Icma.az
close
up
RU
Azıx mağarasında tədqiqatlarla bağlı beynəlxalq elmi praktik seminar təşkil olunub

Azıx mağarasında tədqiqatlarla bağlı beynəlxalq elmi praktik seminar təşkil olunub

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 31 may, AZƏRTAC

Arxeologiya və Antropologiya İnstitutunun təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasında “Azıx mağarasının tədqiqində yeni mərhələ: bəşəriyyətin qədim tarixinin rekonstruksiyası üçün müasir geoarxeoloji üsullar” mövzusunda beynəlxalq elmi-praktik seminar keçirilib.

İnstitutdan AZƏRTAC-a verilən məlumata görə, AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev bildirdi ki, azad edilmiş ərazilərdə birbaşa dövlət rəhbərliyinin dəstəyi ilə aparılan arxeoloji araşdırmalar sırasında Azıx mağarısında müasir elmin tələblərinə cavab verən tədqiqatlar xüsusi önəm daşımaqdadır. “Danimarkanın Orhus Universiteti ilə imzalanmış əməkdaşlıq barədə razılaşmanın müddəalarına uyğun olaraq 2023-cü ildən etibarən fəaliyyət göstərən beynəlxalq arxeoloji ekspedisiya Azıx mağarasında müxtəlif elmlərin fövqündə arxeometrik tədqiqatlara başlamışdır. Bu ekspedisiyanın əsas məqsədi qədim məskəndən qeyri-üzvü və üzvü nümunələrin götürülməsi və nümunələrin müxtəlif istiqamətli analizlərə cəlb edilməsidir. Bu analizlər nəticəsində Qarabağ ərazisində paleolit dövründəki ekoloji durum, iqlim, erkən insanlar, onların həyat tərzi, qidalanması və sair istiqamətlər üzrə məlumatlar əldə ediləcək. Bu tədqiqatlara paralel olaraq biz azad edilmiş ərazilərdə gələcəkdə müxtəlif çeşidli laboratoriyalar şəbəkəsinin yaradılmasını planlaşdırmışıq. İştirakçısı olduğumuz beynəlxalq elmi-praktik seminarda aparılmaqda olan tədqiqatların mahiyyəti və ilkin nəticələri barədə məlumat veriləcək”, - deyə F.Quliyev vurğulayıb.

Danimarka, Norveç və Almaniyadan olan alimlərdən ibarət beynəlxalq ekspedisiyanın Azərbaycan tərəfindən həmrəhbəri İnstitutun aparıcı elmi işçisi Azad Zeynalovun “Azərbaycanda paleolitin öyrənilmə tarixi barədə” mövzusunda təqdimatı maraqla dinlənilib. A.Zeynalov Azərbaycanda paleolit düşərgələrinin axtarış mərhələlərindən, faktiki olaraq respublikamızda paleolit arxeologiyasının əsasını qoymuş mərhum Məmmədəli Hüseynovun 60-cı illərdə Qarabağın Quruçay və Köndələnçay çayları sahillərində apardığı arxeoloji kəşfiyyat işlərindən, çoxtəbəqəli Azıx və Tağlar paleolit düşərgələrini kəşf etməsindən, həmrəhbəri olduğu beynəlxalq arxeoloji ekspedisiyanın gördüyü ilkin işlərdən danışıb.

“Azıx mağarası - homininlərin təkamülü və ətraf mühit dəyişikliklərinin salnaməsi” mövzusunda çıxış edən beynəlxalq elmi ekspedisiyanın Danimarka tərəfindən həmrəhbəri olan Orhus Universitetinin (Aarhus University) Geologiya Elmləri Departamentinin professoru Mads Faurschou Knudsen Azıx mağarasının elmi əhəmiyyəti barədə söz açıb. Professor radiokarbon (14C), Optik Stimullaşdırılan Lüministsen (OSL) və Kosmogenik radionukleid (CRN) tarixlənmə analizlərinin mahiyyəti barədə məlumat verib. O bildirib ki, homininlərin inkişaf etmiş növləri 4,2 milyon il əvvəl Afrikada yaranıb və dinamik dəyişikliklərlə Avrasiyaya yayılıb. Avrasiya xəttində Azıx mağarası zəncirin xüsusi halqasını təşkil edir.

Norveçin Oslo Universitetinin professoru, arxeoloq David Keith Wright “Biomarker yanaşması – bu metod bizə Azıx mağarasındakı insan məskunlaşmaları haqqında nə deyə bilər?” mövzusunda təqdimatla çıxış etdi. Onun və Orhus Universitetinin Geologiya elmləri departamentinin dosenti xanım Rachel Lupien ilə birgə hazırladığı təqdimatın əsas mahiyyəti Azıx mağarası və ümumiyyətlə, paleolit dövrü təbəqəsində biomarkerlərin (kimyəvi birləşmələrin) aşkar edilməsi və analizi barədə tədbir iştirakçılarını məlumatlandırmaq idi. Belə ki, biomarkerlər keçmiş qədim biocoğrafi və ətraf mühit şəraitini müəyyən etməyə və müəyyən dərəcədə insan fəaliyyətini anlamağa imkan yaradır.

Kopenhagen Universitetinin, Globe İnstitutunun Palaeoproteomiks analiz laboratoriyasının rəhbəri, dosent Frido Welkerin “Qədim zülal analizləri vasitəsilə insan təkamülünün öyrənilməsi” mövzusunda təqdimatı da tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Dosent çıxışında zülallardan ibarət canlı orqanizmlərin qalıqlarının identifikasiya metodlarından söz açıb. Bildirib ki, aşkar edilmiş sümük fraqmentlərinin zülal analizi onun hansı canlıya məxsus olması, yaşı, cinsi, qidalanma rasionu və sair istiqamətlər üzrə məlumatlar verə bilər.

Daha sonra mühazirəçilər iştirakçıların suallarını cavablandırıblar.

Tədbirdə iştirak edən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva qeyd edib ki, Azıx mağarasında tapılmış qədim homininin qadın olması da simvolik məna daşıyır. Beynəlxalq əməkdaşlıq çərçivəsində aparılan arxeoloji və arxeometrik tədqiqatlar daim dövlət rəhbərliyinin, aidiyyatı dövlət orqanlarının və Mədəniyyət Nazirliyinin diqqətindədir.

AMEA Arxeologiya və Antropologiya İnstitutunun professoru, tarix elmləri doktoru Hidayət Cəfərov Azərbaycan arxeologiyasının XX əsrdə keçdiyi yoldan, əldə etdiyi uğurlardan və arxeoloqlarımız qarşısında duran vəzifələrdən danışıb.

Sonda Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev bildirib ki, Almaniyanın Leibniz Arxeologiya Mərkəzi (LEIZA) ilə bağlanmış əməkdaşlıq barədə razılaşmaya əsasən bu ilin avqust ayında Azıx mağarası ərazisində 2024-cü ildə tədqiqatlara başlamış həmin mərkəzlə birgə beynəlxalq arxeoloji ekspedisiya da fəaliyyətini davam etdirəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 May 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri