Icma.az
close
up
RU
Dərman bazarı: Trampın qərarı Azərbaycana necə təsir edəcək? RƏSMİ

Dərman bazarı: Trampın qərarı Azərbaycana necə təsir edəcək? RƏSMİ

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp ölkə tarixinin ən mühüm icra sərəncamlarından birini imzalayacağını açıqlayıb.

O, reseptlə satılan dərmanların və əczaçılıq məhsullarının qiymətlərinin demək olar ki, dərhal 30-80 faiz azalacağını bildirib.

Qeyd edək ki, Azərbaycan bir çox ölkədən dərman idxal edir. Bununla yanaşı ölkədə dərmanların qiyməti kifayət qədər bahadır.Xüsusilə də müxtəlif şirkətlər tərəfindən idxal edilən edilən dərmanların qiymətində bu fərqi görmək mümkündür. 

Amerikada dərmanların qiymətinin ucuzlaşması Azərbaycan dərman bazarına təsir edəcəkmi?

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq, bildirilib ki, Azərbaycana dövlət xətti ilə dərman vasitələrinin idxalı müxtəlif ölkələrdən həyata keçirilir:

“Mərkəzin rəqəmsal bazalarında toplanmış məlumatlara əsasən, 2024-cü il ərzində dərman vasitələrinin ölkəyə idxalı Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərtibbtəchizat” MMC və “Səhiyyənin Təminat Mərkəzi” publik hüquqi şəxsi tərəfindən həyata keçirilib.
2024-cü ildə dərman idxal olunan ölkələr bunlardır:

1.Hindistan
2.Latviya
3.Ukrayna
4.Polşa
5.Fransa
6.Sloveniya
7.Macarıstan
8.Slovakiya
9.Rusiya
10.Bolqarıstan
11.Türkiyə
12.Almaniya
13.Çin Xalq Respublikası
14.Belçika
15.Banqladeş
16.Yunanıstan
17.İspaniya.

2025-ci il ərzində, bu günədək (yanvar-aprel ayları) dövlət xətti ilə dərman vasitələrinin idxalı “Azərtibbtəchizat” MMC tərəfindən həyata keçirilib.

Bu dövrdə dərman idxal edilən ölkələr aşağıdakılardır:

1.Latviya
2.Polşa
3.Fransa
4.Sloveniya
5.Ukrayna
6.Macarıstan
7.Slovakiya
8.Türkiyə
9.Hindistan
10 . Yunanıstan.

Qeyd olunur ki, 2024-cü il və 2025-ci ilin ilk dörd ayı ərzində dərman vasitələrinin idxalı ilə bağlı digər dövlət qurumlarından Mərkəzə hər hansı müraciət daxil olmayıb.Əlavə olaraq, Mərkəz bildirir ki, dərman vasitələrinin ölkəyə idxalı əsasən iri idxalçı şirkətlər tərəfindən həyata keçirilir.

Digər dövlət qurumlarının tender əsasında yerli idxalçı şirkətlərdən satın aldıqları dərman vasitələri və onların miqdarı barədə məlumatların reyestrinin aparılması isə Mərkəzin səlahiyyətlərinə daxil deyil”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:357
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 May 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri