Dəri tipinə görə qulluq üsulları
Pravda.az saytına istinadən Icma.az xəbər verir.
Fərqli dəri tiplərinin qulluq ehtiyacları müxtəlifdir.
Pravda.az bildirir ki, quru dəridən yağlı dəriyədək hər dəri tipi üçün xüsusi tövsiyələr mövcuddur.
Yağlı dərinin qulluq qaydaları:
Yağlı dərilərdə krem və yağ bazalı təmizləyicilərdən istifadə etməmək lazımdır. Tez-tez təmizləmə dəridə yağ balansını pozur və dərinin daha çox yağlanmasına səbəb olur. Matlaşdırıcı kremlər istifadə etmək və dermatoloqun məsləhəti ilə mikro iynə terapiyası kimi metodlar faydalıdır.
Quru dərinin qulluq qaydaları:
Quru dərilər isti deyil, ilıq su ilə yuyulmalı, yumşaq, qoxusuz təmizləyicilərdən istifadə edilməlidir. Dəri yuyulduqdan sonra bir neçə dəqiqə ərzində jojoba yağı, shea yağı, zeytun yağı və hialuron turşusu tərkibli nəmləndiricilər tətbiq etmək vacibdir.
Qarışıq dərinin qulluq qaydaları:
Qarışıq dəridə yağlı və quru hissələr fərqlidir. Bu zaman yağlı hissələr üçün yağ balansını tənzimləyən, quru hissələr üçün isə nəmləndirici məhsullar istifadə edilməlidir. Parfümsüz, yumşaq təmizləyicilər tövsiyə olunur.
Qeyd: Sağlam və təbii görünən dəri üçün düzgün qulluq çox önəmlidir.
Əminə Bayramova


