Superliqada yeni mövsümün başlama və bitmə tarixləri bəlli oldu
Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyə çempionatında yeni mövsümlə bağlı bəzi detallara aydınlıq gəlib.
Türkiyə Futbol Federasiyası 2025/26 mövsümündə bütün peşəkar liqaların başlama və bitmə tarixlərini açıqlayıb.
Beləliklə, yeni mövsümə həm superliqada, həm də 1-ci liqada avqustun 8-11-də start veriləcək. İlk dövrəyə superliqada dekabrın 19-22-də, 1-ci liqada isə dekabrın 26-29-da yekun vurulacaq. Elitada qış fasiləsi yanvarın 16-19-da, aşağı liqada yanvarın 9-12-də başa çatacaq. Mövsümə isə superliqada mayın 17-də, 1-ci liqada mayın 2-də yekun vurulacaq.
DÇ-2026 ilə bağlı digər çempionatlarda olduğu kimi Türkiyədə də mövsüm həmişəkindən bir qədər tez bitəcək.
Onu da xatırladaq ki, bu mövsüm elitada 19 komanda mübarizə aparmışdısa, yeni mövsümdə superliqada komandaların sayı 18-ə bərabər olacaq.
Baxış sayı:112
Bu xəbər 31 May 2025 16:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















