Icma.az
close
up
RU
Dərinizi şüşə kimi tərtəmiz edəcək UCUZ VASİTƏ

Dərinizi şüşə kimi tərtəmiz edəcək UCUZ VASİTƏ

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müasir dünya farmasevtik sənayesi hər il yeni-yeni dərman preparatları istehsal edir.

Lakin bəzi köhnə və ucuz vasitələr var ki, bu vasitələr çox yaxşı müalicəvi effekt verir və hətta bahalı müasir prepartalarından da effektlidir.

Saglamolun.az bildirir ki, bu vasitələrdən biri kükürd məlhəmidir. Kükürd məlhəmi köhnə və sınanmış müalicəvi vasitədir. Bu məlhəmin tərkibi çox sadədir - vazelin, su və kükürd. Kükürd insan toxumalarına daxil olan makroelementdir. Beləliklə, bu maddə insan orqanizmi üçün yad deyil və bu səbəbdən kükürd məlhəminin istifadəsi zamanı allergik reaksiyaların inkişafının riski daha azdır.

Kükürd məlhəmi güclü antiseptik və iltihabəleyhinə təsirinə malikdir. Bu məlhəm psoriaz, qotur, dermatit, civzələr, irinli səpgilər kimi dəri problerini həll etməyə kömək edir. Bundan əlavə kiçik yaralar, sıyrıntılar və s. kimi dəri zədələnmələri kükürd məlhəmin köməyi ilə daha tez sağalır.

İrinli səpgilər zamanı kükürd çox yaxşı müalicəvi təsir edir - səpgiləri qurudur, iltihabı aradan qaldırır.

Məlhəmi yalnız səpgilərin üzərinə çəkmək lazımdır - bütün üz dərisinə yox.

Nadir hallarda olsa da kükürd məlhəmi allergik rezksiyalara səbəb olur (daha doğrusu bu məlhəmə qarşı fərdi dözümsüzlükdür). Bu zaman məlhəm çəkilmiş yerdə yandırma hissi, qaşınma, qızarma mümkündür. Bu səbəbdən məlhəmi istifadə etdikdən əvvəl test edin - məlhəmi qulağın arxasına çəkin. Əgər 2 saatdan sonra dəridə qızarma, qaşınma və s. yoxdursa, məlhəmi istifadə edə bilərsiniz.

Kükürd məlhəminin digər az bilinən faydasını sizə təqdim edək. Göz qapaqlarının üzərində əmələ gələn xalyazion şişlərini də (itdirsəyi ilə səhv salmayın) kükürd məlhəminin köməyi ilə yox etmək olur. Mazı xalyazionun üzərinə nöqtə şəklində gündə bir neçə dəfə çəkin. Bunu xalyazion yox olana kimi etmək lazımdır.   

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:251
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see376

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see345

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see337

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see308

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see304

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see283

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see253

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see248

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see234

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see225

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see213

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see206

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see205

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see203

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see197

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see195

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see195

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see193

Evdə stress yaradan 5 şey

10 Noyabr 2026 01:03see181

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri