Icma.az
close
up
RU
Dəri xəstəlikləri nədən yaranır?

Dəri xəstəlikləri nədən yaranır?

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dəri xəstəlikləri son illərdə həm uşaqlar, həm də böyüklər arasında ən çox rast gəlinən sağlamlıq problemlərindən birinə çevrilib. 

Allergiyalar, stress, düzgün olmayan qidalanma, gigiyena qaydalarına əməl edilməməsi və müxtəlif infeksiyalar dəri problemlərinin yaranmasına səbəb olan əsas amillər sırasındadır.

Bəzi mütəxəssislər bildirirlər ki, bəzi dəri xəstəlikləri sadə görünməsinə baxmayaraq, vaxtında müalicə olunmadıqda ciddi fəsadlara yol aça bilər.

Bəs dəri xəstəlikləri niyə yaranır, onlardan necə qorunmaq mümkündür?

Tibb üzrə fəlsəfə doktoru, dermatoveneroloq Qabil Abdullayev “Cebheinfo.az”-a bildirib ki, dəri xəstəliklərinin yaranma səbəbləri olduqca genişdir:

“İnfeksion-bakterial mənşəli dəri xəstəlikləri bakteriyalar nəticəsində əmələ gəlir. Virus mənşəli dəri xəstəliklərinə isə əsasən herpeslər daxildir. Bu xəstəliklər daha çox dodaq və burun nahiyəsində müşahidə olunur.

Allergik mənşəli dəri xəstəlikləri də geniş yayılıb. Bu zaman orqanizm müxtəlif kimyəvi qıcıqlandırıcılara qarşı reaksiya verir. Qadınlarda allergiyalar daha çox məişətdə istifadə olunan təmizlik vasitələrindən yaranırsa, kişilərdə sement və digər tikinti materialları bu problemlərə səbəb ola bilir.

Dərinin irsi-genetik xəstəlikləri, sinir mənşəli problemləri və mədə-bağırsaq sistemindən qaynaqlanan dəri xəstəlikləri də mövcuddur.

Bundan başqa, etiologiyası tam məlum olmayan dəri xəstəliklərinə də rast gəlinir və onların səbəbləri ilə bağlı elmi araşdırmalar hələ də davam edir. Dəri xəstəliklərindən qorunmaq üçün ilk növbədə sanitar-gigiyenik qaydalara əməl olunmalıdır.

Bu, xüsusilə infeksion, virus və allergik mənşəli problemlərin qarşısının alınmasında mühüm rol oynayır. Kimyəvi vasitələrlə təmas zamanı qoruyucu əlcək və maskalardan istifadə edilməsi tövsiyə olunur.

Dəriyə gündəlik qulluq vacibdir. Əllər vaxtında sabunlu su ilə yuyulmalı, lakin bəzi maye sabunların dəriyə zərər verə biləcəyi də nəzərə alınmalıdır. Dərinin qurumasının qarşısı alınmalı və onun nəmliyi qorunmalıdır.

Duş qəbul edərkən hər gün şampun və ya sabundan istifadə etmək məsləhət deyil. Çünki bu vasitələr dərini həddindən artıq quruda bilər”.

Mütəxəssis xüsusilə yay aylarında günəş şüalarından qorunmağın vacibliyini qeyd edib və günəş kremlərindən istifadənin önəmli olduğunu vurğulayıb.

Dermatoveneroloq qeyd edib ki, stress, düzgün olmayan qidalanma və yuxu rejiminin pozulması da dəriyə ciddi təsir göstərir:

“Stress orqanizmin immun sistemini zəiflədərək sinir mənşəli dəri xəstəliklərinin yaranmasına şərait yaradır.

Son dövrlərdə gənclər arasında geniş yayılan “fast food” qidaları da dəri problemlərinin əsas səbəblərindən biri hesab olunur. Buna görə də sağlam dəri üçün sağlam qidalanmaq tövsiyə edilir.

Aişə Abdulova
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 May 2026 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see279

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see199

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see199

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see196

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see192

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see187

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see187

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see186

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see186

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see185

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see184

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see184

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see181

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see181

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see180

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see180

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see177

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see177

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see176

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri