haqqında qanunun nizamnamə hissəsində dəyişiklik edilib. Dəyişiklikdə xüsusilə 3-cü maddənin 10-cu bəndi insanlarda qarışıq düşüncələrə səbəb olub, Türk Dünyasında müzakirə yaradıb. 10-cu bənd Türk soyluların “yaşadıqları ölkədə azlıq olmaları” şərtini gətirir. Yəni, Türk soylu olan Uyğurlar, Mosul, Kərkük, Təbriz, Qərbi Trakya türkləri və s. kimi yaşadıqları yerdə azlıq olmalıdırlar. Türk dövlətlərində yaşayan türklərdə, Türk Birliyi uğrunda çalışan QHT-lərdə, jurnalistlərdə belə “Yalnız azlıqlarmı iş icazəsi ala biləcək? Türk dövlətləri vətəndaşları artıq iş icazəsi ala bilməyəcəkmi?” kimi suallar yarandı. Türkiyə Respublikasının belə bir qərar verməsinin Türk Birliyi ruhuna uyğun olmayacağını söylədik. İş icazələrinin asanlaşmasını gözləyərkən, Türk dövlətlərində yaşayan soydaşlarımıza iş icazəsinin imkansız hala gəlməsi bizi çaşqınlıqda qoydu. Xoşbəxtlikdən, mövzu ilə bağlı gözlənilən açıqlama Prezidentdən sonra, Türkiyədə mövcud ən səlahiyyətli şəxs, AK Partiya Ankara Millət Vəkili, Ümumi Baş Katib Yardımçısı, Türk Dövlətləri ilə Əlaqələr üzrə Rəhbər Prof. Dr. Kürşad Zorlu-dan gəldi. 


K.Zorlu açıqlamasında belə deyir:

"Bu nizamnamə, yaşadıqları ölkədə azlıq olan soydaşlarımız üçün hazırlanıb. Önəmli olaraq, bu soydaşlarımızın Türk soylu olduğu Prezident qərarı ilə müəyyən ediləcək və digər şərtləri də yerinə yetirirsə, peşəsini ya da sənətini orada icra edə bilmirsə və ya hər hansı məcburi səbəbdən Türkiyədə yaşamaq məcburiyyətindədirsə, peşəsini və sənətini icra etmək, dövlət və ya özəl qurumlarda işləmək üçün müraciət etdikdə şərtləri uyğundursa iş icazəsi veriləcəkdir. Üstəlik, azlıq statusunda olan soydaşlarımız əvvəllər Türkiyədə icazə verilməyən Həkimlik, Stomatoloqluq, Hüquqşünaslıq kimi peşələri də icra edə biləcəklər".


Türk jurnalist bu nizamnamədəki şərtlərin Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan vətəndaşlarına təsir etməyəcəyini söyləyib. Eyni zamanda "Türk soylu xarici" ifadəsinin yalnış olduğuna diqqət çəkib:

"Türk Dövlətləri vətəndaşı olan türk soylular əvvəl hansı şərtlərlə vətəndaşlıq alırdılarsa, eyni şərtlərlə, yəni xarici türk soylu statusunda eyni şərtlərlə iş icazəsi alacaqlar. Türk Dövlətləri üçün nə müsbət, nə mənfi heç bir dəyişiklik yoxdur.

Türk soylu azlıq statusunda olan soydaşlarımızın iş icazələrinin asanlaşdırılması əlbəttə çox sevindiricidir. Cəmiyyətin istəklərinə qulaq verən bu nizamnamənin müəllifi, Prof. Dr. Kürşad Zorlu və Türkiyə Cumhurbaşkanı Recep Tayyip Erdoğan’a Türk Dünyası adından təşəkkür edirəm. Bu nizamnamənin dəyişməsi Türk Birliyi üçün son dərəcə önəmli bir addımdır.

Lakin Türkiyədə darbeci(çevrilişçi) düşüncə ilə hazırlanmış 25/09/1981 tarixli 2527 saylı bir qanun var. Bu qanunda “Türk Soylu Xaricilər” kimi bir tərif yer alır. İl 2025-ci ildir. Təxminən yarım əsr keçib. Bu gün Türk Dövlətləri Təşkilatı qurulub. Türk Birliyi fikri ilk dəfə bu qədər güclüdür. Nə demək “Türk Soylu Xaricilər? Türk, türkə yad olar? Türk, türkə yad olarsa, Türk Birliyi harada qalır? Qardaşlığımız harada qalır?" kimi düşüncələr yaranır. Türkiyə, Türk Dövlətləri arasında “Ağa” mövqeyindədir. Türkiyə, bu ağalığını artıq etməlidir. İlk olaraq 2527 saylı qanunu dəyişməli, “Türk Soylu Xaricilər” tərifini dərhal ləğv etməlidir. Türk Soylu anlayışı yenidən gözdən keçirilməlidir". 


Müsahibimiz türkün, türkün ölkəsində yad sayılmasının səhv olduğunu bildirib: 

"Dərhal bu səhvdən dönülməlidir. Türk soylular, Türkiyədə yaşayan digər xaricilərdən fərqləndirilməli və həm yaşayış, həm iş icazəsi almaq asanlaşdırılmalıdır. Mən ürəkdən inanıram ki, Türkiyə lazım olan addımları atarsa, digər Türk Dövlətləri də öz ölkələri üçün lazım olan addımları atacaqdır. Türkün bir olduğu, bir Türkün digər Türk ölkəsində öz ölkəsindəymiş kimi rahat olduğu, işlədiyi günlərin gəlməsini arzulayıram...Məşhur Türkçü Ziya Gökalpın dediyi kimi: “Vatan ne Türkiyedir Türklere ne Türkistan, Vatan büyük ve müebbet bir ülkedir, Turan!!!"".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:321
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 Oktyabr 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri